Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanımaq istədim...
Tanımaq istədim...
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 476
Səs ver:
İnsanların bir-birini tanıması, olduğu kim qəbul etməsi üçün müəyyən bir zaman lazımdır. Bu zamanı aşa bilmək elə də asan deyil. Çox vaxt münasibətlərin yarıda qırılmasının səbəbi tələskənlik, psixoloji dözüm səviyyəsinin aşağı olmasıdır. Bu hansısa bir iş görərkən qarşımıza çixan çətinliklərə məğlub olaraq işi dayandırmamız , işin sonuna çatmadan, nəticə əldə etmədən geri çəkilməmiz kimidir. Münasibətlərdə rastlaşdığımız ilk qarşıdurma, bir insanı ilk rastlaşdığımız qüsuru ilə eyniləşdirməmizdir. Qüsurlar qəbuledilməzdir deyə düşünürsünüzsə, o zaman elə indi düşünün, sizin heçmi qüsurunuz yoxdur? Sözsüz ağlınıza bir nöqsanınız, bir qüsurunuz gələcək. Bəs bu qüsurla sizi ətrafda heç kəs qəbul etməsə necə? Yəqin ki, heç kim təcrid olunmaq istəmir.
Bir insanı tanımaq istəyiniz ona olan sevginizdən irəli gəlir. Əgər hər şeyi yarıda qoymağa hazırsınızsa sevginizdə problem var.

"Sevginin təzahürlərindən biri də tanımaqdır. Tanıma üsullarının içində ən asanı, sevgi ilə tanımaqdır. Bunlar iç-içə olan əməllərdir. Sevdiyiniz qədər tanıyar, tanıdığınız qədər sevərsiniz. Cəmiyyətimiz tanımadan sevənlərlə, sevdiyini iddia edənlərlə doludur. Doğrusu bunu necə bacardıqlarını bilmirəm. Çünki bu növ sevgilərin ömrü də olmur, tanıyıncaya qədər davam edir.
Bir də tanıdıqca artan sevgi vardır ki, belə biri olmaq böyük bir lütfdür. Allah da tanıdıqca sevilir.
Sevgi tanımanın ən qısa yoludur. Çünki sevmək sevilməyi gətirir. Bu əməlin qərərgahı ÜRƏKdir və sevmək Insanın Qırxıncı Otağı olan ürəyində birini qonaq etməsidir. İnsanın sirri məhz o otaqdadır.
İnsanı tanımaq üçün oranı görmək lazımdır, yəni sevilmək. İnsana tanınmaq üçün isə orada görmək lazımdır, yəni sevmək. Əlində sevginin giriş kartı olmayan o otağa ordu ilə gəlsə də girə bilməyəcək, görə bilməyəcək, tanıya bilməyəcək.”( Mustafa İslamoğlu)

insanları tanımaqTanıyana qədər uzaqlaşmayın, yetərincə tanısanız heç uzaqlaşan da deyilsiniz. İncidiyiniz hallar olsa belə, bunu arada olan sevginin, dostluğun, münasibətlərin xatirinə yoluna qoya bilərsiniz. Bircə əsəbiykən qərar verməyin, bircə bir-birinizə sonralar peşman olacağınız sözlər deməyin. Onsuz da qısa olan həyatın harda sona çatacağından xəbərsizik. Ən gözəl olanlar da bir gün sona çatacaq. Elədirsə, niyə biz bitirək?
Nə qədər ki, həyatdayıq tanımağa çalışaq. Bəlkə mən də nə vaxtsa tanımaqdan vaz keçəcək hala gəldim, amma keçmədim. Çünki tanımaq istədim…

Müəllif : Psixoloq Rübabə


Şərhlər: 6
Baxılıb: 476
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Niquw Abdulayeva
Insanlari tanimaq ucun bir omur yetmez
29 iyul 2015 02:35
# 6
VIP
İnsan var tanıyırsansa sevinirsən insan da var tanıyırsansa peşiman olursan Allah bizləri peşiman olacagımız tanışlıgdan qorusun
29 iyul 2015 01:31
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
insanlari ne qeder tanimasan ele salam-saqol munasibetinde qalsan o qeder xeyirdir
28 iyul 2015 21:26
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Tanimaq istedim kas heec tanimazdim
28 iyul 2015 21:21
# 3
Heyata daim gulmek lazimdii
BARBI
Tanimaq istediyim insanlar cox azdir. Bir insani tanidiqca kesf edirem kesf etdikce sevirem.
28 iyul 2015 19:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gul_Konul
Tanidiqca artan sevgide var..bele biri olmaq lutfdur..
Insan heyati boyu taninir.
28 iyul 2015 18:57
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz