Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şayə və dedi-qodu
Şayə və dedi-qodu
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 442
Səs ver:
Hər zaman bəşəriyyətin əzab çəkdiyi yolxucu xəstəliklər olmuşdur. Bunlardan ən betəri mənəvi xəsətliklərdir. Özü də yolxucu. O, fərddən başlayaraq onun özünü də ətrafını da, bütövlükdə cəmiyyəti də içdən yeyib dağıdar, parçalayar. Önyarğı, qeybət, şayə, dedi-qodu və s. kimi yolxucu mənəvi xəstəliklər. Şayə və dedi-qodu mənbəyini də, daşıyıcını da, dəydiyini də çirkləndirər, yoluxdurar. Mənbəyi qalar bir qıraqda, ortada olan daşıyıcılar olar. Ən pisi də budur. Baxın, Malariya xəstəliyi deyilən kimi adamın ağlına ilk olaraq ağcaqanad gəlir. Şayə və dedi-qodularda da belədir. Mənbəyindən daha çox daşıyıcıları təhlükəli olur. Ən yaxşısı:

1. Heç qulaq verməyin belə şeylərə. Əlavə yüklə yüklənməyin. Bunlara qulaq verdikcə bunların niyə sizə deyildiyini, başqası haqqındakı danışığa ortaq olmağın iyrəncliyini düşünün.

2. Yox əgər bu və ya digər səbəbdən qulaq verdinizsə, o zaman yerindəcə söndürün, alovlandırmayın. Yerində söndürmək nədir? Deyilənlərin vacibinə yetmək, araşdırmaq, həmin adamın cavabın vermək, yeri gələrsə üzləşdirmək lazımdır.

3. Onu da etmədinizsə, o zaman qeybəti edilən adamla rastlaşanda "filankəs sənin haqqında belə deyir, amma demərəm kimdir” deyib hədəfi şübhəyə salmayın. O ətrafına, yaxınlarına şübhə ilə yanaşmağa başlayacaq. Ayrıca, bunu etməklə dərdiniz nədir? Faydanız onsuzda olmayacaq. Demək ki, dərdiniz məsələnin həlli deyil, sadəcə ya tənə etmək, ya nəyisə sübut etmək, ya da yeni nəsə öyrənməkdir.

dedi-qodu,şayə.2jpgBu, real həyat mücadiləsidir. Hər an dedi-qodu edə bilər, şayələrə daşıyıcı olar və bilmədən ətrafımızı bulandıra bilərik. Bu səmimiyyətsizlik və namərdlik yaradır, hədəfi kim olur olsun. O üzdən bacardıqca bu durumlardan uzaq qalın. Əgər hədəfə çevrilmisizsə, onda ilk öncə onun daşıyıcısını izolə edin, uzaqlaşdırın. Mənbə də onunla birgə öləcək. İnanın, ən faydalısı budur. Hətta şayələr həqiqət olsa belə onu yayanın, saxlayanın təhlükəliliyini aşikar etmiş olursunuz. Onsuzda etdiyiniz səhvi düzəldəcəksiniz. Amma bunun qədər də vacib olan bir iş daha var. Şayə, dedi-qodu eşidib araşdırmayan, onun mənbəyini də gizlədərək bəlli olmayan məqsədlə sizə çatdıran daşıyıcıları da izolyasiya edin, təcrid edin, uzaqlaşdırın.

Müəllif: Vüsaləddin Rüstəmov


Şərhlər: 9
Baxılıb: 442
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mən bir dini kitabdan oxumuşdum ki, " qeybət etmək insan başı kəsməyin günahına bərabərdir". hər zaman kiminsə arxasınca nəsə danışanda baş kəsmək qədər günaha giririk!((

...666...
30 iyul 2015 14:31
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Gul_Konul
Olub olacaqda hemiwe
28 iyul 2015 02:50
# 8
VIP
Nikalayın evini dedi qodu yıxdı
28 iyul 2015 02:14
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
saye dedi-qqodudan uzaq olmaq insanin ilk once ozuycun oz emel defterine oz eseblerine yaxsidi,qoy ne qeder dalinca danishirlar danishsunlar bunlar senin ondan dahada boyuk olduqunun gosderigisidir
27 iyul 2015 22:43
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
Cəmiyyətimizdə olan böyük problemlərdəndi şaye dedi-qodu.Dedi qodunun böyük günah olduğun bilə bilə yenə edirlər Ancaq burada əhəmiyyətli olan, bu əxlaqı yaşayan insanların dedi-qodudan dərin bir zövq almalarıdır Dedi qodunu edən insanlıar özlərini üstün tuturlar halbuki belə hallar düzgün deyil həm səfdi həm də günah. Başqa kəslərin özləri haqqında danışdığını eşitdiklərində böyük bir sıxıntı yaşayırlar. Amma özləri üçün bu cür narahat olarkən, başqalarının da narahat olacağını nəzərə almadan bu çirkin hərəkəti edə bilirlər.
27 iyul 2015 21:00
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Denizimm
dedi qodu en boyuk gunahalrdan biridir
27 iyul 2015 19:42
# 4

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
efsane..
dunyanin en pis emellerinden biri dinimizin haram buyurdugu pislik amma insanlar uzaqlasmir pisliyini gorur haramligini bilir amma uzaqlasmir nifret edirem qeybete
27 iyul 2015 18:05
# 3
BARBI
Her zaman dedi qodudan uzaq olmusam . Dedi qodu edilen yerden qaciram. En nifret etdiyim seydir. En boyuk gunahlardan buridir.
27 iyul 2015 17:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Şayə və dedi - qodu qeyd olunduğu kimi namərdiyi və səmimiyyətsizliyi göstərir. Namərdliyi demirəm o heç səmimiyyət olmayan yerdə deməli mən yoxamdır əgər varamsa deməli o zaman ətrafda olanlar yox kimi bir şeydir. Şayələrə inanmaq düzgün deyil həmişə əsası olana inanmaq lazımdır. Bu cür işlərlə məşğul olanlarda bilsələr ki, nə qədər günah qazanırlar bu cür çirkin əməl sahibi olmazlar...
27 iyul 2015 17:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz