Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lənət və qarğış
Lənət və qarğış
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5633
Səs ver:

http://imgs.su/tmp/2012-01-10/1326189070-302.jpg

Lənət və qarğış

Lənət (qarğış) - uzaq və yaxın məsafədən söz, səs, baxış vasitəsilə insanın energetikasına vurulan çox ağır, ciddi və çətin aradan qaldırılan magik əməldir. Onun nəticəsi nəsildən-nəslə və ailə üzvlərinə keçə bilir. Məsələn: ataya qarğış olunubsa, bu onun övladlarına (xüsusən əgər uşaqlar yetkinlik yaşına çatmaybsa) keçir. Lənət illər keçdikcə daha da güclənir.


Qarğışa elə-belə, ötəri söz kimi baxmaq düzgün deyil. Çünki o gözdəymədən və cadudan da güclüdür. O, insanın psixikasından tutmuş sağlamlığına, iş və ailə həyatına təsir edir.


Energetik diaqnozda lənətin görüntüsü belədir: güclü energetik informasiya proqramı insanın başı üzərində ildırım formasında işarə kimi əmələ gəlir və o, insanın aurasını kürək tərəfdən ürək nahiyəsindən ya deşir, ya da çat yaradır. Bu çatdan, yarıqdan insanın bütün gücü, enerjisi axıb gedir. Bununla da həmin insanın başına ən müxtəlif bəlalar gəlməyə başlayır: əsəbi olur, heç kimin hətta xoş sözü də boğazından keçmir, durduğu yerdə bilinməyən yerdən ağrıları başlayır, hər kəsə qarşı kobud davranır, asan bir işi də güclə, uzun müddətə görür, yolda müxtəlif qəzalarla üzləşir, əlinə gələn pulun bərəkəti olmur.

 

Qarğış, lənət 2 cür olur:


Xüsusi olaraq, cadugər tərəfindən qoyulmuş və məişət tipli - yəni, insanın affekt halında etdiyi qarğış.

Cadu və lənətin əlamətləri oxşar olsa da, onları səhv salmaq və bir tutmaq olmaz. ƿgər cadu-dəyənəkdirsə, lənət-tapançadır. Dəyənək dərhal, özü də konkret adama və konkret məqsədə zərbə vurur. Tapança isə ən gözlənilməz anda, ağla gəlməyən adamın əli ilə «atəş açaraq» səni ömürlük yaralaya və ya öldürə bilər.

Affekt halı nədir?


2 insan mübahisə edir: biri o dərəcədə əsəbləşib və ya elə böyük pisliklə, haqsızlıqla, zülümlə üzləşib ki, ağzından od püskürür. İnsanın həmin an içində baş qaldıran nifrət, kin, qəzəb onu affekt halına salır. Və keçirdiyi bütün mənfi hisslər onun sözlərinə hopur. Çox zaman deyirlər ki, həmin adam özü nə etdiyini, nə dediyini bilmir. Onu lənət yağdırmağa məcbur edən isə cin və şeytanlar olur. Qarşı tərəfin susması onu daha da özündən çıxara bilər. ƿgər qarğış olunan tərəf hər hansı işdə həqiqətən günahkardırsa, lənətin onu tutma ehtimalı 80%-dir. Yox əgər adi bir şeydən ötrü qarğış eşidirsə, onda təsir minimum olur. Ona görə də müdriklər və peyğəmbərlər səbrli olmağı, hətta qarışqanı belə incitməməyi, istənilən konfliktdə dözümlü olmağı və səhər-axşam ağzıdualı olmağa çağırıblar.


Qarğışı tez tutan adamlar: yetim, şikəst, əlil insan, yaşlı qadın, dul qadın, övladı öldürülən ananın qatilə etdiyi qarğış, işi müqabilində haqqı verilməyən işçinin lənəti.

Qarğışdan qorunmağın yolları:


Deyilmiş qarğış və lənətin ünvanına çatdırılması missiyasını gözəgörünməz mistik ruhlar, cinlər həyata keçirir. Qarğışın zərbəsi əsasən, qurşaqdan yuxarı, ən çoxu da başa dəyir. Ona görə də qəfildəntutma sancı, ağrı duysanız, sanki beyninizin və onurğanızın içi ağrısa, təəccüblənmək əvəzinə həkimə getməklə yanaşı, sizə tuşlanmış bəd əməlin təsirini aradan qaldırmaq barədə də düşünün.

Qarğış edən və ya sadəcə, dilində bəd sözləri işlətməyə öyrəşmiş insan özü də bilmədən öz ailə üzvlərini təhlükəyə məruz qoyur. Qarğışı gərək konkret yerdə, həmin adamın yanında edəsən. Qalan vaxtlarda deyilən bütün sözlər 10 faiz qarşı tərəfə ziyan vurursa, 90 faiz qarğış edənin özünə təsir edir. Nahaq yerə deməyiblər, qarğışın iki başı olur. Məsələn: qadın evdə xəmir yoğurarkən, yemək bişirərkən, çay dəmləyərkən qonşusunun dalınca danışıb, nifrin edib, qarğış tökür. Sonra da yeməyə və suya hopan qarğış ailə üzvləri tərəfindən «həzm olunur». Üstəlik, qarğıyan adamın bədənində, aurasında olan ağırlıq evə, yorğan-döşəyə, xüsusən də uşaqlara asanlıqla hopur. Axı uşaq ruhu zəif, aurası təmizdir.
Qarğışa tuş gələn zaman susmağın, özünüzü mədəni götərməyin heç yeri yoxdur. Çünki bu zaman susub, geri çəkilmək və ya çıxıb getmək insanın sağlamlığına və psixikasına mənfi təsir edib, qarğışın tutmasına imkan yaradır. ƿgər kürəyinizi qarğış edən adama çevirsəniz, sözlər biosahənizi, yəni auranızı «deşəcək». Çünki auranın açıq qapısı kürəyin düz ortasındadır. Ona görə də qarğış edənlə üz-üzə dayanmağa güc tapıb, onun gözlərinin içinə baxın. Bununla qarğış edən zaman insanın düşdüyü affekt vəziyyəti azalda bilərsiz. Çünki göz alması optik şüanı güzgü kimi qaytarır. Bu zaman o adamın gözlərindən çıxan enerji sizin gözlərinizə dəyib, içəri keçmədən ona tərəf qayıdacaq.

Qarğış edənə cavab qaytarmağın da öz üsulu var. Qarğışa cavab olaraq yayılmış məşhur el deyimləri: «Ağzından çıxıb, qoynuna dolsun», «Ağzından qara yellər aparsın», «Öz evinə düşsün» və s. Təbii ki, bu cavabların müəyyən müsbət təsiri var. Amma gərək bu sözləri qarğış edənin gözlərinin içinə baxaraq, səssiz deyəsiniz.

Heç vaxt öz evinizdə kiminsə qeybət edib, qarğış, nifrin tökməyinə imkan verməyin. Üstəlik, özünüz də ona qoşulub, dəstək durmayın. Çünki çox vaxt çoxbilmiş yaşlı qadınlar kiməsə qarğış tökəndə öz evindən çıxıb, başqasının evinə gedir. Bununla da bütün ağırlığı başqasının ocağına tökür. Evinizə gələn «qonağın» ağzı bədliyə açılan kimi onu «susdurun».

Express kömək:


- Torpağın üzərində ayaqyalın dayanıb, ağrıyan nahiyəni dayanmadan 10 dəqiqə sürtmək lazımdır. Diqqətli olun: sol tərəfi sağ əllə, sağ tərəfi isə sol əllə ovuşdurun. Bu zaman «Ağırlığım çıxır, torpağa hopur», «Məndən getsin, sahibinə qayıtsın» kimi sözləri deyin.

 

- Əgər ovxalamağın xeyri yoxdursa, mütləq çimməlisiz. Özü də bu adi çimmək deyil. Gərək çiməcəyiniz gün ay azalan dövrdə olsun. (bədr olandan itənə kimi olan 15 gündür). Çiməcəyiniz suyu ay işığı altında saxlamalısız. Çimərkən ayağınızın altına təmiz ağ parça salıb, üzərinizdə olan gümüş və qızıl əşyaları çıxarın. Bədənə sabun vurmadan çimin. Sonra üzərində durduğunuz parçanı qurudub, yandırın. Çiməndən sonra təmiz, ütülü, yaxşı olar ki, açıq rəngli paltar geyəsiniz.

 

Valideyn qarğışı:

Təəssüf ki, bizim qadınlarımız sözlərinə fikir verməkdən uzaq olub, yeri gəldi-gəlmədi bəd sözlər işlətməyə meyillidirlər. Uşaq dərs oxumur: «Səni görüm öləsən», ya anasını hirslərdirib, çölə oynamağa gedəndə «Sağ qayıtmayasan», «Ciyərin yansın», bir şeyi salıb sındıranda «Kor olasan», «ƿlin qurusun», onu çağıranda «Adın qara daşlara yazılsın» kimi cümlələri sanki adi söz deyirmişlər ki, işlədirlər. «Ürəyimdə bir şey yoxdur, elə-belə sözgəlişi deyirəm» deyən valideynlər bilməlidir ki, bu dünyada heç nə sözgəlişi və ya təsadüfən baş vermir. Deyirlər ki, insanın ruhu ataya, fiziki bədəni, canı isə anaya bağlıdır. Və ana qarğışının nəticəsi mütləq cana dəyir: yıxılma, sınıq-çıxıq, yol qəzaları, yanmaq, yıxılmaq və s.


Ata qarğışı isə birbaşa ruha və psixikaya təsir edib, insanın taleyinə birbaşa təsir edir. Nankor övlada atanın ürəkdən və haqlı etdiyi qarğışın sonu iki cür ola bilər: ya adam havalanır və ailə taleyi uğursuz olur, ya da o çox faciəli şəkildə qəfildən ölür. Bu da bir faktdır ki, övlad xəsarət alanda, qəzaya düşəndə ananın, öləndə isə atanın ürəyi sancır.



Şərhlər:
Baxılıb: 5633
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz