Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın 10 ən gizli məkanı ..
Dünyanın 10 ən gizli məkanı ..
Göndərən: Nermin..
Şərhlər: 11
Baxılıb: 719
Səs ver:
Bəzən hesab edirik ki, planetimiz tamamilə araşdırılıb və dünya xəritəsində artıq qara nöqtə yoxdur. Böyük Coğrafi kəşflər əsri artıq geridə qalıb, insanlar öz diqqətini kosmosa yönəldib, kainatın sirlərini öyrənmək istəyir. Lakin Yer kürəsində elə yerlər var ki, insan nəzərindən yüksək hasarlarla  gizlədilib. Belə yerlər haqqında ancaq qulaqdan-qulağa yayılan məlumatlarla öyrənmək olub. Sizlərə dünyanın ən gizli məkanını təqdim edirik.

1. Hava dağı (Mount Weather) - Bu  məxfi obyekt Virciniya ştatında yerləşir. Bura fövqəladə hal zamanı Amerika hökumətinin  evakuasiyası üçün hazırlanan əsas yerlərdən biridir.
 
2. Metro-2 - İlk öncə qeyd edək ki, bu yerin varlığı hələ sübut edilməyib. Ehtimallar var ki, böyük dərinlikdə,  Moskva  metro xətti ilə  paralel başqa tunnellər də var ki, bura ilə Kremldən  FTX-nin  və Rusiya paytaxtının digər vacib müəssisələrinə getmək olar. Tikili Stalinin əmri ilə hazırlansa da, SSRİ-nin son dönəmlərində bu barədə məlumatlar yayılmağa başladı.
 
3. 39 nömrəli otaq - Bu da varlığı sübut olunmayan yerlərdəndir. 39 nömrəli otaq  Şimali Koreyada hökumət binasında yerləşir. Ümumiyyətlə, KXDR barədə nə isə dəqiq demək çətindir. Çünki  ölkəyə bu gün də xaricilər üçün giriş demək olar ki, bağlıdır. Lakin otağın varlığı koreyalıların özləri üçün də müəmmadır. Deyirlər ki, orada amfetamin,  saxta dollarlar hazırlanır, yeni növ silahlar sınaqdan keçirilir, hətta insanlar üzərində müxtəlif təcrübələrin aparlıdığı deyilir.
 
4. Mejqorya - Söhbət Başqırdıstanda (RF) yerləşən və «bağlı şəhərlər» sinfinə daxil olan  yerdən gedir. Belə bir söhbət gedir ki, Mejqorya sakinləri nüvə müharibəsi olacağı təqdirdə yüksəkçinli məmurların sığına biləcəyi  və Rusiya hökuməti üçün hazırlanan bunkerin təhlükəsizliyinin təmini üçün işləyir.  Ehtimal ki, raket buraxılışı üçün komanda məntəqəsi, saysız-hesabsız xəzinə və avtonom həyat üçün vacib olan hər şey mövcuddur.
 
5. Şimali Sentinel adası - Bu, həqiqətən də ilk insanların yaşadığı tək-tük yerlərdəndir. Rəsmi surətdə  ada Hindistanın  nəzarətindədir. Lakin  sakinlərin faktiki sayı barədə məlumat yoxdur. Araşdırmaçılar onların 50-400 arası olduğunu deyirlər. Aborigenlər adaya istənilən müdaxiləni çox aqressiv qarşılayırlar. Yaxınlaşan gəmini  ox atəşinə tuturlar. Ehtimal edilir ki, sentinellər yığıcılıqla məşğuldurlar  və bu günə kimi də od əldə edə bilmirlər.
 
6. İlanlar adası - Braziliyada yerləşən bu adanın adı təsadüfən seçilməyib. Ərazidə, sözün həqiqi mənasında ilanlar mələyir. Özü də sürünənlər sinfinin ən təhlükəlilərindən sayılan  ilə nizəbaşlar (botropslar da adlanır). Adanən vəhşi sakinlərin sıxlığı belədir: 6 kv.m-ə 1 ilan. Hətta alimlər də orada görünməyə ehtiyat edirlər.
 
7. Surtsey adası - Simvolik Surtsey adalar qrupunu bağlayır. İslandiya sahillərində yerləşən bu ada 1963-67-ci illərdə yerin dəriniklərindən vulkan püskürməsi nəticəsində yaranıb. İslandiya sərt ekoloji qanunları olan ölkədir. Yeni ada da onların yurisdiksiyasındadır. Bu adaya hətta alimlərin girişi qadağandır. Bununla belə, adada, öz təbiətinə xas oldmayan bitki  — pomidor tapılıb. Deyəsən, kimsə qadağanı pozub.
 
8. Vatikanın arxivi - Heç kim bilmir ki, Vatikanın sirli arxivində nələr saxlanılır. Uzun əsrldər boyu ora giriş qadağan olub. Yalnız 1881-ci ildən etibarən  xüsusi seçilmiş şəxslər ora giriş əldə edə biliblər. Hesab olunur ki, orada dünyada hər şeyə aid sənədlər var. Təsəvvür edin səhifələrlə dolu olan rəflərin uzunluğu 83 km-dən çoxdur.
 
9. RAF Menvit Xill - İngiltərədə Kral HHQ-nə məxsus məxfi stansiya Birləşmiş Krallıqla Birləşmiş Ştatlar arasında rabitə və kəşfiyyat dəstəyini həyata keçirir. Elektron stansiyası ilk əvvəllər  Sovet İttifaqından məlumatları toplamaq üçün istifadə olunurdular. Sovet İttifaqı artıq dağılıb. Lakin stansiya o vaxtdan bəri daha da inkişaf edir. Onun idarəsini isə həm də ABŞ Milli Təhlükəsizlik Agentliyi həyata keçirir.
 
10. 51-ci zona (Area 51) - Məxfilik çempionu – Area-51. Yüzlərlə kitabda, filmdə və kompüter oyunlarında adı keçən bu məkan, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt heç kim heç heç nə öyrənə bilməyib. Ən böyük versiya bu obyektdə  UNO-ların və yadplanetlilərin öyrənilməsi, yeni növ silahların və uçuş aparatlarının sınağının keçirilməsidir. 51-ci zona Nevada ştatında, səhrada yerləşir.


Şərhlər: 11
Baxılıb: 719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
belə gizemli yerləri çox sevirəm.

ayka
razıyam.

...666...
30 iyul 2015 14:15
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
amma mence Bermud ucbucagidi...
28 iyul 2015 10:12
# 10
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
vipbetul
cox maraqli melumat oldu

cox maraqli melumat oldu

cox maraqli melumat oldu
27 iyul 2015 23:05
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Aaa ne maraqlidir, tesekkur.
27 iyul 2015 18:21
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
lale.veliyeva19
çox sevirəm dünya ilə bağlı xəbərləri özümdə gələcəkdə İNŞALLAH belə işlərlə məşğul olacam melek ltfen 128
27 iyul 2015 16:57
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

eıiyeva gülmaye
Necede gozeldi. İlanlar dagini cixmaq sertile maraqli idi tesekkurler

Necede gozeldi. İlanlar dagini cixmaq sertile maraqli idi tesekkurler

Necede gozeldi. İlanlar dagini cixmaq sertile maraqli idi tesekkurler
27 iyul 2015 16:40
# 6
Canavar sevgisi
Cox maraqlidi bele xeberleri sevirem hemiwe tapib oxuyuram . Hazirlayana tewekkur

Cox maraqlidi bele xeberleri sevirem hemiwe tapib oxuyuram . Hazirlayana tewekkur
27 iyul 2015 16:25
# 5
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
...AdaDunyam``
maraqli melumatlardi,tewekkurler
27 iyul 2015 16:20
# 4
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Bebiw
vauuu en qorxdugum
Ilanlar adasidi
27 iyul 2015 15:02
# 3
sowu
Fialka
Çox maraqlı məlumatlardır. Bu cür sirli, qadağan olunmuş nələrsə həmişə cəzb edir insanları, təşəkkürlər.
27 iyul 2015 14:40
# 2
BARBI
Aa ne maraqli ve sirli yerler var. bele yerleri cox sevirem. Gedib kesf etmek isterdim
27 iyul 2015 14:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz