Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yalanın vurduğu zərərlər
Yalanın vurduğu zərərlər
Göndərən: my_angel
Şərhlər: 13
Baxılıb: 587
Səs ver:
Düz danışmaq nə qədər gözəl və xeyirlidirsə, yalan danışmaq da bir o qədər zərərli və xoşagəlməzdir. Düz danışmaq ən gözəl xüsusiyyətlərdən biri, yalan danışmaq isə ən pis və xoşagəlməz xüsusiyyətlərdəndir. Dil, qəlbin sirrini deyən və daxili hissləri bəyan edən bir vasitədir. Yalana həsəd və ədavət səbəb olduqda, verdiyi nəticələr olduqca ağır və acınacaqlı olur.

Əgər dil yalan danışmağa adət edərsə, viranedici tufantək insanın şəxsiyyətinə ağır zərbə vurub onun şərəf sarayını qarət və yerlə yeksan edər.
Yalan insanda xəyanət və nadanlıq ruhiyyəsini gücləndirir və vicdan alovunu onun qəlbində söndürür.
Yalan birlik və həmrə’yliyə son qoyub cəmiyyətdə ixtilaf və qarşıdurma köklərini salır. İnsanın haqdan uzaq düşməsinə səbəb olan əsas amillərdən biri də onun həqiqətdən uzaq olan iddialarıdır. Həris insanlar öz məqsədlərinə çatmaq üçün öz yalanları ilə həqiqətin üzərinə qalın pərdə çəkər və şirin dillərini işə salaraq sadəlövh insanları özlərinə əsir edərlər.
Yalançı insanlar özlərinə fikirləşməyə macal vermirlər və kimsənin onun dediklərindən agah olmadığını güman etdiyi üçün heç nəyin dərinliyinə varmırlar və bunun üçün söhbətlərində dəfələrlə səhvə yol verir və bir-birinə zidd olan sözlər deyirlər. Nəticədə isə böyük rüsvayçılıqla üzləşib xəcalət çəkməli olurlar. Demək; "Yalançının yaddaşı olmaz"-misalı heç də əsassız deyildir.
Cəmiyyətin əxlaqına ağır zərbə vuran bu xoşagəlməz xüsusiyyətin meydana gəlməsinə səbəb olan əsas amillərdən biri də "məsləhət görülən yalanlar" adını almış yalanlardır. Camaat adətən həqiqətin üzərinə pərdə çəkmək və öz xoşagəlməz işlərinə don geydirmək üçün ona arxalanırlar. Lakin onlar bunu bilməlidirlər ki, din və məntiq buna yalnız bəzi hallarda icazə verir. Məsələn, əgər hər hansı bir müsəlmanın canı, malı və ya namusu xətərlə üzləşərsə, əldə olan imkanlardan istifadə edib - hətta yalan danışmalı olsaq da belə - onun canını və ya ona aid olan şeyləri (mal və namusu) qarşılaşdığı təhlükədən qorumalıyıq. Lakin eyni zamanda həddi aşaraq ifrata da varmamalıyıq. Əgər bunun əhatə dairəsini genişləndirib öz istək və maraqlarımız üçün də istifadə edəriksə, artıq məsləhətli yalan üçün heç bir səbəb olmayacaqdır.


Şərhlər: 13
Baxılıb: 587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Yalan danışmayan insan yoxdur. Amma həddən artıq çox yalan danışmaq da olmaz!

...666...
29 iyul 2015 22:40
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
yalan cox pis weydir bir var beyaz yalan bir de var esl yalan beyaz yalani qebul ede bilerem eff ede bilerem amma yalani esla!mene defelerle dost sandiqlarim terefinden yalan daniwilib onlari eff etmeyecem!Allaha hevale edirem
27 iyul 2015 11:40
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
vipbetul
yalan danisan insan her bir yalanini yadda saxlamadiqina gore hokmen sef eder yalanini ozu acar esla yalan danishmaq lazim deyil ki sonrada biabir olmayasan
26 iyul 2015 17:58
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
Yalan cox pis adetdi insan oyrenende dayanmir nifret etdiyim xususiyyetlerdendi
26 iyul 2015 14:58
# 10
Niquw Abdulayeva
Yalan birde xeyanete nifrer edirem deyirler duz soz aci olur yalan sozun sirinliyinin omru ise cox azdir
26 iyul 2015 02:00
# 9
Fialka
Yalan danışan insan ətrafını aldada hətta özünü də aldada bilər lakin etdiyi hər bir əməli onu yaradan görür. Nə edilirsə qarşılığı mütləq olur..
25 iyul 2015 20:16
# 8
lale.veliyeva19
Yalan deyən insanı həyatımdan uzaqlaşdırıram heç sevmirəm yalanı onu xəyanət hesab edirəm 125
25 iyul 2015 20:08
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Gul_Konul
Arzuolunmaz biwey olsada hamimiz yalan daniwmiwiq ne vaxtsa..)
25 iyul 2015 19:07
# 6
Dosta_inam
Yalan en nifret etdiyim seydir insanda, ama men nifret etsemde ne fayda, ozum yalan danismagi sevmirem.
25 iyul 2015 17:50
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Yalan danışmag insanları yanından qacırdar geriyə qalan insanlarda ki,ya özü kimi yalancı olar ya da onun yalanlarından xəbərdar deyil
25 iyul 2015 17:48
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
hazal♡
Yalan danismag pis bacardiqca insan duz danissin men duz danismagi sevirem men yalan danisanida xoslamiram mene kim yalan danisanida his eleyirem.

Men yalan daisan da olub duz danisanda
Insanin guvendikleri yalan danisanan sora day ne menasi var.yalan insani insanin gozunden salir .
25 iyul 2015 17:47
# 3
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
eıiyeva gülmaye
Yalana nifret edirem. Mene olubdu nece defe oz qohumum da daxil olmaqla yalan danisiblar. Onlari bagislamamisam. İndide en nifret etdiyim xasiyyetdi
25 iyul 2015 17:40
# 2
BARBI
Yalan bir insanda en sevmediyim ve bagislamadigim xususiyyetdir. Yalanci insanlari her zaman etrafimnnan uzaqlasdiriram
25 iyul 2015 17:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz