Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Romantik qaydalar yeniləndi
Romantik qaydalar yeniləndi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1542
Səs ver:

Romantik qaydalar yeniləndi
Bəlkə də ilk öpüşün hər şeyi müəyyən edəcəyini düşünənlərdənsiniz... Amma mütəxəssislər bu və bənzər romantik qaydaların günümüz əlaqələrində etibarlılığını itirdiyini müdafiə edir.

İş eşqi tapmağa gəldiyində, qarşı qoyula bilməz görünən bəzi müəyyən gerçəklər vardır. Bəlkə də birindən təsirlənib təsirlənmədiyinizi saniyələr içində söyləyə biləcək qatı inanclarınız var. Ya da bəlkə ilk öpüşün hər şeyi müəyyən edəcəyini düşünənlərdənsiniz. Bu romantik qaydaların özünə xas pərəstişkarları olsa da, mütəxəssislər bunların günümüz əlaqələrində etibarlılığını itirdiyini müdafiə edir. Qısacası, subayların doğru bildiyi qaydaların az da olsa revizyona ehtiyacı var. Necəmi?

 
 
Köhnə qayda: Birindən həqiqətən təsirlənib təsirlənmədiyinizi saniyələr içində söyləyə bilərsiniz.
Yeni qayda: Birindən həqiqətən təsirlənib təsirlənmədiyinizi ancaq ilk 3 görüşdən sonra söyləyə bilərsiniz.
‘İlk fikirdə eşq' tanış bir romantik qaydadır. Çoxumuz birinə qarşı ilk hiss etdiklərimizin etibarlı olduğunu düşünərkən, mütəxəssislər bir az səyə dəvət edir və ən az 3 dəfə görüşmək lazım olduğunu söyləyir. Səbəbi isə, ilk görüşmədə insanların sinir yumağı olması, ikincidə həll edilməyə başlaması və üçüncüdə tamamilə rahatlayıb hətta bəlkə ahəng tutmasıdır… Və hər nə qədər havada ulduzların, mədədə kəpənəklərin uçuşması gözəl olsa da bunlar bir insanın uzun vədə potensialı olduğunu göstərməz.
 
Köhnə qayda: Olmazsa olmaz siyahınızdakı bütün meyarları qarşılayır olmalı.
Yeni qayda: ‘Olmazsa olmaz' siyahısı kağız üzərində yaxşı dayana bilər, amma bir kağız parçası gecələri sizə sarılmayacaqdır ki.
İstədiyiniz xüsusiyyətləri - xarici görünüş, infrastruktur, təhsil, karieri maaş- idarə edə bilərsiniz, amma sevgilinizi bir labaratoriya mühitində yaratmayacaqsınızsa istədiyiniz bütün xüsusiyyətləri bir yerdə tapmaq qeyri-mümkündür. Təbii ki müəyyən standartlarınız olmalı, amma mükəmməldən azıyla kifayətlənə bilməmək çox realist bir tutum deyil. "Olmazsa olmaz siyahıları müvəffəqiyyətsiz eşqbazlıqlar üçün klassik bir deyimdir"

Köhnə qayda: Zidd qütblər bir-birini çəkər
Yeni qayda: Zidd qütblər narahat edər
Tam tərsiniz birisiylə çıxmaq, sizə tamamilə xarici və fərqli biriylə vaxt keçirmənin kefini daddıracaq olsa da başlarda, əlaqə yaratmaq üçün heç ağla uyğun bir seçim deyil. "Əgər eyni şeylərdən xoşlanmırsınızsa və gələcək üçün eyni şeyləri arzulamırsınızsa, necə bir gələcəyini ola bilər?" Sizə klonunuzu otapın demirik, amma yanınızdakı insan şəxsiyyətinizi tamamlayan biri olmalıdır.
 

Köhnə qayda: Musiqi seçimləri sizinkiylə çox bənzəyir, elə isə ruhyoldaşı olmalısınız
Yeni qayda: Bir insan istəyirsiniz, iPod siyahısı deyil.
Bəzən biriylə tanış olar və bir çox ortaq istiqamətiniz olduğunu kəşf edərsiniz; bilərsiniz ki bu eşq olmalıdır! Əslində maraq sahələriniz və zövqlərinizin birə-bir uyğun gəlməsi də sandığınız qədər yaxşı deyil. Bu fərdi sərhədlərinizi təyin etmənizi çətinləşdirəcəyi kimi, sevgiliniz sayəsində yeni maraq sahələri əldə etmənizə də imkan yaratmaz.

Köhnə qayda: İlk öpüşün çox önəmli olması.
Yeni qayda: İlk öpüş əhəmiyyətsizdir.
Nağıllarda, ilk öpüş sonsuza qədər xoşbəxt yaşamanın ilk şərtidir. Ancaq gerçək dünyada möhtəşəm bir sevgili olma potensialı daşıyan insanla yaşanan ilk öpüşün çox kefsiz bir anıya çevrilə bilər. "Fiziki olaraq cazibədar tapdığınız biriylə paylaşılan bir öpüş romantik və intim bir təcrübə ola bilər, amma bir əlaqə ortaq dəyərlər kimi daha qarışıq xüsusiyyətlər olmadan mütləq parçalanacaq"

Köhnə qayda: Gerçək eşqsə, davamlı onu düşünərsiniz.
Yeni Qayda: Gerçək eşqsə, onun haqqında düşünmək yaxşı hiss etməyinizə səbəb olar
"Davamlı birini düşünmək eşq deyil, bağımlılıqdır və bağımlılığın yaxşı bir uyğunlaşmaqla əlaqəsi yoxdur" Nəticədə, nə qədər çox düşündüyünüzdən çox necə düşündüyünüz əhəmiyyətlidir. "Əgər onu düşündüyünüzdə isti və rahat duyğular hiss edirsinizsə, bu tarazlıq, güvən və güclü yoldaşlıq faktoru üzərinə qurulmuş bir əlaqəni göstərər"  Digər tərəfdən, sizə yazdığı maillərdə öz gerçək duyğularını saxladığı sətir aralarında nə demək istədiyini düşünərək səhərləyirsinizsə, sizin olmaq istəməyən birinin arxasında ola bilərsiniz.


Şərhlər:
Baxılıb: 1542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz