Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox dil bilmək insanı dəyişirmi?
Çox dil bilmək insanı dəyişirmi?
Göndərən: Catwoman666
Şərhlər: 10
Baxılıb: 454
Səs ver:
1941-ci ildə vəfat edən amerikalı linqvist Bencamin Li Uorf hesab edirdi ki, hər bir dil özündə xüsusi dünyagörüşünü ehtiva edir. Bu isə öz növbəsində həmin dilin daşıyıcısına güclü təsir göstərir. Yəni, 1, 2, yaxud 3 dil bilmək insanın şəxsiyyətinə təsir göstərir.

Bəs bu iddia təsdiq olunubmu? Bir neçə dil bilmək insanın xarakterinə həqiqətənmi təsir göstərir?

Dilçi alimlərin fikrincə, Uorf özünün linqvistik relyativizm hipotezində dillərin insan fəaliyyəti və transsendentlik sərhədindəki formalaşma probleminə toxunub. "Dilin təmizliyi” sadəcə, müəyyən məqsədlərə çatmaq üçün istifadə olunan yalandır. Başqa dilləri bilmək ana dili üçün təhlükə törətmir. Çünki hər birimiz ilk dəfə məhz ana dilimizdə danışmağa başlamışıq. Bu, yalnız bir dəfə ola bilər. Bizim özünüdərkimiz həyatımız boyu dəyişən və inkşaf edən hissələrdən ibarət olduğuna görə genişdir. Yəni, yalnız statik və dəyişməz anlayışlarla deyil, həm də özünüdərk, mədəni, dil səviyyəsində dəyişən və inkşaf edən dinamik hissələrdən ibarətdir.

1960-cı illərdə Kanada alimlərinin tədqiqatları nəticəsində məlum oldu ki, bilinqvlər (iki dili təmiz bilən insanlar) sosial və koqnitiv vərdişlərin daha erkən inkşaf etməsilə fərqlənirlər. Bilinqvizm zehni xüsusiyyətlərin və analitik qabiliyyətlərin formalaşmasına şərait yaradır. Bundan başqa, dillərə xüsusi maraq insanı metalinqvistik vərdişlərin əldə olunmasına aparır. İctimai nöqteyi-nəzərdən bilinqvlərə xarici dil daşıyıcısı ilə ünsiyyət daha asandır.

1990-cı illərdə alimlər sosial-iqtisadi şəraitlərinə görə, kasıb və varlı olan bilinqv-uşaqlarla adi uşaqların oxumağı öyrənmək qabiliyyətini müqayisəli şəkildə təhlil ediblər. Ən yaxşı nəticəni imkanlı ailələrdən olan bilinqvlər, sonrakı yerləri isə imkanlı ailələrdən olan adi uşaqlar, daha sonra isə aztəminatlı ailələrdən olan adi və bilinqv uşaqlar əldə edib. Bu, bilinqvizmin koqnitiv səviyyədəki rolunu əyani şəkildə göstərir.

Hər kəs bilinqv ola bilər. Bundan başqa, bizim planetdə əksər insanlar bir dildən artığını bilir. Əsas məsələ bilinqvizm adı altında nəyin başa düşüldüyüdür. Ənənəvi olaraq iki dili mükəmməl bilənlər bilinqv hesab olunur. Amma biz çox vaxt hətta öz ana dilimizi də tam bilmirik. Məsələn, öz ana dilində insanlar elmi teoremlər və dieta haqqında eyni səviyyədə danışa bilirmi?

Eyni məsələ iki yaxud daha artıq dil bilənlərə də aiddir. Yəni, insan bir dildə təmiz danışa və yaza bilər, eyni vaxtda başqa dildə tam anlaya bilsə də, danışmaqda çətinlik çəkə bilər. Müəyyən hallarda dillərdən birindən daha çox professional həyatda istifadə olunursa, digər dildən mətbəxdə danışmaq daha rahat olur.

Bu nöqteyi-nəzərdən verbal repertuar anlayışı bizə bu ya digər anlarda hansı dilləri bildiyimizi dərk etməkdə yardımçı olur. Bu repertuar bizim ünsiyyətdə olduğumuz və həyatımızın müəyyən məqamlarında istifadə etdiyimiz bütün dilləri özündə cəmləşdirir. Yəni, verbal repertuar bütün dil təcrübəmizdən formalaşır.


Şərhlər: 10
Baxılıb: 454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
men iki dili ana dilim kimi bilirem Azerbaycan_Turkiye ingilis dilini oyrenirem hal hazirda
24 iyul 2015 13:14
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
İnsanın bir neçe idl bilmesi çoox yaxsidir
beyninede müsbet tesir gösterir,şexsiyyetinede

teessüfler olsunki mən 2 dil bilirem(
ama öyrenecem
19 iyul 2015 18:57
# 9
Don't trust anyone ∆
Dosta_inam
Bir nece dil bilmek yaxsidir, hem dunya gorunusun olur, hemde xaricilerle unsiyyetde cetinlik cekmirsen. Tesekkur.
19 iyul 2015 10:59
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Ekizler burcuyem . Dil qabiliyyetim ve oyrenme isteyim var. muxtelif dillerde danismagi sevirem. Cox dil bildikde insan bezen danisarken leksik sehvler buraxir.
18 iyul 2015 23:36
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
dıl bılmek tebıkı hem dunyagorushce hem ıshınde ırelı getmek cehetce hemdekı basqa olkelere getdıkde unsıyyetın asanlashmasına gozel tesırı olur
18 iyul 2015 21:05
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
my_angel
Bu aralar İngilis Dilinə yaman bağlanmışam,səlis danışıq öyrənmək istəyirəm İngiliscə. İnşaallah gələcəkdə... 128
18 iyul 2015 19:15
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
men Diller universitetine hazirlasiram. muxtelif dilleri oyrenmeyi cox sevirem. amma hansisa xarici dili ise tam derinden bilmirem( amma oyrenecem mutleq. esas ingilis dilini sevirem.
18 iyul 2015 18:44
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
hazal♡
Men azeri turk dilini bilirem
18 iyul 2015 18:36
# 3
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Dj_Vampir
Men diller unisine hazirlasiram ozumde bur nece dil uzre kurslarda olmusam
18 iyul 2015 17:50
# 2
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
pozitiv
men azeri ve turk dilinden basqa iki dil artiq bilirem,.Ingilis ve fransiz
18 iyul 2015 17:47
# 1
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz