Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qeyri-ixtiyari rəsmlər
Qeyri-ixtiyari rəsmlər
Göndərən: Catwoman666
Şərhlər: 15
Baxılıb: 819
Səs ver:
Hərdən, əl altında dəftər-qələm olan zaman, adamlar bir işlə məşğul olur (telefonla danışır, nəyəsə qulaq qasır, nəyisə gözləyir və s.) və bu zaman kağız üzərində qeyri-ixtiyari olaraq, yəni fikir vermədən hansısa rəsmlər, cızmaqaralar edirlər.
Bonn psixologiya institutunun psixoloqları bu fenomeni tədqiq etmək üçün bir il davam edən eksperimentlər aparıblar. Müəyyən olunub ki, bu cür rəsmlər heç də mənasız deyildir, onlar insanın həmin ana olan psixoloji durumu haqda çox şeydən xəbər verir. Başqa sözlə, həmin rəsmlərə əsasən insanın konkret ana olan təxmini psixoloji portretini təyin etmək və ümumiyyətlə, onun xarakteri barədə nəticələrə gəlmək mümkündür.
Həmçinin, azyaşlı uşaqların kağız-qələmlə oynayarkən etdiyi təsvirlər onların həmin ana olan düşüncələrini təyin etmək üçün etibarlı üsuldur.
İxtiyarsız rəsmlərdə daha çox rastlanan təsvirlər və onların nəyə dəlalət etdiyi barədə:

Ulduzlar və aypara
Belə adamlar daim diqqət mərkəzində olmağı arzu edirlər. Onların güclü iradəsi, rəhbərlik qabiliyyəti olur. Eqoizmdən xəbər verir. Ulduzun beşdən artıq guşəsi olursa, adam həmin anda ruhi təlatümlər yaşayır demək.

Günəş və (və ya) buludlar

Pozitiv, xəyalpərəst adamlara xasdır. Buludlar arasından şəfəq saçan günəş adamın həmin anda özünü yaxşı hiss etməsindən xəbər verir. Günəşin önünü buludlarla örtürsə, demək, hansısa problemləri yaranmışdır.

Ev rəsmləri
Tənhalıq hissi ilə yaşayan adamlara xasdır. Səliqəlidilər. Hər şeydə nizam-intizam olmasına çalışırlar. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün həmiçə ciddi səy göstərirlər. Ev rəsmi adamın ev üçün darıxmasından xəbər verir əksər hallarda. Bəzən, ailə həyatında problemi olan adamlar da ixtiyarsız ev rəsmləri çəkirlər.

Bucaqlı fiqurlar (üçbucaq, kvadrat və s.)
Güclü xarakterdən xəbər verir. Sözü birbaşa deyəndilər. Hislərini gizlətmirlər. Fiqurun bucaqlarının çox olması adamın daha inadkar olmasından xəbər verir. Fiqurlar hansıa vahid təsviri xatırladan şəkildə bir-birinə birşəldirilibsə, o deməkdir ki, adam xoşu gəlməyən hansısa işdən yaxa qurtarmaq istəyir, bunu necə etmək barədə düşüncələr onun şüuraltını məşğul edir.

Dairələr
Adam ədalətsizliyə məruz qaldığını hesab edir. Sevdiyi adamdan etinasızlıq görür, özünə layiqli qiymət verilmədiyini hesab edir və s. Dairələrin sayı nə qədər çoxsa, adamın incikliyi, narazılığı o qədər çoxdur demək.

Dalğalı xətlər
Adamın hansısa problemlə üzləşməsindən, onun həlli ilə bağlı fikir çəkməsindən xəbər verir. Dalğaların böyüklüyü problemin ciddiliyinə işarə edir.

Spirallar
Özünə qapanıqlı adamara xasdır. Başqa adamların problemləri onları maraqlandırmır. Bəzən, adamın həyatında ağır günlərin başlamış olmsaından xəbər verir.

Gül, çiçək, yarpaq
Romantik adamlara xasdır. İsti, etibarlı münasibətlər həsrətində olmasından xəbər verir. Sivri ləçək və ya yarpaqlar çəkirsə, həyat hadisələrini həddən artıq dramatikləşdirməyə meylli adam olması deməkdir. Yəni, normalda adi sayılmalı şeylərdən faciə düzəltməyə meyllidir.

Qəfəs, tor
Adamın çətin vəziyyətə düşmüş olmasına işarə edir. İstənilən halda, həll etməyə çalışdığı hansısa bir problem, çıxış axtardığı çətin bir durum var demək. Qəfəsin bir tərəfini açıq saxlayıbsa, deməli, problemdən hansısa çıxış yolu qərarlaşdırmışdır, yaxud qərara almaq üzrədir.

Heyvanlar
Hər bir insanın yaddaşında heyvanlar hansısa insani xasiyyətlərlə asossasiya olunur: tüklü hiyləgərlik rəmzi, öküz güc rəmzi, it sədaqət rəmzi, quş yüngüllük rəmzi və s. Məsələn, adam yaxınlarda kimsə tərəfindən aldadılmışdırsa, həmin adam barədə neqativ fikirlər onu tülkü rəsmi çəkməyə sövq edə bilər. Yaxud, konkret heyvan rəsmi adamın bu heyvana qarşı xüsusi simpatiyasının və ya qorxusunun olmasına dəlalət edə bilər.

İnsan rəsmləri
1) Sifət təsvirləri adamın tənhalıqdan əziyyət çəkdiyinə işarə edir. Ola bilsin ki, həmin anda kiminləsə söhbətləşmək, dərdini bölüşmək ehtiyacı var;
2) Üz cizgilərini xırda detallaradək təsvir edirsə, adam özünün xarici görkəminə ciddi diqqət ayırır, özünün hansısa üz əlamətlərini fərqi şəkildə görmək istəyir;
3) eybəcər insan təsvirləri adamın ünsiyyətə meylsizliyinə, ətrafında olan adamlardan zəhləsi getdiyinə dəlalət edir əksər hallarda.

Göz
Özünü hansısa hadisədə günahlandıran, özünü tənqidə meylli adamlara xasdır. Ona dəlalət edir ki, adam baş vermiş hadisədən necə təmiz çıxmaq barədə bu aralar çox fikir çəkir.

Dodaqlar
Həssas, yaradıcı adamllara xasdır. Belə adamlar özlərinə daha çox diqqət gözləyirlər. Dodaqlar həcmli təsvir olunubsa, adamın o anda aqressiv kökləndiyindən xəbər verir.

Təkralanan naxışlar və ya fiqurlar
Eyni bir şeyi çox dəfə çəkibsə, adamın həyatında monotonluq, darıxdırıcılıq var deməkdir. Adam nələrisə kökündən dəyişmək arzusundadır, amma necə etmək lazım gəldiyini bilmir.

Durğu işarələri
Bu cür işarələr (nida, sual, vergül, tire, nötə və s.) adamın hər şeyi bilmək ehtirasından xəbər verir.


Şərhlər: 15
Baxılıb: 819
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
Günəş və (və ya) buludlar

Pozitiv, xəyalpərəst adamlara xasdır. Buludlar arasından şəfəq saçan günəş adamın həmin anda özünü yaxşı hiss etməsindən xəbər verir. Günəşin önünü buludlarla örtürsə, demək, hansısa problemləri yaranmışdır.
butun resimlerimde cekirem bulud ve gunesi


Gül, çiçək, yarpaq
Romantik adamlara xasdır. İsti, etibarlı münasibətlər həsrətində olmasından xəbər verir. Sivri ləçək və ya yarpaqlar çəkirsə, həyat hadisələrini həddən artıq dramatikləşdirməyə meylli adam olması deməkdir. Yəni, normalda adi sayılmalı şeylərdən faciə düzəltməyə meyllidir.
bunu da cekirem
24 iyul 2015 13:19
# 15
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
İnsan rəsmləri
1) Sifət təsvirləri adamın tənhalıqdan əziyyət çəkdiyinə işarə edir. Ola bilsin ki, həmin anda kiminləsə söhbətləşmək, dərdini bölüşmək ehtiyacı var;

ancaq insan resmleri çekirem men
düzdü ciyy
19 iyul 2015 19:00
# 14
Don't trust anyone ∆
WiRiN BaLaM
maraqsız xeberdi
16 iyul 2015 01:56
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yaz_yamuru
Resm cekmek qabiliyetim yoxdu ama isteyerdim ki olsun))
16 iyul 2015 00:03
# 12
vipbetul
maraqli fikirlerdi no insanin xasiyytini bu gur bilmek yaxuddaki bunlarla oyrenmek sehf olar
15 iyul 2015 21:22
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Resm cekmek qabiliyyetim yoxdu, ancaq maraqli geldi mene, tesekkur.
15 iyul 2015 18:35
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
my_angel
Göz rəsmlərini daha çox bəyənirəm. Bəzən elə rəsmlər rast gəlirəm ki,insan baxdıqca baxmaq istəyir,məsələn,əl ilə çəkilmiş mənzərə rəsmləri. wekil
15 iyul 2015 15:48
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
3) eybəcər insan təsvirləri adamın ünsiyyətə meylsizliyinə, ətrafında olan adamlardan zəhləsi getdiyinə dəlalət edir əksər hallarda.

duzdu zehlem gedir insanlardan. eslinde tek bu sekilleri cekmirem amma cizma qara eliyende daha cox eybecer gic gice adam sekilleri cekiremhihih amma resm qabiliyyetim coooooox gozeldir usaqliqdan beri resm cekmeye meyilliyem ve resm musabiqelerinde qalib de olmusam. hemise mektebde en ferqlenen ve qabiliyyetli sagird olmusam. amma hal hazirda hec neye hevesim yoxdur deye resm cekmekden de uzaqlasmisam evvelki numunevi ve qabiliyyetli, her zaman onde olan sagird obrazindan cixmisam))
15 iyul 2015 15:47
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Leylican
cox maraqli melumatdir
resm qabiliyyetim yoxdu malesef
15 iyul 2015 15:08
# 7
SEBR....
Mrs.Pianist
Resm qabiliyetim yoxdu :( amma isteyerdim olsun.Tesekkurler
15 iyul 2015 15:06
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
Dj_Vampir
Menim resm qabiliyyetim super olmasada en azindan baciram bow vaxtlarimda yeni dersde bow vaxt olan kimi cekirem..ela alinir..
15 iyul 2015 14:46
# 5
فيرا
Canavar sevgisi
Maraqli melumatdi
15 iyul 2015 14:17
# 4
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Fialka
Maraqlı məlumatlardır . Əvvəllər sadəcə geyim və insan çizimləri edirdim mənasını bilmək maraqlı oldu) təşəkkürlər.
15 iyul 2015 12:57
# 3
ell.nell
Mən dəniz cəkməyi xoşlayıram sahilde daş uste qız denize baxır
15 iyul 2015 12:41
# 2
BARBI
Hendesi fiqurlari cekmeyi cox sevirem. Adeten onlarin ustden yandan onden gorunuslerini cekirem
15 iyul 2015 12:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz