Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dalaq sirli orqandır
Dalaq sirli orqandır
Göndərən: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 644
Səs ver:
Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.

Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.

Normada böyüklərdə dalağın uzunluğu — 11-12, eni — 6-8 sm, çəkisi — 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna «splenomeqaliya» deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)

Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun sisteminin zülalları) hazırlanır.

Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır.

Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə — «splenektomiya») insanın immun sisteminin zəiflənməsinə səbəb olur.

Bundan əlavə dalaq qanda köhnə, xəstə, «keyfiyyətsiz» eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.

Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.

Dalaq orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə — «splenektomiya»)  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.


Şərhlər: 8
Baxılıb: 644
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Dalaq şəkildə göstərildiyi yerdə yerləşir ki?? bunu bilmirdim heç.

...666...
30 iyul 2015 12:34
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Dogrusu bu qeder melumatim yox idi, tesekkur oyrenmis oldum.
27 iyul 2015 07:49
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Dalaq qan yaradan onemli orqanlardan biridir. Haqqinda bu qeder etrafli bilmirdim
26 iyul 2015 23:00
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lale.veliyeva19
vauuu sen neymişsin be abi 122
26 iyul 2015 20:42
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
butun orqanlar cox vagibdi insan heyatiycin
26 iyul 2015 18:38
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ILAHE_
Her orqanin ozunun iwi var. Her bir xestelikden Allah qorusun.
26 iyul 2015 16:43
# 3
Fialka
İnsan orqanizmində hər bir orqanın öz funksiyası var həmçinin dalaqda da bu belədir. Ətraflı məlumat üçün təşəkkürlər.
26 iyul 2015 14:13
# 2
WiRiN BaLaM
aaa insanın dalağı olduğnu bilmirdim shok
26 iyul 2015 14:11
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz