Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paralel dünya haqqında faktlar
Paralel dünya haqqında faktlar
Göndərən: WiRiN BaLaM
Şərhlər: 13
Baxılıb: 636
Səs ver:
Məşhur "Həyatdan sonra həyat” və "Ölümdən sonra həyat” kitablarının müəllifi Raymond Moudi həkim tanışı Corc Ritçidən eşitdiyi bir hadisədən sonra, bu mövzularla maraqlanmağa başlayıb. Gənc həkim Ritçi 1949-cu ildə Texasda yerləşən Kemp-Barkli hərbi xəstəxanasında ağır sətəlcəmdən müalicə alırdı. Dekabrın 20-si qəfildən onun temperaturu yüksəlir və o, şüurunu itirir.

"Ayıldıqdan sonra gördüm ki, naməlum yerdə uzanmışam. Yerimdən qalxıb, paltarlarımı axtarmağa başladım. Paltarlarım yox idi. Lakin bayaq uzandığım yerdə, qəribə sarımtıl dərili adam uzanmışdı. Bu ölü idi. Onun barmağında iri qaşlı almaz üzük vardı. Bu mənim anamın üzüyü idi və mən onu dörd il idi ki, özümdə saxlayırdım”.
Meyidin ona aid olduğunu anlayan Ritçi dəhşətli dərəcədə qorxur və dəhlizə çıxıb, sanitarı çağırır. Lakin sanitar onu eşitmir.

"Sanitar mənə fikir vermirdi, elə bil ki mən yox idim. Bir neçə dəqiqədən sonra, o, mənim içimdən keçdi. Mənə aydın oldu ki, hansı yol iləsə, bədənim hissi qabiliyyətini itirib. Həm də başa düşürdüm ki, orada-morqda uzanan meyid mənə məxsusdur. Gedib onunla birləşməliyəm”.

Otaqdan-otağa girən Ritçi, öz bədənini axtarmağa başlayır. "Nəhayət həmin otağı tapdım. Meyidimin üstünü örtmüşdülər. Lakin əlləri çöldə qalmışdı. Sol əlində həmin üzük vardı. Mən meyidin üstünə örtülmüş mələfəni qaldırmağa cəhd etdim, amma alınmadı. Onda başa düşdüm: bu ölümdür! Həmin anda otaq işıqla doldu. Elə sakitlik və xoşbəxtlik idi ki, əbədiyyən həmin işıqda qalmaq istəyirdim...”

Bütün həyatı Ritçinin göz önündən keçir. Ona belə bir sual verirlər: "Yerdə olduğun müddətdə nələr etmisən?” Heyrətlənmiş Ritçi cavab verir ki, nəsə etmək üçün çox cavan olub.

Paralel dünyalar

"Sonra otağa yeni işıq doldu və mən birdən bizim dünyamıza paralel bir dünyaya düşdüm. Orada qəribə kədərli üzlü insanlar vardı. Mən əvvəllər işlədikləri müəssisənin dəhlizlərini gəzən məmurlar gördüm. Amma onları heç kim görmürdü. Öz altı yaşlı oğlunun yanı ilə gedib, dayanmdan onunla danışan ana gördüm, amma uşaq nə onu görür nə də eşidirdi. Düşündüm ki, bəlkə də bu insanların beyni o qədər iş-güclə doludur ki, ölərkən də onlardan ayrıla bilmirlər. Düşündüm ki, görəsən bu cəhənnəmdir? Sonra daha iki dünyaya baxdım. İkinci dünya da paralel yerləşmişdi amma tamam fərqli idi. Orada hər kəs özünə qapanaraq, həqiqəti axtarırdı. Mən heykəltəraşlar, filosoflar, bəstəkarlar, ixtiraçılar gördüm. Orada kitabxanalar, elmi düşüncələrin saxlanıldığı müxtəlif laboratoriyalar vardı. Sonuncu dünyaya gözucu baxdım. Orada işıqdan düzəlmiş şəhər gördüm. Evlər, divarlar, küçələr parıldayırdı, orada gəzənlər isə mənim yanımdakı varlıq kimi işıq saçırdılar”.

Sonra həkim Ritçi yenidən xəstəxana otağına düşür və yavaş-yavaş özünə gəlir. Qeydiyyat otağına girən Ritçi öz xəstəlik tarixçəsinə göz gəzdirir. Orada yazılmışdı: Sıravi Corc Ritçi: ölüm 20 dekabr 1949-cu ildə baş verib, iki tərəfli sətəlcəm”.

"Sonralar mən ölümüm haqqında nəticə çıxaran həkimlə danışdım. O dedi ki, öldüyümə şübhəsi olmayıb. Lakin on dəqiqə sonra, onun yanına bir sanitar qaçıb və mənə adrenalin vurulmasını istəyib. Həkim ürək nahiyəmdən adrenalin vurub və görüb ki, bədənim canlanmağa başlayır.”

Keçmiş, indi və gələcək yoxdur

Raymond Moudi deyir ki, kliniki ölüm keçirən insanların təxminən 40 %-i iddia edir ki, keçmiş, indi və gələcək haqqında bütün biliklərin yox olduğu bir məkana düşüblər.
Moudinin tədqiq etdiyi pasiyent qadınlardan biri danışırdı: "Bütün həyatım gözlərimin önündən keçdi. Sonra hiss etdim ki, əsrlərin sirrini, bəşəriyyətin, varlığın məğzini bilirəm. Mən hər şeyi bilirdim. Geri qayıtmağa qərar verdikdə isə mənə dedilər ki, bu biliklər itəcək. Lakin heç nə üçün peşman deyiləm. Ölümümə az qalmış, uşaqlarımın yanına qayıtdım.Yadımdadır, biliklər bütün formalarda idi: Görüntü, fikir, səs... Elə hiss edirdim ki, sanki mənə naməlum heç nə yoxdur.”

Ya hər şeyi bil, ya da yerdəki həyatına davam et!

2500 il əvvəl Platon döyüşdə öldürülən Eranın, ölüm hadisəsini analiz edirdi. Ölən döyüşçülərin meyidləri 12 gün sonra yandırılarkən, Era qəfildən dirilmişdi. O, paralel dünyada çox şeylər görmüşdü. Onu həyata qaytarmışdılar ki, ölümdən sonrakı həyat barədə danışsın.

Bəzi kliniki ölüm keçirən insanlar əminliklə deyir ki, ölümdən sonrakı həyatda da universitetlər və təhsil ocaqları var. 19 yaşlı Villi Kraiçça: "Mən əmin idim ki, tələbəyəm. Qarşımda müəllimlər var idi. Onların bilikləri mənə daxil olurdu. Lakin mən qayıtdım”.

Beş gün komada qalan 49 yaşlı bombeyli Rəhman Padeşa deyir: "Elm və məlumatlar çox asanlıqla mənə daxil olurdu. Sanki mən onları hazır cavablar şəklində udurdum”.

Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və ona " Şeytanın zənguləsi” adını verir. Bu sonata bəstəkarın ən gözəl əsəri hesab edilir.


Şərhlər: 13
Baxılıb: 636
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və ona " Şeytanın zənguləsi” adını verir. Bu sonata bəstəkarın ən gözəl əsəri hesab edilir.

bu hisse coxx maraqli geldi mene. hemin muzikaya qulaq asacam)

hal hazirda bu muzikanin lap evveline qulaq asdim. amma qorxdum ki sheytam esider muzikani ve geler))) mama da evde yoxdy) qoy o gelsin sonra arxayinluqla qulaq asim) 17 deqlik muzikadi
16 iyul 2015 18:07
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Rahila
Maragli oldu ama inanmag cetindi
12 iyul 2015 22:07
# 12
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
Ayten666
Inanmiram nagil oldu bu
12 iyul 2015 20:38
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Dosta_inam
Maraqli oldu tesekkur.
12 iyul 2015 17:40
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
eıiyeva gülmaye
Bele melumatlari hevesle oxuyuram ve basim qatisir goresen olumden sora heyat var. Yenede Allahin isidi buna qatismaq olmaz. Təşəkkürlər
12 iyul 2015 17:00
# 9
ell.nell
Cox maraqlı idi..tşk..
12 iyul 2015 16:37
# 8
vipbetul
cox maraqlıydı bu cur heyatları hadıselerı oxumaqı xosluyuram
12 iyul 2015 15:20
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
)))hami ele iwiq gorur tunel gorur bu ne lann *-*maraqli idi coox saqolunn
12 iyul 2015 15:02
# 6
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Fialka
Əslində maraqlıdır kliniki ölüm keçirənlərin danışdıqları lakin reallıqdan çox uzaqdır paralel dünyalar . Sadəcə ölümdən sonra əbədi axirət vardır bu qədər...
12 iyul 2015 15:01
# 5
Vuska87
Men emeliyat olunanda narkoz verdiler.yuxuya getdim.gordumki bir emeliyat otagidi kimise emeliyat edirler.sen deme o men imiwem.bele duwunuremki ruhum bedenimnen cixib yuxardan ozumu izlemiwen
12 iyul 2015 12:41
# 4
xeyalperest
Tebiiki olumden sonra heyat var.bes cennet cehennem nedi?
12 iyul 2015 12:20
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Canavar sevgisi
Emim kliniki olmum kecirib. Onnan sohbet elesem pis olmaz:) maraqli xeberdi
12 iyul 2015 12:15
# 2
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
BARBI
Olumnnen sonraki heyatin varligina inaniram mene cox maraqli gelir bu , her zaman arasdirib oxuyuram. Goresen heqiqetende olumnnen sonra heyat varmi

Kliniki olum haqda oxumusam insanlar deyirki once ag isiq gelir ve bir tunele daxil olursan sevdiklerini izleyirsen ama onlar seni gormur. Bunu komada olanda yasayan insan yazmisdi
12 iyul 2015 12:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz