Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlıların namus xəstəliyi
Azərbaycanlıların namus xəstəliyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1385
Səs ver:

Azərbaycanlıların namus xəstəliyi

Namus haqqında bir xanımın yazısı ilə tanış oldum. Yazıda verilən mesaj və ya mənim anladığım bu idi: "Ey kişilər, siz bizə görə kişisiz.... İstəsək sizin papağınızı yerin dibinə də soxa bilərik, ucalara - şkafın başına da qaldıra bilərik... Çox övünməyin yani...". Qəribə bir mesaj idi ama mövcud şərait və cəmiyətimizin mövcud mühakimə anlayışı bu düşüncəyi demək olar ki, təsdiqləyir və ona tam şərait də yaradır. Yəni bu mesajda həqiqət payı çoxdur...

Buna görə də mən də kişilərdəki namus anlayışı haqda tarixdən gələn və bu haqda yüzlərlərlə fikirdən birini sizə çatdırmaq istədim:

Bizim kişilərin (qədim və orta əsr zehniyyəti) qadınlara olan münasibəti klassik "sahiblənmə, mülkiyyət və güclü olmaq instiktinə" əsaslanır. Daha açıq desək, qədim və orta əsrlərin qanunu olan kişi olan güclü olandır və yaşamaq üçün mütləq fiziki olaraq güclü olmaq məcburiyyətindəsən anlayışı. Əgər fiziki zəifsənsə ya öləcəksən, yada ömür boyu təhqirlər içində yaşayacaqsan. Bir sözlə "kişi olan basılmaz" (məğlub edilməz). Basılan isə...

Bundan başqa bu qaydalara görə fiziki gücü görsədən əsas amillərdən biri də sənə məxsus olanları - mülkünü və digər obyektləri qoruma bacarığın və iqtidarındır. Əgər sənə məxsus olan hər hansı bir obeykti başqa bir kişi götürərsə, səni "basıb" (məğlub edib) götürmüş sayılacaq. Dolayı olaraq sən basılmış və məğlub olmuş və bu dövrün fiziki gücə əsaslanan qaydalarına görə isə "əsl kişi" olmayacaqsan. Nə olacaqsan sualı çox maraqlı...

Deməli sənə məxsus olan əsas obyektləri qorumalısan, bir mülkiyyət sahibi kimi və "əsl kişi" kimi.
Bu obyektlərdən bir neçəsini sayası olsaq məsələn kişinin evi, kişinin papağı, kişinin atı və nəhayət ən əsas obyekt - kişinin "arvadı". Orta əsrlər dövrünün qaydalarında bu çox sərt idi. İndi nə qədər sərtdir görəsən?...

Belə ki, qadına olan münasibətimiz "qayğımız", "onu qorumaq istəyimiz" əslində bu basılmaq qorxusun məhsuludur. Biz əslində qadını qoruyarkən sadəcə bizə məxsus olan obyeklərdən birini qorumuş oluruq. Belə ki, kişi olaraq başqası tərəfindən "basılmış" obrazı yaratmamaq üçün namuslu oluruq. Əsl kişi olmağımız üçün əlimizdəki obeyktləri qoruma iqtidarında olduğumuz gərək bütün cəmiyyətə görsədək axı. Yoxsa "başımıza papaq qoyub el arasına necə çıxa bilərik?!"...

Bizim orta əsr zehniyyətinə əsaslanan namus anlayışımız, bizim sevdiyimiz və qoruduğumuz qadını bizim sadəcə obyektlərimizdən biri edir. Yəqin ki "arvad almaq" anlayışı da bu zehniyyətə əsaslanır. Zamanında hətda arvadı pul ilə alırdıq (başlıq parası), bazaradan kartof aldığımız kimi. Nəticədə istifadə edəcəyimiz nəsə bir şey alırıq. İndi də dəyişən çox bir şey yox. Çünki biz ailə qurmuruq, sadəcə arvad alırıq.

Kiçik bir xatırlatma edim. Metrolarda, marşurutlarda, küçədə, parkda və başqa ictimai yerlərdə yəqin ki cütlüklərimizin davranışı diqqətinizi çəkməmiş olmaz. Daima kişi qadını qoruyur hər şeydən. Hətda eləsinə rast gəlirəm ki, oğlanın gözü başqa oğlanlarda olur, birdən kimsə baxar. Və hətda və hətda eləsi də rastıma çıxır ki, kişi artıq psixoloji gərginlik içindədir. Sanki bütün ətrafdakılar onlara hücum edir və o da bütün hamı ilə vuruşmalı və qadını qorumalıdır. Bunu qərb çütlüklərində müşayət etmək çox çətin, onlar tam fərqli. Davranışlarından iki müstəqil insan olduqları bəlli. heç kim heç kimi qorumur, heç kim heç kimin obyekti deyil.

Maraqlı isə burasıdır ki, qadınlarımızın da bir çoxu kişilərin bu hərəkətini çox bəyənir və bunu "əsl sevginin simvolu" kimi dəyərləndirir
. Hətda eləsinə rast gəlmişəm ki, deyir "əgər kişi qadının saniyəbəsaniyə harada olmasını bilməsə və onun bütün hər şeyinə - geyimindən yeməyinə kimi, makyajından dostlarına kimi hər şeyinə qarışmasa, yönləndirməsə və qadağa qoymasa deməli onu sevmir". Nə edir bəs? "fırladır"... bərəkallah.

Əşya olmağı öncədən qəbul edirlər bir sözlə. Bəlkə də qadınlarımızın qorunmağa ehtiyacı var nə bilim?! Amma anladığım bir şey var ki, qadınlarımız münasibətlərdə bir cəngavər axtarışındadır və ya qanadları altında gizlənəcək bir qartal. Münasibətlərə çoxu zaman bu zehniyyətlə baxır. Kimdən qorunur, niyə qorunur məlum deyil. (Bəlkədə cəmiyyətin zehniyyətindən qorunur. Nə bilmək olar, həə kişilər?!) Ama anladığım budur ki "fərd olmuş" çox az qadınımız var. Barmaqla sayacaq qədər az.

Bu da bizim namus anlayışımız. Heç kimin qıra bilməyəcəyi (istisnalara eşq olsun), orta əsr zehniyyətini özündə daşıyan bir namus anlayışı. Kişilərdə bir basılma qorxusu, bir sahiblənmə və mülkiyyət instinkti. Cəmiyyətə "əsl kişi" olduğunu sübut etmə ehtiyacı.

Bu yazdıqlarım namus haqqında yüzlərlə fikirdən sadəcə biridir, yəqin ki liberal baxış. Bundan fərqli və maraqlı müxtəlif konservativ fikirlər də yox deyil.

İndi yadıma Manga tracklarından (türk rock qrupu) bir cümlə düşdü. Hardan düşdüsə...

"Namusu bacak arasında ararım

Dişi sinək belə görsəm laf atarım"

(bəlkədə namusu başqa yerdə axtarmaq lazımdır, daha geniş bir platformada... dar ərazilərlə özümüm niyə məhdudlaşdıraq ki?!)

Günün sitatı: "adam kişi olar... basılmamış kişi"

 


Müəllif: Xəyyam



Şərhlər:
Baxılıb: 1385
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz