Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əgər sosial şəbəkələr olmazsa...
Əgər sosial şəbəkələr olmazsa...
Göndərən: Catwoman666
Şərhlər: 22
Baxılıb: 702
Səs ver:
Sosial şəbəkələr insanlarla ünsiyyət saxlamaq və yeni tanışlar əldə etmək üçün əla vasitə ola bilər. Amma təəssüf ki, heç də hər kər sosial şəbəkələrdən bu məqsədlərlə istifadə etmir. Çoxları üçün sosial şəbəkələr həyat tərzinə çevrilmişdir. Onlar xəbər səhifələrini gözdən keçirir, "like” edirlər, mesaj yazırlar, bütün oyunları oynayırlar, gördükləri bütün sorğularda mütləq iştirak edirlər, nəyisə gözdən qaçırmağı isə özlərinə dərd bilirlər. Bəlkə də bu elə sizə və ya hər hansı tanışınıza xas olan əlamətlərdir? Və əgər bu belədirsə bəlkə də nəyisə dəyişmək vaxtıdır artıq. Beləliklə aşağıdakılara baxaq təsəvvür edək sosial şəbəkə xəstəliyindən qurtarsaq gündəlik həyatımızda baş verən yeniliklər nə ola bilər.

1.Beyniniz daha az "ölü” halda olacaq.
Hər dəqiqədən bir səhifələri yeniləyəndə, ona aludə olanda ətrafınıza diqqət ayırmırsınız. Artıq hər şey o həddə gəlib ki, gəzməyə çıxanda, maraqlı yerlərə gedəndə, bunlari həqiqətən də yaşamaq əvəzinə insanlar bir saniyə də gözlərini telefondan çəkmirlər. Bəzən elə olur ki, tutaq ki, bir neçə rəfiqə görüşür, hər hansı kafedə oturub vaxt keçirdirlər Bunların hərəsinin instagramda, facebookda bir-birilərini "feeling amazing with filankəs”, "feeling happy with filankəs” yazıb "tag etməklərini” gördükdə ilk öncə elə təəsürat yaranır ki bunlar həqiqətən də kafedə bir yerdə çox "happy” vaxt keçirirlər, maraqlı söhbətlərdən, bir-birilərini görməkdən mənəvi zövq alırlar. Amma onların bir-birilərini tag etdikləri anda üzlərindəki mimikanı və "feeling happy” yazısını müqayisə edəndə anlayırsan ki elə bil bu görüşün elə əsas məqsədi sadəcə instagramda, facebookda şəkil qoyub bunu hamıya bəyan etməkdən başqa bir şey deyil.

2.İşdə daha uğurlu olacaqsız.
İşdə uğur qazanmaq üçün insan daim özünü təkmilləşdirməlidir. Buna da ən azından vaxt ayırmaq lazımdır. Hərdən gün ərzində insan nə isə bir kitab oxuyacağını, mütaliə edəcəyini planlaşdırır. Və təsadüfən” bir baxım görüm facebookda nə var nə yox?” deyib 5 dəqiqə ora baş çəkmək istəyi onun tam 5 saatda facebooka başının qarışmasına çevrilir. Bu bəlkə də ali məktəbə hazırlaşan abituriyentlərin ali məktəbə daxil olmaq arzusunu puç edən əsas səbəblərdən biridir. Hər saniyə whatsappda online olmaq və ali məktəbə hazırlaşmaq, çətin məsələdir.

3.Daha faydalı işlərə vaxt ayıra bilərsiz.
Sosial şəbəkələr insanın vaxtını çox alır. Siz özünüzdən asılı olmadan hər dəfə səhifələri yeniləməklə dəhşətli vaxt itkisinə məruz qala bilərsiz. Siz bu vaxtı daha səmərəli işlərə sərf edə bilərsiz. Məsələn, bu vaxtı sizə əziz olan insanlara sərf etməklə münasibətləri da möhkəm edərsiz. Dostlarla vaxt keçirib problemləri müüvəqqəti də ols unuda bilərsiz. Özünüzü formada saxlamaq, gümrah olmaq üçün idmanla məşğul olmaq olar, bir halda ki idmanın verdiyi sağlamllığı, faydanı sosial şəbəkələr verə bilməz.

4.Sizin üçün kimin əsl dost kimin "kim” olduğunu anlaya bilərsiz.
İnternetdə dost olmaq çox maraqlı və asandır. Kiminsə şəkil və statuslarını "like” etmək, komment yazmaq bəs edir. Onların sizin şəkillərinizi, statuslarınızı "like” etməyə, "canım”, "janım”, "djanım”, " super fotko” saysız hesabsız ürəklər, öpücüklər, smayliklər qoymağa sərf etdikləri 5-10 saniyə sizdə elə aldadıcı təəsüratlar yarada bilər ki, siz onların hamısının sizinlə maraqlandığını, sizin onlar üçün dəyərli olduğunuzu düşünə bilərsiz. Həmin sosial şəbəkələrdə bir müddət olmayın onlardan bir çoxu sizin heyatınızdan sadəcə yox olacaq.

5.Onda anlayacaqsız ki "like” əslində heç bir məna daşımır.
LİKE artıq faktiki simpatiyanı əks etdirmir. Like artıq daha çox "mən sənin paylaşmanı gördüm” funksiyasının göstəricisidir. Bəziləri üçün hətta onları görmək o qədər vacibdir ki, like-ları görmədikdə depressiyaya bbelə düşə bilirlər.

6.Siz öz əlinizdə olanların qədrini biləcəksiniz və şükr etməyi bacaracaqsız.
Araşdırmalar Nəticələr onu göstərir ki, social şəbəkələrin sayəsində insanlar daha qısqanc, paxıl olublar, özlərinə əminlikləri azalıb. Kiminsə yeni telefonu, avtomobili, evi və ya başqa nəyisə bəzilərinə pis təsir edir. Bəziləri digərlərinin xoşbəxt münasibətlərini gördükdə onlarda qısqanclıq hissi oyanır. Sosial şəbəkə bəzilərinin olanlarını başqalarına nümayiş etdirmək, bununla da özləri ilə də öyünmək üçün, həmçinin də başqalarınıa olub özündə olmayanları gördükdə məyus olanlar üçün ən ideal yerdir.

7.Özünüz haqqda fikir müsbət tərəfə dəyişəcək
Araşdırmalar göstərmişdi ki, sosial şəbəkələr insanın özü haqqında tez-tez pis fikirə düşməsinə səbəb olur. Bunun üçün bir neçə səbəb var. Siz status yazırsız və onu heç kim like etmir, nə də gözlədiyiniz "Super dedin” kommentini görə bilmirsiz, bu halda özünüzə inam itir və məyus hala gəlirsiz. Şəklinizi paylaşırsız və gözlədiyiniz "gözəlsən” commentini yazan olmadığı halda özünüzü eybəcər hiss edib depressiyaya düşürsüz.

8.Anlayacaqsız ki, social şəbəkələrdə etdikləriniziN çoxu kimlərinsə sadəcə gəlirlərinin daha da artmasına istiqamətlənmiş məqsədyönlü manipulyasiyadır.
Təbii ki sizi social şəbəkələrdə sevən insanlar var, sevənlərdən də çox sizin onlar öçün heç bir əhəmiyyət kəsmədiyiniz insanlar da var. Mark Zükerberq üçün siz sadəcə onun nəhəng məlumatlar bazasında mövcud bir rəqəmsiz. Sizin vəzifəniz reklam və elanları izləmək, oyunlara külli pul xərcləmək, və varlıları daha da varlı etməkdir. Əslində sizə nə olursa internetdə bu heç kimi maraqlandırmır.

Bəs sizcə sosial şəbəkələrin gündəlik və gələcək həyatımıza təsiri daha çox müsbətdir yoxsa mənfi?
Onlar olmasa necə olar?


Şərhlər: 22
Baxılıb: 702
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Sitat: Fidan Nuriyeva
Tamam o zaman.bu qədər maraqlı məlumatları hardan alaq.bir sualımız olanda axtarmaq üçün bir kitab oxuyarıq .onda daha azmı zaman itirmiş oluruq?

bir kitab oxuyaraq sosial sebekelerden oxudugunuz yuzlerle statusdan daha cox bilik, mentiq ve heyati anlamagi oyreneksiniz!..
10 iyul 2015 22:25
# 22
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Sosial sebekeden istifade etmirem..Menim ucun mena dasimir..
9 iyul 2015 20:46
# 21
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
Men evveller vardim sosial webekelerd amma bu yazilanlari anladim ki menasiz bir weydi amma vaxt itkisidi birde meqsede baxir ki orda sen faydali melumat yigirsan yoxsa bow weycun girirsen
9 iyul 2015 18:26
# 20
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
sosial shebekeler olmasa heyatda yashiyageyik heyati insanlari taniyageyik ozumuzu tekmilleshdiregeyik,yeniki her seyi bir rengde deyilde rengli gormeye bashliyageyik
9 iyul 2015 17:31
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Sitat: fialka
Sosial şəbəkədə olmaq problem deyil problem düzgün istifadə qaydasını bilməyənlərdədir. Qaldı ki, o like söhbətinə çoxları demək olar ki, bir like almağa görə fikir bildirir hansı ki, bunu düzgün hesab etmirəm bir növ artıq onlarda asılılıq yaranıb )..

ele Mende sizn dediklernizi yazacaqdim..Cox Adam sosial shebekeye oz menfetleri uchun girir hansi bu sheyler hetda aile dagitmaga qeder getirib cixara bilerr...sosial shebekeni bele aqilla istifade etmek lazimdi..birde ele etmek lazimdiki her yerde hormetin olsun..
tshk.
9 iyul 2015 16:59
# 18
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
...AdaDunyam``
amma teessuf ki,var
9 iyul 2015 15:53
# 17
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
rəmsə
8.ci yazılan cümlə ilə tamamilə razıyam,bizim sosial şəbəkələrdə olmağımız kimlərinsə gəlirinin artmasına səbəb olur.Ama biz kimlərinsə gəlirlərini artırmaq üçün girmirik,sadəcə olaraq vaxtınızı əyləncəli keçirtmək və müxtəlif məlumatlar əldə etmək üçün giririk.Internetsiz bir günümüz olmasın)))love
9 iyul 2015 15:46
# 16
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Sosial şəbəkədə olmaq problem deyil problem düzgün istifadə qaydasını bilməyənlərdədir. Qaldı ki, o like söhbətinə çoxları demək olar ki, bir like almağa görə fikir bildirir hansı ki, bunu düzgün hesab etmirəm bir növ artıq onlarda asılılıq yaranıb )..
9 iyul 2015 15:22
# 15
KRALİCEM
Birce qadinlar.biz-deyem fisyo
9 iyul 2015 14:35
# 14
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
eıiyeva gülmaye
Men hec bir saytlardan istifade etmirem bidene bura girirem bes edir. Ne girecem deyede fikirlesmirem cunki hevesim yoxdu. Telimdede tekce whatsapp var fsyo. Maraqli idi tsk
9 iyul 2015 14:14
# 13
ALESSANDRA
Sosial şebekelersiz yasiya bilmerem
bacar diğim qeder çox sosial sebekelerde olmağa çalışıram
13
9 iyul 2015 13:52
# 12
Don't trust anyone ∆
teri meri
burdan başqa heç bir yerdə yoxam ama uniyə girənnən sonra girəcəm indi girsəm də 2 aydan sonra məşqələlər başlayır ona görə indi girməyim mənasız olacaq
9 iyul 2015 13:51
# 11
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
hazal♡
Sosyal sebekelerde yoxam bidene burda varam hamidan maraqlida buradi
9 iyul 2015 13:41
# 10
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
yarpaq33
Yalniz qadinlar . Bizdeyem buda ona goreki burda yalniz qadinlardi
9 iyul 2015 13:27
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
my_angel
Sosial şəbəkələrə düşkün deyiləm,daimi daxil olduğum sayt Qadınlar♥Biz`dir. Bir də FB`da varam,ildə ayda bir dəfə daxil oluram FB`ya. Demək sosial şəbəkələrə daxil olmazsaq işlərimizdə uğur qazanacağıq,heç bilmirdim.))
9 iyul 2015 13:12
# 8
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
neri
sosial sebeke menlik deyil geldiyim tek sait bu saitdi.vessalam.cunki maraginda deyilem baska sosial sebekenin.encox bos vaxtlarimda musiqiye qulaq asiram.vaxtimi bos bos sosial aleme xercelem istwmirem ..birde gezmeye cixram.
9 iyul 2015 12:44
# 7
Sert
talis balasi
Sosial sebekelerde yoxam, internetdende az isdifade edirem bezi insanlar kimi gecem gunduzum internet deyil
9 iyul 2015 12:39
# 6
BARBI
Internet menim heyatimdir. Ama sosial sebekelerden asili deyilem ele de cox istifade etmirem .
9 iyul 2015 12:38
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Fikrimce sosial webekelerin hec yaxsi terefi yoxdu ancaq yersiz problemler yaradir
9 iyul 2015 12:35
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Heç bir sayta girmirem,baxmıram,şekil paylaşmıram,men ele şeylerden qorxuram,bir bu saytda varam,mene bes edir.teşekkür melumat üçün.
9 iyul 2015 12:23
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nur k-off
O zaman Daha Qadinlar.bizə girmiyim bunlardan xeberdar deyildim♡♥
9 iyul 2015 12:10
# 2
SVETA
Sirine
internet benim olmazsa olmazim yaa)bilirem zererlidi amma netsiz olmur)
9 iyul 2015 12:07
# 1
....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz