Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndi siz deyin bu hallar nə qədər düzgündür? (4)
İndi siz deyin bu hallar nə qədər düzgündür? (4)
Göndərən: guler19
Şərhlər: 19
Baxılıb: 766
Səs ver:
Sual:
Yalnız Azərbaycanda "boşanmış gəlindir” ifadəsini eşitdiyimiz anda əksərimizin gözü-qaşı oynayıb, "nömrəsi var səndə???” sualını verə bilərik! Dəfələrlə eşitmişəm "gəlin" sözünün yalnış mənada anlaşıldığını... Hətta bir oğlan kiminləsə tanış olduğunu deyəndə "gəlindi???" sualının da hansı mənada verildiyini hamımız yaxşı başa düşürük... Negativ halların ən kiçik nümunəsidir bu!
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Uşaq vaxtı xarici kanallarda ailə boşanmalarını görəndə deyirdim aydaaa bu xaricilərdə ki, tez-tez boşanır. amma bu gün Azərbaycanda da bu halları görəndə dedim Ya biz də avropalaşmışıq, yada mən balaca olanda bunları görmürdüm, indi böyümüşəm. Çox boşanma halları məhz qadın xəyanəti üzərində olur. Reallıqla baxsaq, bu gün adicə internetdə tanışlıq saytlarında oturan nə çox evli xanımlar var. Öncələr dostluq naminə yazışan bu qadın sonra 1 dəfə dost kimi görüşüm daha sonra isə... artıq ilk addımlar beləcə formalaşır. Əlbətdə evli kişilərdə bu halda çox istifadə edir. amma nəticə etibarı ilə ailənin hər iki fərdi öz həyat yoldaşına xəyanət etmiş olur.
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bir zamanlar gözəl terminlərimiz vardı. Kişi sözü, Kişi kimi duruşu, Kişi görünüşü... amma indi Qadınlaşan kişilərimiz var. Özünə bəzək düzək verib metroseksuallaşan kişilər... efirə çıxıb ona buna müəyyən sahədə ağıl verən üzdən iraq kişlər və saatlarla arvad kimi onun bunun arxasında qibət edib, söz gözdirib, birinin üstünə beşini qoyan kişilər.
Niyə bunlara başqa ad vermirlər, niyə onlarada kişi deyirlər??? Çoxmu çətindir onlar üçün cəmiyyətin kişi obrazını yerinə yetirmək?
Bİr zamanlar kişi deyəndə bu sözün arxasında böyük məsuliyyətli insan termini dururdu, indi isə kişi sözünün qabağına ƏSL kişi deyirlər.
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Yalnız Azərbaycanda rəhmətə getmiş insanın yas mərasimində "əşşşşşiiii canı qutardı” deyə kommentlər verilir!  Rəhmətliyin yaşadığı iqtisadi durumdan və ruhuna rəhmət diləməyə gəlmiş insanın maddi durumunun aşağı olmasından doğan bir kəlimə: "öldü, canı qutardı..."
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bu gün Allah uzaq eləsin hər hansı bir ölün varsa onu basdırmaq üçün yerin olmayacaq. Qəbirstanlıqda sənə bir qiymət oxuyacaqlar ki, ölü öldü canı qurtardı amma bizim canımızı bəlaya soxdu deməyin gəlir. Bütün qəbirstanlığ sanki alınıb, indi də hissə hissə yüksək qiymətlərlə yer satılır. Bilmirsən ölünü dəfn edirsən ya ona cənnətdən yer alırsan... İnsanlar yaşayarkən rahatlıq tapmır birdə ölərkən ölüsünü basdıracaq yer tapmır.
Qəbirstanlıq hər kəsə bərabər hüquqlu olaraq paylanmalıdır. Kimisinə bir qəbir üçün stadion boyda yer kimisinə isə bu qədər pulun yoxdur get başqa qəbirstanlığa deyilməməlidir.
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bu gün kiməsə deyəndə həkim işləyirəm ilk verdiyi sual, yaxşı qazanarsandır. Kimsə yaxşı həkimsənmi deyə sual vermir. Çünki hər kəs həkimlərin yaxşı pul qırdıqlarını bilir. Xəstənin göz yaşında deyil ödəyəcəyi məbləğə baxırlar. Xəstə insanın iki ümid yeri olur bir Allah bir də həkimlər. amma gəl bugün bütün xəstaxanalarda dərman və xidmətlər od qiymətinədir. Xəstənimi sağaldasan yoxsa xəstənin sahibimi bu maddiyyətdən xəstəlikmi tapsın. Bu gün hipokrat andı içmiş bir həkim üçün xəstənin olması olmamasından daha çox vacibdir. Hər yaranan xəstə hər yeni gəlir mənbəyidir.
Bu tip həkimlər xəstəni sağaldım cəmiyyətimizə yeni bir sağlam insan bəxş etməkdənsə, son model maşını dəyişməyi daha çox düşünür.
İndi siz deyin bu hallar nə qədər düzgündür???


Şərhlər: 19
Baxılıb: 766
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevincka
mən bir tək ikinci suala cavab verəcəm xaricilər tez boşanır bəli amma biz azəriyik biz bilmirik evlənəndə nə gələcək aşımıza oan görə yaxşı fikirləşməliyik bilirik ki evlənib boşanmaq asand iş deyil mənim gördüyüm azəri qadınları uşaqım atasız qalmasın deyə boşanmaq istədiyi yerdə boşana bilmir çünki uşaqı atasız qalar mən olsam mən də elə edərəm 1 ay keçməmiş ya da uşaq olandan sonra boşanan xaricilər üçünsə bu uşaq oyuncağıdır bu tamamilə səhvdir.
2 sentyabr 2015 20:26
# 19
Mrs.Pianist
Eww agilsiz insandilarda..Bunlarin 99.9% Azerbaycanda var teessufki
30 avqust 2015 19:15
# 18
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
1.bosanmis geli dedikde heqiqetende o qeder seviyyesiz insanlar varki uje axillarindan basqa seyler kecirirler daha fikirleshmirlerki sabah bunlar ozleride bagilarida boshana biler,2.xeyanet xeyanetydir kisi yada ki qadin olsun baqishlanilmamalidir abirli insanlarcinsa tebiki aile vagibdi onun mesuliiyetini basa dusurler hec o ailede bosanma kimi fikirler bile formalashmir,3.kisi dediyin durushuyla gornushuyle sozuyle butov olar,daha qoluna qadin caantasi ellerini eyerek aqzini buzerek ona buna neyise basa salargasina aqzini eyereek danishan deyil elenciyneleri hele efirlere cixib reklamda edirlere bu biabirciliqlara son vermek lazimdir,4.demek olarki cox eshidilern bir termindir oluycun e bilirsizki cani dingeldi ya yox yayqinki onalrda onun gunundedi olmek isdiyirler canlari dingelsun butun mesuliyyetde geride qalan ailenin ciyinlerine dushsun,5.indi olunu basdirmaqcin ele qiymet deyirlerki yaziq olu yiyeleri bilmirler oluleriycin aqlasinlar ya pullari olmadiqlarina gore feryad etsunler torpaqdi her kescin verilmelidia 2 metr yerdida gerek bundanda pul qazanasiz,6.insanlarda ne gunah varki hekime gedirler ele qiymet oxuyurlarki ele bil derman yazmirlar sanki orqan deyishirler ona gorede insanlar onu fikirlershirki hekimler cox pul qazanir hekimde deyir bir xesde gelsunde onu loru dilinde soyum gedim ozume filan yeni cixan madel nese alim daha demiree qoy xesdemi saqaldim savadli hekim olmaqimla taninim yararli bir hekim olum cemiyyetime insanlara
17 avqust 2015 13:16
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Turkan Abbasova
Doğru sözə nə deyəsən. Eslinde bu şəraiti yaradan biz özümüz deyilikmi. Hami səhvi özündə axtarsa səhvləri düzəltməyə ilk özündən başlasa bunlar yasanmaz
16 avqust 2015 23:03
# 16
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Leylas
Siz tapmiram
16 avqust 2015 18:05
# 15
Catwoman666
Sitat: ALESSANDRA
herden Azeri olduğum ücün özüme nifred edrem...
bizim millet her şeyi yozmağı coox sevir! dv

bu tək Azərbaycanda yox, dünyanın hər yerində belədir. İnsanlar dünyanın hər yerində eynidir...

...666...
16 avqust 2015 17:53
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Her birini dogru qeyd etmisen baci, bunlar bizim aci heqiqetlerimizdi.
16 avqust 2015 12:43
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnci
Buna 1 cavab var Meşe caqqalsiz olmaz prosta bizde caqqalin sayi biraz coxdu
16 avqust 2015 12:24
# 12
Her gulusun arxasında bır keder vardır
sevgi dunyam
bu dunyada insanliq olub merfet, namus her wey itib gedib.bu dunyada her wey pulla olculur.neysee deylesi sozum yoxdu dayy demek ki qiyamet yaxinlawir
16 avqust 2015 12:13
# 11
Mezun 11a...2016
Meleknur
İnanirsiz yorulmuwame bele suallara cavab axtarmagdan amma bura Demokratik olkedi her kes de azaddi hec kimin hec kime qariwmaga haqqi da yoxdu qaldiki hekim sohbetine indi ele bir vaxtdir ki her kes pulu duwunur cunki pul olmasa hecne olmur bu aci heqiqetdi pul olmasa yawamagda cetindi amma bezi insanlar daha cox isteyirler gozleri doymur cunki eww neyse yorur bu heyat heyqeten insani millet qinagindan bir cox insan istediyi kimi heyat terzi kecire bilmir niye? cunki millet qinayacag
16 avqust 2015 11:59
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Tomris Müslümova
İlk məsələ mənim üçün çox acı bir məslədir indi qızlar yalan olub gəlinlər gerçək niyə?-çünki gəlinlər bərk tələsiblər.şəxsən tanıdığım bir gəlin var sabah nişanı idi əmisi evində sevgilisiylə görüşürdü hal hazırda hamilə bilmir kimnən ərinnən ya sevgilisinnən.yoldaşı və ailəsi ziyalı mərifətli bir ailə gəlin belə bedasıl olannan sona ailənində adı batdı.belə şeyləri görənnən sonra oğlanlar artıq gəlinlərə başqa gözlə baxıllar.5 il bunnan qabaq belə şey var idi? vallah yox idi indi amma gəlinlərə həyat yoldaşları bəs eləmir..bu belə
indi boşanma adi halda niyə? çünki qızlar subay vaxtı 100 nün əlinin altınan keçir ərə gedir sorada ər evindəə qaynana yada ər burdan dur burdan otur deyəndə xanımın çesdinə dəyir elə bilir boşansa bunu çöldə gözlüyən var o aparıb bunu xoşbəxt edəcək..tək qızlarda günah yoxdu təbii ki oğlanların səhvini yazasam gələk bugun burdan durmuyam indi kimsə 7 8 il evli qalanda hamı təəccüblənirki nəcəb uzunomurludu evliyliyi?buda belə
niyə əsl kişi yoxdu çünki qeyrət şərəf namus azalıb.qeybət,alçaqlıq,vicdansızlıq çoxalıb!!buda belə
elə mundar bir zəmanədə yaşayırıq ki geylərin lezbiyanların insafsızların,ar namusunu itiriənlərin dövründə yaşayırıqki ölən olanda deyirik canı qutardı
bu dövlətdə əəən az maaş alan müəllimlər və həkimlərdi ən çox almaqdansa...müəllimin yaşı neçə olursa olsun əli öpülməlidi ama indi müəllim zad sayan yoxdu ona görə yaxşı həkim olduğunu soruşmullar o dəq maaş soruşullar çünki millət sürünür kreditdən borcdan...
təşəkkür edirəm gülər bacım həqiqətləri azda olsa yada saldığınız üçün
16 avqust 2015 11:50
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
♥ KaMa ♥
həqiqətdir və ən pisidə odurki insanlar başqalarına baxır çox vaxt o necədirsə məndə elə olum deyir 24
16 avqust 2015 11:48
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
yarpaq33
Bele suallarin yaranmasina sebeb nedir goresen Insanlar bezen ozleri yol verirki onun haqqinda pis ve ya yaxwi fikirlewsinler Meselcun bir eri olmuw gelin taniyiramki cemiyyet icinde telefonu elinden yere qoymur deyqa bir harasa mesaj yazir ona mesaj gelir ve bu da insanlarin dedi qodusuna sebeb olur bele qadinlar gerek ozleri ozlerin cemiyyetin qinagindan qoruya
16 avqust 2015 11:23
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tek umidim sen
Aci gercekler!...
16 avqust 2015 11:01
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
meni_gozle
bowanmiw geline pis baxmirlar o demekdir ki bowanibsa ozun colde qoymaq meqsedi var o qeder bowanib ve ya eri rehmete geden gelinler var ki min cur eziyyete qatlanib oz balalarini ve oz bawlarini saxlayirlar...ama elesi var
sag-salamat eri var yaninda min oyunlardan cixir meselen bizim qonwumuz
16 avqust 2015 10:59
# 5
Bebiw
Vallah baci en duzunu sen deyirsen Kiwicikler var ki bir qiz ve yaxud qadin gordukde ozunu itiren ona padcod eden buna kiwi demirler

Vallah baci en duzunu sen deyirsen Kiwicikler var ki bir qiz ve yaxud qadin gordukde ozunu itiren ona padcod eden buna kiwi demirler
16 avqust 2015 10:21
# 4
sowu
efsane..
dogru qeyd olunub menfi hallarimizdi sanki bosanan insan artiq bosandisa exlaqini itirmelidi bezi qadinlar bosanana yaxsi baxmayir deyib eziyyete ducar olurlar bir yaxinim artiq dozulmez haldadi amma bu cemiyyete gore bosana bilmir niye xeyanet kimi agir kelme indi diller ezberidi o kisi anlayisi oldugu kimi qalsaydi kisilerin hamisi esl kisi olsaydi xeyanetler bu qederde artmazdi he oldu cani qurtardi yerde qalanlar ise zulmdedi indi bele deyirler eslinde duzdu biri olur ovladlarda onun olum xerclerine gore kredite bile el atir acinacaqlidi of hekimler artiq agriyanda insanlarimiz hekime getmek istemir deyirki hekim var dahada xeste edecekler duzdu defelerler sahidi olmusam adi bir xesteliyi olumcul eden hekimler nenemi ne hala saldilar artiq hekim xilas eden yox xeste edendi ne olar artiq insanlarimiz duzelsin nefsleri ile deyil vicdanlari ile hereket etsinler susdurduqlari vicdana soz haqqi versinler donsunler gunahlardan haqqi anlasinlar artiq
16 avqust 2015 10:14
# 3
ALESSANDRA
herden Azeri olduğum ücün özüme nifred edrem...
bizim millet her şeyi yozmağı coox sevir! dv
16 avqust 2015 10:00
# 2
Don't trust anyone ∆
BARBI
Hami suallari verirler. Hec duzgun hallar deyil. Bizim insanlarimiz her seye neqativ baxir.
16 avqust 2015 09:54
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz