Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndi sən de bu hallar nə qədər düzgündür
İndi sən de bu hallar nə qədər düzgündür
Göndərən: guler19
Şərhlər: 16
Baxılıb: 652
Səs ver:
SUAL:
Yalnız Azərbaycanda diqqəti cəlb edən, cazibədar, açıq-saçıq geyinən bir xanım görən kimi "FULLLLLLLLLL" sözü işlədilir...
"Full"  özü ingilis sözüdür və yazılışı da elə "Full" kimi məlumdur bizlərə... Bu məsələdə də Azərbaycanlılar öz izlərini qoyublar tarixə - "Full" sözünün sonundakı "L" hərflərinin sayını artırmaqla...
Bəhs olunan anda "Fulllll" sözünün səslənişi zamanı həmin sözü səsləndirən insanın sifət cizgilərini, dil-dodağının 1 saniyənin içindəcə hansı formalar almasını görməyə dəyər! Və həmçinin "Fullllll" sözündə sonunda "L" hərfinin də səslənib bitənə qədər o səsdəki xüsusi avaz və intonasiya xüsusilə təqdirə layiqdir! İnsan beyni bir anın içində ancaq bu qədər kəşflər edə bilərdi!
"Full" sözünün sonundakı "L" hərfinin sayının neçə dəfə artırılması isə görünən obyektin "Fulluluq" dərəcəsinə görə müəyyən olunur!
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Bu gün cəmiyyətimi düşündürən ən əsas məsələlərdən biri "Qadın hüquqlarıdır". Ya cəmiyyət qadın hüquqlarının nə olduğunu bilmir, yada öz cəmiyyət öz qadınlarını tanımır. Bu gün insanlar öz qadınına hörmət et deyəndə nədənsə evə gedəndə ona hədiyyə almağı, onu restorana aparmağı, ona ən azından bir çiçək, parfum almağı düşünür. amma hörmət bu deyilki, bu hörmətin digər bir addımı olan fəaliyyətdir.
Qadına hörmət ilk növbədə ona evdə göstərdiyin nəvazişdir. Onu qadın olaraq deyil həyat yoldaşın olaraq, səninlə bu dünyanı paylaşan ortaq olaraq görməlisən. Onunla bir gün bərabər Yemək hazırlasan, onun ən sevdiyi seriala bir yerdə baxıb o seriali onunla müzakirə etsən, o zaman qadın anlayar ki, sən onun yemək zamanı çəkdiyi əziyyəti necə dəyərləndirirəsən, onun sevdiyi bir şeyi onunla bir yerdə edirsən.
Qadın hüquqları qadını qadın kimi görmək deyildir, qadının özün kimi dəyərli olduğunu anlamaqdır. Qadını dinləmək lazımdır, eşitmək lazımdır... və dinləməyə uyğunda qadına diqqət göstərmək lazımdır.
Yoxsa mən arvadımı döymürəm, söymürəm, o cür ev remont eləmişəm, şərait yaratmışam otursun evdə kef eləsin. Kişinin qadına verdiyi ən çox sual budur: "Nəyin çatışmır sənin? yeməyini alıram, paltarını alıram, isti evin." Budurmu Qadın hüquqlarını anlamaq?
İndi siz deyin bu hallar nə qədər düzgündür???

Sual:
Yalnız Azərbaycanda rüşvət aldıqdan sonra "qadan alaram, halallığını ver..." ifadəsi işlənir!
Bilmirəm Azərbaycanın torpağındandımı, suyundandımı, havasındandımı, yoxsa elə cəmiyyətimizin özündəndirmi, hər şeyin yalnız bizə məxsus versiyasını kəşf edirik! Bu hamımıza məlum olan bir həqiqətdir! Bəşəriyyət yarandığı gündən bəri rüşvət haram buyrulub! Eləcə də İslam dinində də bu məsələyə qarşı qəti mövqe var və təbii ki, haram buyrulur... Tarix yarandığı dövrdən indiyəcən haram buyrulan bir əmələ sahib olduqdan sonra insan hansı üzlə "qadan alaram, halallığını ver..." ifadəsini işlədir, anlamıram!...
İndi siz deyin bu hallar nə qədər düzgündür???

SUAL:
Qulaqdan qulağa oynalınan ən məşhur oyunun ən məşhür sözü budur. "Səni sevirəm”. Sən ona deyirsən, oda başqasına.  Cəmiyyət bu oynu oynamaqda çox maraqlıdır. Biz bunu uşaqikən oynayardıq, amma böyüdüm anladım ki, biz uşaqlar heç bu oyunun mahiyyətini bilmirikmiş, böyüklər bu sahədə daha mütəxəssizdir. O buna səni sevirəm deyir, bu ona səni sevirəm deyir və bu ardıcıllıq davam edir.
Artıq səni sevirəm sözünün dəyəri qalmayıb. Bəlkə bu qulaqdan qulağa dolaşan sözü.. "Mən səni heç kimə vermərəm" sözü ilə dəyişəyin...
Heç olmasa bu yeni söz ancaq ülvi hisslərlə başqasına işlədilmiş olsun.
Yoxsa beyində ki, əxlaqsız düşüncələri həyata keçirmək üçün bir qıza səni sevirəm deyən alçaqlar  və ərə getmək naminə bir oğlana səni sevirəm deyən axmaqlar bu sözün dəyərini öldürməklə bərabər insanların içində ki inamıda məhv edir.
İndi siz deyin bu hallar nə qədər düzgündür???


Şərhlər: 16
Baxılıb: 652
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
1.Fulll sozu deyen insanlar qadinlara oz terbiyelerini gorsedirler ne qeder L herfini uzatdiqca seviyyesiz insanlara fikir vermiyek.
2.Qadin huquqlari en yarali noqtemiz qadinlarimiz ne tessufki bu gun 80% oz huquqlarini bilmiediklerine gorede tecavuze asalanmaqa meruz qalirlar,esasende rayonlarimizda bir tesufde varki o cur qizlarimizin arxasinda hec valideyinleride durmur bu barede sehifelerle gunlege danishmaq olar
3.kimdense halaliq almaq lazimdir gozel bir seydir no yalvararaq halaliq almaqda duzgun olmaz
4.en gozel en temiz sevgi Allaha sonrada ailene olan sevgi olmalidir,ondan basqa hec bir sevgi gercek deyil
20 iyul 2015 13:45
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
hec biri ile razi deyilem tekce ful sozu deyil umumiyyetle danisarken oz sozlerimizle basqa dillerin sozlerinin qatisdirilmasi xoslamiram bu bir eyb hele pis menada olmasi lap eyib of rusvet harama halalliq vermeye calisiriq sevgi gozeldi amma bezi pislikler bu gozel sozu dilde cox asanca yalan deyirler Allah hidayet etsin bele pis verdislermizi insAllah tergiderik
19 iyul 2015 21:22
# 15
Mrs.Pianist
Qulaqdan qulağa oynalınan ən məşhur oyunun ən məşhür sözü budur. "Səni sevirəm”. Sən ona deyirsən, oda başqasına. Cəmiyyət bu oynu oynamaqda çox maraqlıdır. Biz bunu uşaqikən oynayardıq, amma böyüdüm anladım ki, biz uşaqlar heç bu oyunun mahiyyətini bilmirikmiş, böyüklər bu sahədə daha mütəxəssizdir. O buna səni sevirəm deyir, bu ona səni sevirəm deyir və bu ardıcıllıq davam edir.
Artıq səni sevirəm sözünün dəyəri qalmayıb. Bəlkə bu qulaqdan qulağa dolaşan sözü.. "Mən səni heç kimə vermərəm" sözü ilə dəyişəyin...
19 iyul 2015 17:05
# 14
Acısı çox olan qizların guluşu gozel olur.!
rəmsə
Mənim də ən qıcıq olduğum sualkzgnNəyin çatışmır sənin?yeməyini alıram,geyimini alıram,isti evin.Sərki verirmişcəsinə olan bir sualdı deyə düşünürəm...
19 iyul 2015 16:34
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Turkan Abbasova
Elbette düzgün deyil. Amma nə edək ki bu gün bunların hamısı yaşanır. Rüşvət baş alıb gedir.
19 iyul 2015 16:20
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
VIP
Dogru olanları var qadını başa düşsün kişi qadın kasıb həyat sürsədə bezməz
19 iyul 2015 16:12
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Dj_Vampir
Meseleni aydinlasdirmaq menlik deyil)
19 iyul 2015 15:15
# 10
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
ayka95
duz deyil bu sozu isletmek
19 iyul 2015 14:55
# 9
MODABAZ
Aaaaa fuuullllduuu)))
19 iyul 2015 14:13
# 8
Heyata daim gulmek lazimdii
Bebiw
Birinci Sual ve cavab mentiqlifir ona haqq verrrem ama o birisilet yox
19 iyul 2015 14:01
# 7
sowu
Fialka
1. İngilis dilində olan bəzi sözləri misal üçün "Full", "cool", və s. sözləri mətin altı işlədir bəziləri necə deyərlər özünə yaraşan şəkildə)) Bu cür sözlər leksikonuma aid deyildir ..
2.Qadın hüquqları haqqında çox danışmaq olar ancaq nə qədər danışılsada çoxları üçün fərq etmir yəni hüquq deyəndə başqa şeyləri nəzərdə tutanlar var təbii bu əks cinsin nümayəndələrinə aiddir. Qadınlarsa bəziləri hüquqlarını bilmir hətta çoxları bəziləridə bilir lakin o cür davrana bilmir ya məcburən yada xarakteri zəifdir..
3. Nə qədər rüşvətin əleyhinə çıxsalarda o çıxanların üstündəkilər rüşvəti yaxşı bacarır almağı ..Az qala nağıllarda göydən düşən 3 almanı da alalar əgər şəraitləri olsa )..Allah islah etsin və vicdan versin o kəslərə...
4. Artıq " Səni Sevirəm" ifadəsi o qədər şablonlaşıb ki, çatan sevirəm deyir . Qısası hər kəs sevir ağılsızlarda inanır)) Nəisə bütün bunlar düzgün deyil deməklə heçnə düzələn deyil . Rəbbim hər kəsə xeyirlisini nəsib etsin ...Təşəkkürlər.
19 iyul 2015 13:48
# 6
ayka
SUAL:
Qulaqdan qulağa oynalınan ən məşhur oyunun ən məşhür sözü budur. "Səni sevirəm”. Sən ona deyirsən, oda başqasına. Cəmiyyət bu oynu oynamaqda çox maraqlıdır. Biz bunu uşaqikən oynayardıq, amma böyüdüm anladım ki, biz uşaqlar heç bu oyunun mahiyyətini bilmirikmiş, böyüklər bu sahədə daha mütəxəssizdir. O buna səni sevirəm deyir, bu ona səni sevirəm deyir və bu ardıcıllıq davam edir.
Artıq səni sevirəm sözünün dəyəri qalmayıb. Bəlkə bu qulaqdan qulağa dolaşan sözü.. "Mən səni heç kimə vermərəm" sözü ilə dəyişəyin...
Heç olmasa bu yeni söz ancaq ülvi hisslərlə başqasına işlədilmiş olsun.
Yoxsa beyində ki, əxlaqsız düşüncələri həyata keçirmək üçün bir qıza səni sevirəm deyən alçaqlar və ərə getmək naminə bir oğlana səni sevirəm deyən axmaqlar bu sözün dəyərini öldürməklə bərabər insanların içində ki inamıda məhv edir.
İndi siz deyin bu hallar nə qədər düzgündür???
19 iyul 2015 13:44
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Dosta_inam
Elbetdeki duzgun deyil, tesekkur maraqli idi.
19 iyul 2015 13:40
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Fulll sozunu men isledirem ama ingilisce danisanda. Azerbaycan dilinde ele qeyri resmi ifadeler isletmeyi sevmirem. Ancaq edebi dilde danisiram.
19 iyul 2015 13:13
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sadecə mən
Bu hallar qətiyən düzgün deyil.Fulll məsələsinə gəlincə isə onu edən insanların çoxunun öz bacı,analarından xəbəri olmur.
19 iyul 2015 13:07
# 2
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
my_angel
Full sözünün işlənilməsi haqqındakı diqqətimi cəlb etdi 26
19 iyul 2015 12:20
# 1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz