Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Görmək, eşitmək, anlamaq... amma susmaq. Budurmu yaşamaq?
Görmək, eşitmək, anlamaq... amma susmaq. Budurmu yaşamaq?
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 497
Səs ver:
Nəyisə dəyişmək istəmək.. Və bu dəyişikliyə gücünün heç bir vaxt yetməyəcəyini hiss etmək.. Qışqırmaq istəmək.. Və daxildən tək bir söz deyə biləcək qədər cəsarət tapa bilməmək.. Görmək və susmaq.. Eşitmək və susmag.. Anlamaq və susmaq.. Kütlənin gələcəyini özünün, qohumlarının gələcəyinə qurban vermək.. Etiraz etməmək, barışmaq, yola vermək, keçər demək.. Vicdanın səsini boğmaq, kütlənin içində yox olmaq..

"Kimsə nə zərər vurmayan sakit, başaşağı insan" anlayışına nifrət etmək.. Və hər keçən saat nifrət etdiyinə daha çox bənzəmək.. Özgədən gözləmək, gündəlik qayğılarla pərdələnmək.. Külək kimi mövqeyinin gah o səmtə, gah bu səmtə əsdiyini seyr etmək.. Bəzən qoyub getmək, olanları uzaqdan seyr etmək həvəsi.. Bəzən də sərçələr tək dimdikdə su gətirmək.. Vahid bir din altinda birləşə bilməmək.. Ən ali ədaləti görə bilmədən ədalətdən bəhs etmək.. Ana-bacısını baş açmağa vadar edən düşməni dəstəkləmək.. Rüşvətə etiraz etmək və "məcburam" deyib rüşvət vermək.. İsrafçılığa yox deyib möhtəşəm toy keçirmək, buna pullar tökmək.. Köhnəliyə qarşı çıxıb müasir görünməkçün öz dilindən imtina etmək.. "Atam ağır təbiətlidir təhsil almağa qoymayıb" demək və ər tapmaqçun efirə çıxıb elçi gözləmək.. Nə düşmənini tanımaq, nə dostunu bilmək.. Uzaqdan hay axtarıb qonşudakı hayqırtını eşitməmək.. İnsanlara nifrət etmək, mubarizəni nifrət üzərində qurmaq.. İnsanların səadəti uğrunda mübarizə apardığını unutmaq.. Uduzmaq.. Və nəhayət, beləliklə, nə bu dünyada yaşamaq, nə o dünyaya hazır olmaq.. Gendən günəş gözəldir, deyib, yüksəldikcə gözü qamaşmaq.. "Şaxta baba gerçək deyil"- uşaq ikən anlamaq.. Və böyüyüncə hey xəyallar qurmaq, hey nağıl danışmaq..

Budurmu yaşamaq?


Şərhlər: 10
Baxılıb: 497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Düzdür. yaşamaq bu deyil... həyata nifrət edirəm. həyatıma nifrət edirəm! insanlara nifrət edirəm!!!! Hər şeyə nifrət edirəm!! hər gün öz ölümümü gözləməkdən yoruldum. Bir-birindən mənasız, darıxdırıcı günlərimdən bezdim!...

...666...


"Kimsə nə zərər vurmayan sakit, başaşağı insan" anlayışına nifrət etmək.


mən onsuzda başaşğı insan deyiləm. Sakit də deyiləm. Hamıya da zərər vura bilirəm. Və belə olmaq mənim xoşuma gəlir.

...666...
30 iyul 2015 12:50
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
İşdə budur həyatın gerçək üzü,,,insan bəzən məcbur olur susmağa haqsızlığa göz yummağa doğruyu qoyub yalanı tutmağa....amma hər kəs öz haqqını bilməli və tələb etməyi bacarmalıdır ....
27 iyul 2015 01:04
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
BARBI
Hec vaxt susmagin terafdari deyilem. Insan her zaman danismali deyil ama susacagi yeri de bilmelidir. Susan insan deyilem her zaman haqqimi teleb etmisem. Susmaqla hec ne elde edilmir

Hec vaxt susmagin terafdari deyilem. Insan her zaman danismali deyil ama susacagi yeri de bilmelidir. Susan insan deyilem her zaman haqqimi teleb etmisem. Susmaqla hec ne elde edilmir
26 iyul 2015 22:34
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
efsane..
budur yasamaq desekde xoslamasaqda nifret etsekde teessufki bele yasayiriq etiraz ede bilmirik deyemmirik amma qelbimiz agriyir dilde deyil qelbde cekirik teessuf
26 iyul 2015 19:11
# 7
sadecə mən
Budurmu yaşamaq?-Bəli budur "YAŞAMAQ"
26 iyul 2015 19:01
# 6
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Fialka
Çox təəssüf ki, budur dünyanın üzü , budur dünya yaşamı kimilərdəsə nələrsə müsbətə doğru olsada çoxlarında bu əksinə ola bilər. Ancaq hər kəs öz əməlinin qarşılığını alır istər bu fani dünya olsun istərsə də əbədi olan axirət olsun ...
26 iyul 2015 18:44
# 5
Gul_Konul
Weytana xas olan xususuyyitler insanlara kecir ged gede...
26 iyul 2015 18:38
# 4
miraya
Twkleer gzl yazilib 05
26 iyul 2015 18:30
# 3
vipbetul
bu zi esl Zindan olar
26 iyul 2015 17:46
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Efsuslar olsun ki, budur indiki dovrde, zemane deyisib deyiller ama kimse ozunun deyisdiyin demir, yeni biz insanlar zemaneni bu yere getirib cixarmisiq, her bir cumlesi menalidir ve heqiqetdir, tesekkur.
26 iyul 2015 17:46
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz