Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dost vardir ki....
Dost vardir ki....
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1120
Səs ver:

 

Dost vardir ki....

Olmasa da olar dediyimiz insanlarla doludur həyatımız. Tanış olduğumuz, salamlaşdığımız, klas cümlələrlə ünsiyyət qurduğumuz, cavablarını maraqlanmadığımız suallar soruşduğumuz... Yaxşı insan olmadıqları üçünmü uzaq dayanarıq onlardan? xeyr, heç sanmıram. İstər dünyanın ən yaraşıqlısı, istər ən gözəli olsun, istər ən zəngini, istər ən komiği; nə etsə nafilə; ürəyinə çata bilməz. Başqası üçün xüsusi olan, sənin gözündə dünyanın ən sıravi insanıdır .. Könülümüzdür hökmdar, kimə nə paya verəcəyini o təyin edər. Kiminə dost, yar, kiminə tanış, yoldaş, deyib çıxar işin içindən... Özündə yaxşı olduğuna inansam da insanların, hər kəsi sevə bilmirəm onun üzündən...Nəticədə, sevmək böyük bir məsuliyyətdir; əmək vermək lazımdır, maraqlanmaq... Sevdiyim hər insanın həyatına bir məna qatmalıyam; çətinlikli və imtina edilməz bir macəra olmalı; dost dediyim insanlarla eyni zaman dilimini paylaşmaq! Hanı, bilərsiniz işdə! dostlar vardır çiçək kimi; iyləyər iyləməz aparar bütün yüklərinizi... Evsizsinizsə ya da odun kömür tapa bilmirsinizsə yandırmağa; uzundur qış gecələri...
alt
Dostlar vardır, soba kimi; ürəyindəki odla istilədər əllərinizi..
Dostlar vardır, fırtınada sığınacaq, günəşdə kölgə; yanarkən buz kimi su tökməz üstünüzə;
Dostlar vardır, ulduz kimi; hava bağlıykən belə, qapqara buludların gözətçisidir səmada...
Dostlar vardır, arada bir uğrayıb alt-üst edər həyatınızı; dili zəhər yay, baxışları itidir.
Dostlar vardır, gül kimi; sarılarkən yaralanmağı gözə almaq lazımdır.
Dostlar vardır, çiyini hər dərdə dərmandır. dostlar vardır; yaxşı bir müəllim kimi, necə soruşulacağını öyrədər.
Dostlar vardır, dağ kimi ağır; torpaq qədər bərəkətli, mərd...
Dostlar vardır, ney kimi hüznlü, saz kimi üsyankar; şeir qədər böyük...
Dostlar vardır, musiqi kimi; hər vaxt deyilməsələr də hər daim içində daşıyar sevdasını; yanğınını bulaşdırar bir könüldən digərinə...
Dostlar vardır,tanış olduğun gün doğular, itdiyi gün ölərsən! Zamana və zərbələrə; yollara və həsrətlərə müqavimətli...
Dostlar vardır,ürəyinə kök salmış bir çinardır; heç bir şey aşırda bilməz; Könüldən könülə qurulmuşdur körpülər; nə yaşansa atıla bilməz!
alt
Dostlarımız vardır bizlərə bənzərlər bir az... İşdə belə dostlardır; hər şeyə lənət etdiyin günlərdə belə, həyatını gözəl edən... könül, hər yerdə onları axtarar. Və tapdığında xəbər göndərər bizə; bir istilik yayılar ürəyimizə! ....... Bunda bir iş var deyərik, ilişərik arxasına. ..dost olaq könülümüzlə! ...



Şərhlər:
Baxılıb: 1120
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz