Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Deep web
Deep web
Göndərən: tek umidim sen
Şərhlər: 11
Baxılıb: 473
Səs ver:
DeepWeb haqqında

Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan, təhlükəli yerlər var. Buna DeepWeb deyilir. Google, Yandex kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildi. DeepWeb-ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə, surface Web 10%-dir. DeepWeb-də saxlanılan informasiya Surface Web-dəki informasiyadan 400-500 dəfə çoxdur.
DeepWeb-in istifadəçi kütləsi

DeepWeb-də cəsuslar, terroristlər, xakerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr ( xüsusi ilə insan üzərində keçirilən təcrübələr) aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal polislər, pullu qatillər, kannibalizim xəstələri (insan əti yeyənlər), silah, narkotik və insan alveri ilə məşğul olanlar, mərc oyunlarının təşkilatçıları və s. Yəni təhlükəli və qadağan olunmuş işlərlə məşğul olan hərkəs.Bu saytlara girməniz məsləhət olunmur.Her hansi bir halda bir terror qrupu ile təmas bağlana bilər.Başiniza bəla olarlar
DeepWeb-in səviyyələri

Biz interneti aşağıdakı kimi səviyyələrə bölə bilərik: Səviyyə 1: Surface Web. İnternetin ən sadə və təmiz yeri. Hərkəsin çox sadə yolla daxil ola bildiyi saytlar. Səviyyə 2: Bergie Web. İnternetdə axtarış zamanı qarşınıza çıxmayan saytlar. Daha çox pornografik informasiyalar daşıyan saytlar. Əgər ftp serverdən istifadə etməyi bilirsinizsə Google-daki bu gizlənmiş nəticələrə çata bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün Proxy lazımdır Səviyyə 3: DeepWeb-in ilk mərhələsi. Burda o qədər də təhlükəli şeylər yoxdur. Əsasən qanunsuz pornolar, suiqəsd videoları, viruslar, kiçik xakker qrupları, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, məhşur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır. Səviyyə 4: Charter Web yaxud DarkNet. Burda saytlar DNS texnologiyasından istifadə etmirlər. 4-cü səviyyə özüdə 2 hissəyə ayrılır: 1)TOR səviyyəsi: Sadəcə TOR browser ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti; bomba, tank, müdafiə texnologiyaları, qadağan olunmuş filimlər, musiqilər, kitablar, uşaq pornoları, narkotik ticarəti, insan ticarəti və s. 2)Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil olmaq üçün TOR belə yetərsizdir. Yalnız "Closed Shell System” adı verilən yolla bura çatmaq Olar. Burda olanlar isə robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP lahiyələri, Atlantisin yeri və onun haqqındaki araşdırmalar, xüsusi istehsal mühərriklər, havanı dəyişdirəbilən silahlar, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, masonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək texnologiyalar var. Bu səviyyədə olan insanların hamısı elm adamları və alimlərdir. Bu səviyyəyə daxil olmaq üçün normal kompüterlər ve normal internet əlaqəsi yetərsizdir. Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. Qalan 20% isə aşağıdakılardır: Səviyyə 5: Marianas Web. Adını dünyanın ən dərin çuxuru Marianna çuxurundan alır. Bura haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında "Əgər hər kəs ora girə bilsə internetdəki müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edbiləcək texnologiyaların olduğu və burdakı xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir. Səviyyə 6: Haqqında heç bir məlumat yoxdur. Ora "Tanırının öldüyü yer” yada qısaca Cəhənnəm deyilir.
DeepWeb-ə daxil olmaq

Bu saytları Google tapmır. DeepWeb-də saytlar .com, .az kimi domen kodları ilə bitmir, orda saytların linkləri Facebook yaxud Youtube kimi yadda qalan adlardan ibarət deyil. Burda domen kodu .onion-dur. Linklər isə sabit deyil tez-tez dəyişir və kpvz7ki2v5agwt35.onion kimi olur. Buna görədə onları izləmək olmur. Bura yalnız TOR adlanan browserlə daxil olmaq olar. Serverlər və İP adersləridə sabit deyil.Siz başqa bir kəsin İP adresi ilə DeepWeb-ə daxil olarkən başqasıda sizin İP adresinizdən istifadə edə bilər. Burda normal pul əvəzinə BitCoin-dən istifadə olunur ki, bu pulda DeepWeb-dəki digər şeylər kimi sabit və etibarlı deyil. Məzənnə saniyələr içində dəyişə bilər.
DeepWeb-in bizə təsiri

Qatil axtardığınız yerdə polislə qarşılaşa bilər yaxud yalnışlıqla açdığınız bir videoda gecələr kabusunuza çevriləcək şeylər görə bilərsiniz. DeepWeb haqqında məlumatınız olması gərəkən ama girməniz gərəkməyən yerdir. Əgər DeepWeb ə girdizsə İP Adresi gizlətməlisiz… Bunun üçün ZenMate proqramını yükləyin.Bütün bu dediklerimize əməl etmelisiniz.Eks halda ip adres və ya kredit kartlarinizi ele keçire bilerler.Ona gore,ZenMate proqramından istifadə etməniz məsləhet olunur


Şərhlər: 11
Baxılıb: 473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox lazimli melumat oldu
9 iyul 2015 14:27
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
ayyyy nece maraqla oxudumshok mene cox maraqli geldiyeee. men tehlukeli sheyleri coox sevirem. ora girmek isteyirem. nece edim ne yazim girim?? gedim masonlarla satanistlerle tanis olum. musahibe alim gelim onlardan 07 amma qadagan olunan yerdi ora 12 amma menim ureyim partdiyareeee ora girmesem. IP adresimi falan nece gizledeceyimi bilmirem. en cox da 5ci seviyyeye yeni Cehennem hissesine getmek isteyirem. 2-3cu seviyyeye girsem de olar. (hele 1ciye girdim qaldi 2ci122) bu mene cox maraqli geldi. arasdirma edecem bu haqda. burnumu salmasam olmaz da. bax haaa Aysel basima is gelse gunahkari sizsiz122 zarafat edirem canim elaaaa xeber hazirlamisan

Sitat: remse
Şərh yazmağa da qorxdum inanın mənə shout_mini ...Ama ən çox uşaqlara üzüldüm 27 .

usaqlara niye ki?)) qorxma men burdayam 08
5 iyul 2015 23:29
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Bu haqda bilgim yox idi..
4 iyul 2015 00:14
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
İnanın birinci dəfədir eşitdim)) heç bilmirdim təşəkkürlər)
4 iyul 2015 00:03
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ell.nell
Bilmirdim.amma ne işim var oralarda ..
3 iyul 2015 20:49
# 7
BARBI
Men bu haqda oxumusdum. Ip unvanini gizletmeksertiir. Ona gore bele saytlara ancaq kompyuteri guclu bilenler proqramistler gire biler
3 iyul 2015 18:53
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Şərh yazmağa da qorxdum inanın mənə shout_mini ...Ama ən çox uşaqlara üzüldüm 27 .
3 iyul 2015 18:44
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
my_angel
Maraqlı və lazımi məlumatlardır. İlk dəfədir "DeepWeb" eşidirəm. Məlumatım yox idi. Təşəkkür.
3 iyul 2015 18:33
# 4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Happy
Indi adi bir proqrami kompyutere yuklemeye adam qorxur. Melumat uchun teshekkurler
3 iyul 2015 18:18
# 3
Dosta_inam
Maraqlı melumatdır,bir deyim var eee,arığın ne işi var qoruqda,vurub kıçasın qıralar,men ne gezirem o saytlarda ki,qatil evezi de polisle qarşılaşam,teşekkür.
3 iyul 2015 17:53
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Maraqlı məlumatlardı, bəziləri haqqında məlumatım vardı ancaq İP ünvanı gizlətmək üçün səbəb görmürəm lakin bəzi istifadəçilər, İT - lər , istifadə edə bilərlər.
3 iyul 2015 17:44
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz