Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heçnə təsadüf deyil...
Heçnə təsadüf deyil...
Göndərən: guler19
Şərhlər: 15
Baxılıb: 828
Səs ver:
Heç bir qarşılaşma təsadüf deyil. Alver etdiyimiz market, yemək yediyimiz restoran, su içdiyimiz bulaq, getdiyimiz səki və orada yanlarından keçib getdiyimiz insanlar... Təsadüf kimi görünən qarşılaşmalar, yolu soruşduğumuz hər hansı biri, yüngülcə toxunduğumuz insan... Bizə gülümsəyən kiçik bir uşaq, önümüzdən birdən uçan quş... Gün boyu yaşadığımız ən sadə hadisə belə hər hansı bir zehni, fiziki, ruhi ya da romantik bir hadisənin qüvvətləndiricisi olar. Kiçik ya da böyük... Bəzən heç hesabda olmayan vəziyyətlərin içinə çəkilərik. Xəyal belə etmədiyimiz hadisələri yaşayarkən taparıq özümüzü. Bir qağayı səsi, bir satıcı qışqırması,aparar bizi illərcə ya da yollar tərəfindən uzaqlara... Həm müəllim həm də şagirdik hər əlaqənin içində. Doğulduğumuz ailə, getdiyimiz məktəblər, sıra yoldaşımız, sevgilimiz,yoldaşımız, uşağımız vs. Hər əlaqə, fərqli bir istiqamətimizin aynasıdır. Və bizlər də onlar üçün bir aynayıq. Fərqindəliyimiz yüksəldikcə, vəziyyətləri və əlaqələri yaşayarkən, özümüzü və yaşanılanları müşahidə etməyə başlarıq. Və əgər yaşadıqlarımıza yüksək idrakla baxa bilməyi bacarsaq, o əlaqə ya da vəziyyəti nə üçün yaşadığımızı qavrayarıq. Düymələrimizə ən çox basan insanlar, ən yaxşı müəllimlərimizdir. O əlaqədə qurban olmadığımızı anlar, əlaqənin bizə nəyi öyrətməyə çalışdığını qavrasaq, dərsimizi alar və yolumuza davam edərik. Əgər bunu edə bilməzsək, o əlaqədə ya da vəziyyət içində məhbus olar, ya daha ağır vəziyyətlər yaşar ya da daha zədədik vəziyyətləri ( o dərsi alana, əskik istiqamətimizi tamamlayana, özümüzü düzəldənə qədər) təkrar təkrar yaşamağa davam edərik. Bəzən bəzi insanların həyatına yalnız katalizator olaraq girərik. Onların həyatlarında dəyişdirməsi lazım olan vəziyyətin düyməsini basar və səssizcə çəkilərik. Və yüksək fərqindəlik içində qalsaq, yaşanılan vəziyyətdən təsirlənmədən, arxamıza baxmadan yolumuza davam edərik. Xülasə olaraq, ən böyük düşmənimiz ən yaxşı dostumuzdur əslində. Çünki bizdə ən böyük dəyişməyə səbəb olar ümumiyyətlə. Və hər qarşılaşma müqəddəsdir. Qarşımızdakı insanın ilahiliyini qəbul edib o şəkildə yaxınlaşsaq, nifrəti, hirsi, günahkarlıq duyğusunu, o insana qarşı məsul olduğumuz və o əlaqəyə məhkum olduğumuz duyğusunu və kini söküb təyin edərik varlığımızdan. Yaşadığımız hər vəziyyət, tanış olduğumuz hər insan müəllimimizdir. Nə qədər qısa müddətdə öyrənsək öyrənməmiz lazım olanları, qarışığımızı həll edib, iç dincliyinə, xoşbəxtliyə, ideal əlaqəmizə və ruhi yoldaşımıza qovuşarıq.


Şərhlər: 15
Baxılıb: 828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
tesaduf deye bir shey yoxdur. ona qalsa butun dunya butun heyat ve butun b eseriyyte tesadufdur ki! amma bunu coxlari anlamir.... anlamamalari da normaldir. cunki men hamini ozum ki agilli bilmemeliyem
29 iyun 2015 21:55
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Tesaduf var..
28 iyun 2015 20:11
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Tesekkurler menalidi
28 iyun 2015 19:49
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
tek umidim sen
Metni beyendim,cox menali metndi,tesekkur edirem..
28 iyun 2015 19:33
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
gozel menali yaziydi
28 iyun 2015 18:37
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Mencede tesadüfi deyil,qismetdir,ne yazılıb nece yazılıb,onu yaşayırıq,görürük,teşekkür.
28 iyun 2015 15:47
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
...AdaDunyam``
tesaduf deye bir sey yoxdur
28 iyun 2015 15:44
# 9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Leylican
mencede hecne tesaduf deyil
28 iyun 2015 15:19
# 8
SEBR....
Fialka
Hər bir düşdüyümüz situasiyadan , qarşılaşdığımız insanlardan nələrisə müşahidə edərək öyrənib nəticə çıxarırıq özümüz üçün və bunlar təsadüf deyildir nə olacaqsa deməli baş verməlidir..
28 iyun 2015 14:35
# 7
MODABAZ
Qismetindeee ne varsaa onu yasamalisan heyatin qanunu buduu
28 iyun 2015 14:08
# 6
Heyata daim gulmek lazimdii
sadecə mən
təsadüf deyil qədər.Qədərdə nə varsa odur.
28 iyun 2015 13:43
# 5
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
aziz a
Tesadufe qismet, qismetede tesaduf deyib kecirik, yani aglimiz qarma qarisigdi...mende faktiki beledir.
28 iyun 2015 13:23
# 4
Qelbim doludu !!!!
Tomris Müslümova
Hər şey o qədərdə asan olmur bəzən.niyə bu şey başıma gəldi niyə onu tanıdım deyə etiraz edirik bəzən,bəzən yaxşıya yoza bilmirik.ona görədə ruhumuz tez qocalır.off danışdıqca danışacam təşəkkürlər gülər bacı..
28 iyun 2015 12:56
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Tesaduf deye bir sey yoxdur hamisi bizim yasayacagimiz taleyimizdir,
28 iyun 2015 12:29
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ell.nell
Belkede düzdü.belkede qismetdi.yada tesadüf ya qismet deyib özümüzü ovutmağımızdır
28 iyun 2015 12:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz