Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bax və gör
Bax və gör
Göndərən: guler19
Şərhlər: 15
Baxılıb: 899
Səs ver:
Nə çox şeyə baxarıq, görmədən,
Nə çox şeyi görərik, qiymət vermədən,
Nə qədər az şeyin qiymətini bilərik, itirmədən!

Baxdığını görə bilmək, gördüyü gözəllikləri fərq edərək dəyərini bilmək və bu dəyərlərə şükr edə bilmək, insanın özünü xoşbəxt etmə yolunda sahib olduğu ən gözəl üstünlüklərdəndir. Baxdığı yerdəki, yaşadığı hadisələrdəki gözəl və müsbət yanları görə bilməklə artar, xoşbəxtliyin keyfiyyəti! İnsanın özü çəkər, xoşbəxtliyi ya da bədbəxtliyi; bir maqnit, bir süngər kimi. Gözəllikləri görməyi bilənlər, xoşbəxtlikləri; mənfilikləri görməyi bilənlər, isə bədbəxtliyi yaraşdırarlar, bir paltar kimi özlərinə.

Xoşbəxtlik paltarını geyənlər; təbəssümləriylə, sevincləriylə,dincliklə bəzəyərək tamamlayarlar, gözəlliklərini. Bədbəxtlik paltarını geyənlər isə hüznləriylə, kaprizləriylə çirkinləşdirərlər, ruhlarına geydirdiklərini. Bəzən həll edilməsi çox çətin bir riyaziyyat problemi kimi çətin gəlir, adamın özünü xoşbəxt etməsi! Halbuki anlayış, xoşgörüş və gözəl düşünməyi bacara bilmək bu problemin həllini meydana gətirəcək nöqtələrdən ən əhəmiyyətliləri.

İnsanlar çox vaxt ağızlarından düşünmədən çıxardıqları sözlərin, idarə edə bilmədikləri davranışların əsiri olarlar. Hadisələrə ya da kəslərə anlayış çərçivəsindən baxıb, xoşgörüşlü bir tutum sərgilədiklərində, gözəl görüb gözəl düşünməyi vərdiş halına gətirdiklərində, əvvəlcə özlərinə yaxşılıq edərlər, çünki 'davranışlar, davranışları doğurar' sözündən hərəkətlə sərgiləyəcəkləri davranışlar onlara xoşbəxtlik ya da bədbəxtlik olaraq geri dönəcək.
Dünyəvi bir çox dəyərə sahib olunduğunda xoşbəxt olmaq üçün kafi olunacağı sanılar. Halbuki bir çox insan mal, mülk, pul kimi fani dəyərə sahib olduqları halda ruhlarında dincliyin, ürəklərində sevincin əskikliyini yaşayarlar. Bu bədbəxtliklər bəzən doyumsuzluqdan, bəzən əlindəki dəyərlərə şükr etməyi bilməməkdən qaynaqlanar. Buna görə sevinc və dinclik, şam işığı qədər zəif və qısadır.

Sahib olduğu ağılı və ürəyi davranışları ilə gözəlləşdirənlər bişirdikləri 'xoşbəxtlik yeməyinin dadını səbirləri, cəsarətləri və şükrləri ilə doyumsuz edərlər.

Bir çox insan səbr etməyi bilmədiyi üçün xoşbəxtliyin açarını itirmişdir
Bəziləri də xoşbəxtliyin açarı əlində olduğu halda cəsarətsizliyindən o qapını açmağı bacara bilməmişdir.

Xoşbəxtlik qapısını açmağı bacardığı halda şükr etməyi bilməyənlər də əldə etdiklərini çox tez dəyərsizləşdirib, itirmişdir.

Bir düşünün; insanlar hər səhər deyil də sənədə bir dəfə doğan bir günəşə sahib olsadılar, o günün doğuşunu görmək üçün kim bilər nə qədər pul və zaman xərcləyərdilər. Halbuki günəş hər gün bizim üçün heç bir qarşılıq gözləmədən doğulur və bizlər bu gözəlliyin, bu nemətin dəyərini sahib olduğumuz bir çox şey kimi görməməzlikdən gələrək yaşayırıq.
Qısacası xoşbəxt olmaq üçün çox şeyimiz var. Yalnız baxdığımız nöqtədə bu dəyərləri görməmiz lazımdır. Dəyərlərin fərqinə vara bilmək, xoşbəxt ola bilmək üçün edilə biləcək bir neçə tövsiyəmiz var:

Hər yeni günə üzünüzdə böyük bir təbəssümlə başlayın.
Sahib olduğunuz bədən və ruhun sağlam olmasının şükrünü yaşayın.
Gün boyunca sizə təbəssüm edən insanların fərqinə varın.
Gülümsəyənlər olmasa belə siz o gözəl təbəssümünüzlə onları çaşdırın.
İnsanların çirkin ya da lazımsız davranışlarına cavab vermək yerinə onların verə biləcəyi mənfiliklərdən uzaq durun.
Gözəl baxmanın təməlinin bağışlamaq olduğunu unutmayın.
Sahib olmadıqlarınıza şikayətlənmək yerinə, sahib olduqlarınızla xoşbəxt olmağa çalışın..


Şərhlər: 15
Baxılıb: 899
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Gozel xeberdi tesekkurler
26 iyun 2015 05:33
# 15
Mrs.Pianist
tesekkurler
25 iyun 2015 18:05
# 14
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
her bir emelden dders goturub sukur etmek lazimdir
25 iyun 2015 17:55
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Bir düşünün; insanlar hər səhər deyil də sənədə bir dəfə doğan bir günəşə sahib olsadılar, o günün doğuşunu görmək üçün kim bilər nə qədər pul və zaman xərcləyərdilər. Halbuki günəş hər gün bizim üçün heç bir qarşılıq gözləmədən doğulur və bizlər bu gözəlliyin, bu nemətin dəyərini sahib olduğumuz bir çox şey kimi görməməzlikdən gələrək yaşayırıq.
yenədə mükəmməl!!!
25 iyun 2015 17:40
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
pozitiv
tesekkurler
25 iyun 2015 17:36
# 11
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
tek umidim sen
Gozel metndi,tesekkurler...
25 iyun 2015 17:24
# 10
Kadın derin ama adam yüzme bilmiyor...
Happy
Gozel meqali idi. Her cumlesinde heqiqet var
25 iyun 2015 15:53
# 9
lelos
çox gözel sözlerdi
25 iyun 2015 15:24
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aliceWOnDer
Nə çox şeyə baxarıq, görmədən,
Nə çox şeyi görərik, qiymət vermədən,
Nə qədər az şeyin qiymətini bilərik, itirmədən!
25 iyun 2015 14:17
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
wenikmurik
Sahib olmadıqlarınıza şikayətlənmək yerinə, sahib olduqlarınızla xoşbəxt olmağa çalışın..
25 iyun 2015 12:32
# 6
Bugunume wukr!
Antikvar
İnsanların çirkin ya da lazımsız davranışlarına cavab vermək yerinə onların verə biləcəyi mənfiliklərdən uzaq durun.

Bu cümlə ilə çox razıyam,amma çox təəsüf hər dəfəsində cavabsız qoyacam desəmdə ,bəzi anlar cavab verməsəm,niyə etmədim,niyə cavabsız qoydum deyə suallar yağdırıram özümə olanda mənə olur)

Ümümlikdə mətndə mənalı yazılmış sözlər insanı doğru yönə çəkir,həyatın əsl gözəlliklərini anlatır.Həyatın əsl gözəllikləri bizim gözümüzdədi,Allahın verdiyi gözləri ilə əyər onun yaratdıqlarına yaxşı baxmaq istəsək əlbbət hər kəs,hər bir an dəyərli olar bizlər üçün.Çalışaq sevdiklərimizə baxıb günümüzü xoş əhval ilə keçirək.Təşəkkürlər gülərim)
25 iyun 2015 11:47
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
xeyalperest
Hm heqiqet dolu bir metndi esas oxumaq deyil icra etmekdi twk
25 iyun 2015 10:59
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Hər kəs baxmağı bacarar lakin çox az insan görməyi bilər əslində. Hər şeyin xarici yalnız bir mənzərədi, həqiqət yalnız görmədiklərimizdədir. Və hər bir şeyə insan yaxşı yönündən də baxa bilər, ilk müsbət olanları axtarar gözü , sahib olduqlarına görə şükr etməyi bilər, əlindəkiylə yetinməyi bacarıb şikayətlənməz. Amma çox təssüf ki, gördükləri , bildikləri hər şeyə bədbin yanaşanlarda var və ilk mənfini axtarırlar . Sadəcə bir şeyi bilmək lazımdır ki, hər iki halda insan öz həyatını özü üçün sıxıcı və mənasız da edə bilər və ya əksinə şükr edərək həyatından zövq alaraq da yaşaya bilər...təşəkkürlər.
25 iyun 2015 10:37
# 3
BARBI
Sadece baxmaq kifayet deyil gormekde lazimdir. Bezen insan gozuyle yox ureyiyle gormelidir ki her seyi aydinlasdira bilsin
25 iyun 2015 10:37
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Sahib olmadıqlarınıza şikayetlenmek yerine,
Sahib olduqlarınızla xoşbext olmağa çalışın.
Bu cümle ile tam razıyam,teşekkür bele gözel xeber üçün.
25 iyun 2015 09:51
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz