Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Yaşadım" deyə bilmək..
Göndərən: Nermin..
Şərhlər: 9
Baxılıb: 559
Səs ver:
Fikirləşirəm ki, görəsən insanın "yaşadım” deyə bilməsi üçün necə bir həyatı olmalıdı? Nələrə sahib olmalıdı? Hansı istiqamətə getməlidi? Kimlərə qulaq asmalıdı? Nələrdən və kimlərdən uzaq olmalıdı?

O qədər başqalarının həyatını kopya edərək yaşayırıq ki, "Filankəs, bele etdi, hamı onu yaxşı qarşıladı, deməli doğru olan budur. Mən də bunu edim”. Uzaqdan çox qorxunc görunən bir həyat modelidir bu.

Əksər insanların düşüncə tərzi: "Hər kəs bunu edirsə, deməli burda bir hikmət var!” Yanlış düşüncə! Həyatı bizə öyrədənlər kimi yaşamaq məncə özümüz olmamamqdır. Real olaraq deyil, ətrafın, cəmiyyətin, ailənin bir kölgəsi olaraq yaşamaqdır.

Əksər gənc qızların klassik xəyalı: "4 il universitet oxumaq, sonra yaxşı bir iş tapmaq, ərə getmək, uşaq dünyaya gətirmək” Əgər işlər yolunda gedərsə, bütün bunları etmək olar. Yaxşı, bəs planlar tutmasa nə olacaq? Bax elə budur insanı həyatın dönüş nöqtəsinə itələyən. "Allahım, yaxşı ki, planlarım reallaşmadı, yoxsa mən bu günki MƏN ola bilməzdim, əsla! ” deyirəm indi… Özümü tapa bilməz, həyatı olduğu kimi yaşaya bilməz və əvvəldən yazılmış bir ssenarinin parçası olmaqdan başaqa bir şey edə bilməzdim. Yalnız öyrədildiyim kimi yaşamağa məhkum bir insan olardım. Xoşbəxt ola bilərdimmi? Bəlkə… Amma bir gün həyatı dərk etsəydim, elə o zaman çox böyük bir boşluğa düşərdim. Və hər kəs kimi mövcud həyatımla xoşbəxt olmağa çalışardım…

Bir şey  hər kəs tərəfindən edilir deyə doğru deyil. Cəmiyyət, ətraf mühit tərəfindən yaxşı qarşılanacağıq deyə sevmədiyimiz yerdə oxuyur, dəli kimi pul qazanmağa çalışırıq. Sevmədiyimiz işi etməyimiz bəs deyilmiş  kimi başqaları tərəfindən söz də götürməyə məcbur oluruq. Və sonra yenə "Hə, artıq zamanı gəldi, subaylığın daşını atmaq vaxtıdır” kimi sözlərdən canımızı qurtarmaq üçün qarşımıza çıxan ilk insana "hə” demək məcburiyyətində qalırıq. Mən evliliyə qarşı filan deyiləm. Amma ətrafımda gördüklərimin çox müvəffəqiyyətli olduğunu da deyə bilmərəm. Həyatların məhdudlaşdırıldığını görürəm. Öz fikrindən çox başqa insanların fikirlərinə boyun əyib, səssiz olmağın lazım olduğunu görürəm. Bu mənim şəxsiyyətimdə bir insan üçün tam bir cəhənnəm həyatıdır.

Mən hər vaxt buna inanıram ki, insan psixologiyası ətrafındakı hər kəsi özünün olduğu vəziyyətə çəkmək istəyir. Evlənib azadlığı məhdudlaşdırılan bir adamın, subay yoldaşlarını israrla evləndirməyə çalışması kimi. Buna görə də, hər kəsin etdiyində hikmət olmadığını çox açıq və dəqiq şəkildə deyə bilərəm.

Nə güclü təlimlərmiş, necə güclü öyrədilmişik ki, heç cür bundan qopa bilmirik! Necə də yer edib şüurumuza , inanılmaz ! Bir insanın öz fikirinə görə hərəkət etməsi bu qədərmi çətindir? Öz seçimini özünün etməsinə niyə icazə vermirik? Ətrafımdakı insanların həyatlarına baxıram, hamı eyni.Dəyişmək istəyən o qədər az insan var ki !

Unutmayaq ki, dəyişmə elə fərdlərin özündən başlayır. Əsas olan cəsur, tərəddüdsüz addımlar ata bilməkdir. Sən, mən, o, biz hamımız bunu edə bilərik!

İllərini sərf etdiyin gəncliyini  bir beton, qaya olaraq xatırlamamaq üçün elə yaşamalısan ki, "Sevinclə yaşadım mən bu həyatı” , "Sevdim, sevildim, öz qərarlarımı özüm verdim, kimdənsə asılı olmadım” ,”Mən ssenarimi özüm yazdım.” Mən yalnız oynamadım, YAŞADIM bu həyatda” deyə biləsən…


Şərhlər: 9
Baxılıb: 559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Cox menali derrakeli metnlerdi..superr
Her bir insanin oz dushncese ve fikirleri var mence insan ne edirse kimese baxaraq yox oz ichinden geldiyi uchun etmlidi.mence her insan buna layiqdi...
27 iyun 2015 02:59
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Nermin.. niki ile fikirlerimiz ust uste dusur hemise. dusunce terzimiz hardasa eynidir. bu xeber de bunun bir daha isbatidir. bu gun de ele onunla bu mesele haqqinda sohbetlesdik. tesadufe bax ki bu xeber de indi qarsima cixdi)
Insanlar sadece dogulmaq boyumek mektebe getmek uniye girmek islemek evlenmek usaq sahibi olmaq qocalmaq neveleri olmaq ve sonda ölmək üçün yaşayırlar... amma bu adi heyat terzidir axi. belke bezi seylerin deyismek vaxti gelib catib?? basqalarini bilmirem amma menim heyatim adi ve siradan olmayacaq.... heqiqeten "yasamaq" isteyirem men....
buna gore de yasamaq ucun yasamayaq, "yasamaq" ucun yasayaq...
26 iyun 2015 23:07
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
4 il universitet oxumaq, sonra yaxşı bir iş tapmaq, ərə getmək, uşaq dünyaya gətirmək”
düzdü çox qız yaşamağı bele düşünür
sanki bunlar olduqda her şey tamam olacaq
26 iyun 2015 19:30
# 7
Don't trust anyone ∆
vipbetul
insan ozu oz qerarlarini duzgun qerari vermeyi bagarmalidir filankes filan isi gordu mende edim yaxuddaki filankes dediki bu gur ol bu gur olum yaxuddaki bu gur olsam meni severler deye doqru bildiyimiz fikilerden el cekibde ozumuz olmaqdan cixmayaq calishaqki her zaman ozumuz olaq oz isdeklerimize gore addimlayaqki sonradan niye bunu etmedim deye pesmanliq cekmeyek
26 iyun 2015 16:39
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Kimimse heyatini tekrarlamaq duz deyil. Amma xowbextlik nelere sahib olmaq yox sahib olduqlarinnan zovq almaqdir. Cox weye sahib olmuya biler insan ama sahib olduqlarinnan zovq almagi bacarmalisan
26 iyun 2015 12:52
# 5
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
tek umidim sen
Insan ele yasamalidirki heyati,geriye donub baxdiginda elediklerinin pesmanciligini cekmesin!...
26 iyun 2015 12:08
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
Antikvar
Yazılanların bir qismi ilə razıyam oda "Təkrarlamaq,kiminləsə uçmaq,o eləyir məndə eləyim"qismləri doğrudu.Bəlkədə bu zamanacan bu fikirləri irəli sürənlərlə mübarizə aparıram.Kimsə mənə baxıb nəyisə özünə ibrət götürə bilər(edirlərdə,yaşca məndən dəfələrnən böyük səxslər dediklərimi,fikirlərimi ,özü deyirmiş kimi kənarda danışırlar)Amma mənim bildiyim mənim üçün doğrudusa,məni düz yola aparırsa niyədə kimlərəsə görə fikrimdən geri dönüm?millətimizdə bir birilərini anlamaq yoxdu-qınamaq var,dəstək yoxdu-təhqir dede qodu var,amma öz övladlarına gəldikdə tərif yağdırarlar, kimdəsə öz övladının görmədiklərini ördükdə sırazı ilk söylədiyi cümlə "Qonşunun qızına bax belə etdi belə yerlərə getdi"ad çıxartmaq adlanır bir adıda.Bax belə problemlərdi gənclərimiz öz istəklərindən imtina etməkləri,həmçinin valdeynlərində qorxuları "Ad çıxacaq qızım evdə qalacaq"kimi cümlələr qurulur beyində...Bu beyindəkilər düzələcəkmi?Mən düşünürəm cəmiyyətimiz düzələrsə bəlkə irəlləyiş olacaq,yoxsa belə mətnlər yazı olaraq qalacaq.
Bir nüans yazılıb orda o fikir ilə razı olmadım.Oxu,iş,evlən ,həyat budu?Deyə yazılıb...əlbətt həyat bunlardan ibarətdi artıq nəsə var?Qanunları budu,ən tərbiyəsiz ölkədən götürək rusların belə keçirdiyi çox tərbiyəsizliklərinin sonunda evlilik var,fərq bilirsinizmi nədədi?mini ilə gəzib biri ilə evlənmək ,evləndikdən sonrada gəzmə ehtimalları 99% -di.Bizdə belə adət olmadığı üçün özümüzü ailəmizə, dərslərimizə,işləməmizə vaxt ayırırıq.Lap arzun var bütün dünyaları gəz bu bir müddətdən sonra ondanda bezəcək insan(insan olan şəxs belədi)Həyatın öz baxış acından baxmaq əvəzinə birdə əsas rolu nədən ibarətdi o yöndəndə baxmaq lazımdı.Həyatın hansı ölkəsində olursa olsun insanların rolu eynidi,sadəcə mən düşünürəm bu mətni yazan insan həyata fərqlilik qatmaq istəyir)Nəsə maraqlı və bir qismi ilə razı olduğum haqqda fikir bildirdim,Tşk.
26 iyun 2015 11:41
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Ele sadece yasadim deyirem sadece yasamaq xatirine nefes aliram uzu gulen qelbi aglayan ici bos muqevva kimiyem hara aid oldugumu bilmirem. Yasayiram eger buna yasamaq deyilerse.
26 iyun 2015 09:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Hardasa doğruluq payı var qeyd olunanlarda çünki çoxları o fikirdədir ki, hamı hansı hərəkəti etməlidirsə məndə onu etməliyəm , əslində insan öz həyatını başqaları tərəfindən idarə edilməsinə icazə verərək bir kukla rolunu oynayır. Öz istəkləri və seçimləriysə ikinci plana düşür və ya heç nəzərə alınmır. İnsan ilk növbədə öz həyatında öz istədiyi qərarları verməyi bacarmalıdır yalnız o zaman yaşadım deyə bilər . Kiməsə xoş olsun deyə məcburən addım atmamalıdır onda öz həyatını onlar üçün yaşar özü üçün yaşamaz... Əsas odur özümüz olaq kimlərinsə idarə etdiyi kukla olmayaq , bir deyim var ki, deyir başqalarının doğru bildiyi həyatı yaşamaqdansa, özümün səhvlərlə dolu həyatımı yaşayaram...
26 iyun 2015 08:46
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz