Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar harada səhv edir
Qadınlar harada səhv edir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3641
Səs ver:

http://imgs.su/tmp/1325419412-302.jpg

Bu günkü söhbetimizin mövzusu kişilerdir. Daha doğrusu, bizim onlara olan münasibetimizdir. Son illerde bütün dünyada, hemçinin de Azerbaycanda boşanma halları narahatlıq doğuracaq şekilde çoxalıb. Psixoloqlar bunun sebebini münasibetlerin formasında görürler. Çetin heyat şeraitinin qadınlarda yaratdığı itirmek qorxusu onları kişilere qarşı daha diqqetli olmağa vadar edir. Bu ise bezen yaxşılıq evezine pis neticelere getirir. Yeqin ki, bu fakt bir qeder qeribe seslenir. Axı diqqet, qayğı hansı pisliyi yarada biler? Bu suallara qadınların problemleri ile meşğul olan amerikalı psixoloq Barbara de Anceles bele cavab verir.
Qadınlar kişilere qarşı münasibetde aşağıdakı sehvleri buraxırlar:
* Qadınlar özlerini ana kimi aparırlar ve kişi ile uşaq kimi reftar edirler.
* Qadınlar özlerini sevdikleri şexse qurban verirler; özlerini ondan sonra ikinci hesab edirler.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyetlerini ve üstünlüklerini gizledirler.
* Qadınlar könüllü olaraq, kişilere tabe olurlar.
* Qadınlar kişiden istediklerini elde etmek üçün özlerini balaca qız kimi aparırlar.
Qadınlar partnyorlarına tez-tez neyise xatırlatmalı olurlar. "Yolda ehtiyatlı ol", "İşığın pulunu ödemeyi unutma", "Terlemisen, eynini deyiş" kimi "tapşırıqlar" qayğıkeş qadınlar üçün adi gündelik sözlerdir. Bu setirleri oxuyun kimi çoxunuzun "düzdür" deyeceyine eminem. Çünki bu, qadınlar arasında en çox yayılmış haldır. Qadınlar kişilerle uşaq kimi reftar edirler. Onlara ele gelir ki, kişiler serbest heç ne ede bilmirler, daim tapşırığa, nezarete ehtiyac duyurlar. Unutmayın ki, sizin bu reftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.
Bes qadınlar kişi ile ana kimi reftar ederken hansı sehvlere yol verirler?
* Daim kişilere onların görmeli olduqları işlerde kömek edirler.
* Onlardan informasiya almaq üçün söz oyunu oynayırlar.
* Güman edirler ki, kişiler unutqandırlar ve buna göre özleri xatırlamalı olduqları şeyleri de onların yadlarına salmaq lazımdır.
* Onları uşaq kimi danlayırlar.
* Onların neyise düzgün ede bilmeyeceyini düşünerek mesuliyyeti öz üzerlerine götürürler.
* Onların sehvlerini tutur ve istiqametlendirmeye çalışırlar.
Bes bunun kökleri haradan gelir? Mesele burasındadır ki, qadınları uşaqlıqdan ana olmağa hazırlayırlar, sonra ise onları analıq keyfiyyetlerine göre terifleyirler. Bundan başqa, qızlar üçün esas örnek, nümune anadır. Ananın övladları ve heyat yoldaşı ile reftarı gelecekde qızlarda adet formasına keçir. Yetkin insan olduqda da qadınlara ele gelir ki, kişi ile reftarın yegane yolu budur. eslinde, qadının bu münasibetine sebeb kişini özünden asılı etmek arzusudur. Qadın yoldaşının bütün isteklerini yerine yetirdikde kişi ondan ayrı yaşaya bilmeyecek veziyyete düşür. Telefilmde arvadı uzaqda olan kişinin uşaqlar üçün yemek bişirmek cehdini seyr etdikce onların evde yararsız olduqlarını bir daha tesdiqlediyiniz heç olmayıb? Qadınlar emindirler ki, kişinin qayğısını ne qeder çox çekseler o, bir o qeder tenbelleşecek ve asılı olacaq. Buna sebeb ise atılmaq qorxusudur. Her bir qadının tehtelşüurunda "o menden asılı olsa, heç vaxt meni terk etmez" fikri var. Ana qayğısına öyreşen kişiler ise heyat yoldaşlarının da qayğısını qebul edirler. Bu hal ona özünü sevimli hiss etmek imkanı verir. Üstelik, ana qayğısı ile böyümüş, sonra ise serbest yaşamağa mecbur olan kişiler heyat yoldaşına da asanlıqla teslim olurlar. Teessüf ki, ilk vaxtlar kişiye xoş gelen bu münasibet sonra möhkem ittifaqı pozmağa başlayır. Kişi esebileşmeye başlayır ve qadına qarşı çıxır. Ana qayğısından "bezen" oğlanlar tezlikle serbestliye çıxmağı arzuladıqları kimi, yetkin kişiler de azad olmağa üstünlük verirler. Ola biler ki, kişi münasibetden narazı qaldığını üze vurmasın. Daxilde ise özüne bu münasibetden bezdiyini etiraf edecek ve serbestliye can atmağa başlayacaq. Daim nezaretde olmaq tek kişileri yox, qadınları da sıxır.
Kişini bezdiren başqa bir faktor özünün yararsız olduğunu hiss etmesidir. Sizin onun yerine her işi görmeniz, etmeli olduqlarını xatırlatmanız onda mehz inamsızlıq hissi emele getirir. Belelikle, özüne verdiyi deyeri itiren kişi sizin de deyerinizi qısa zamanda itirir. Tebii ki, bundan sonra kişide sevgi ve arzu da azalır. Kişi ile ana kimi reftar etdikde qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hissler qadında da yaranır. Bu halda çıxış yolu kişi ile ana kimi reftar etmekden el çekmekdir. 15 illik birge heyatdan sonra bele siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin evezine iş görmeyin. Qoyun yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafete ne geyineceyine özü qerar versin, yere atdığı paltarı özü götürsün! Bu, o demek deyil ki, yoldaşınız sizden açarının yerini soruşduqda siz "özün axtar tap, men senin anan deyilem" demelisiniz. Qayğı ve diqqet hetta pişiye de xoşdur, onları her an saxlamaq lazımdır. Ancaq siz anadan çox, heyat yoldaşı, sevgili olmalısınız.
Kişiyle bacarıqlı, etibar etdiyiniz bir şexs kimi davranın. Xatırlamalı olduğu heç neyi onun yadına salmayın. Onun yaddaşını ve teqvimini evez etmeyin. Onunla yetkin ve mesuliyyetli insan kimi reftar edin.
Kişi ile uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. esebi ve gergin olduğunuzu bildirmek, tebii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda her birinizin öz mesuliyyeti olsun. Tekce pul qazanmağı kişiye etibar edib qalan işleri öz üzerine götürmek düzgün deyil. Ola biler ki, her şeyi sizin etmenize alışan yoldaşınız ilk vaxtlar serbest bir iş görerken müeyyen sehvler buraxsın. Lakin zaman ötdükce o, yeni vezifelerine alışacaq ve sehvlere yol vermeyecek.
Qadınlar öz maraqlarını, meşğuliyyetlerini, sevdikleri işi asanlıqla kişiye qurban verirler. Bunu etmek üçün sevdiyiniz kişinin sizin maraq dairenizi menasız hesab etmesi kifayetdir. Kişilerin verilen qurbanlara qiymet vermesi ise çox nadir haldır. Qeribe olsa da qadınlar, heyat yoldaşının xoşuna gelmeyen refiqelerinden, qohumlarından asanlıqla uzaqlaşırlar. Qadın üçün sevdiyi kişinin mehebbetini itirmekdense, eziz adamlardan imtina etmek daha asandır. Unutmayın ki, sizi eziz adamlarınızdan qoparmağa çalışan kişiler, adeten, özlerine inamı olmayanlardır. Bezi kişiler üçün partnyor üzerinde tam nezareti hiss etmek vacibdir. Kenardan kiminse qadına destek vere bilceyi onları qorxudur. Belelikle, siz birinin mehebbetini elde ederek, başqalarının mehebbetinden mehrum olursunuz. Bu ise qadını yoldaşının mehebbetinden asılı edir. Üstelik, qadının etraf mühitden tecrid olunması kişini elave tenqid ve fikirlerden qoruyur.
Özünü kişiden sonra ikinci yere qoyan qadın, bütün ferdi keyfiyyetlerini itirib sırf onun istediyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüze xeyanet edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrde ise qadınlar bu yolda hetta xarici görünüşlerini bele tamamile deyişe bilirler. Verdiyiniz bütün qurbanlardan sonra onun bir gün sizi atacağını tesevvür edin. emin olun ki, bu baş vererse, yaşayacağınız peşmançılıq sizi deli ede biler.
Sevdiyiniz şexsin arzularını heyata keçirmesi üçün siz öz arzularımızdan imtina etmeye qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illerle can atdığı arzusundan vaz keçen qadınlarla heç rastlaşmamısınız? Yoldaşının biznesinde ona kömek etmek üçün iri şirketde prespektivli işini itiren qadın yalnız ondan ayrıldıqdan sonra sehv etdiyini anlayır, onda ise çox gec olur. Siz özünüz bu qadınlardan olmaya bilersiniz, lakin eminem ki, etrafınızda onlarla bele qadın var. Bunu qebul etmek ise çox çetindir.
esrlerden beri kişilere qadınlardan önde olduqları öyredilib. Onlar bizim özümüzü qurban vermeyimizi indi de gözleyirler. Bu, heç kime qeribe görünmür. Çoxumuz uşaqlıqdan analarımızın, nenelerimizin öz arzularını, istedadlarını qurban vererek yaşadıqlarının şahidi olaraq böyümüşük. Qadınlara ele gelir ki, özlerini az da olsa, düşünmek eqoistlikdir. Ona göre de onlar arzularını heyata keçirmekdense, qurbanlarını reklam etmeye üstünlük verirler.
Öz istek ve arzularınızı qurban vererken, qelbinizin derinliyinde onun sevgisinin artmasını gözleyirsiniz. Doğrudur, bundan sonra onun sevgisi arta biler, ancaq eksine olmayacağına da kimse teminat vere bilmez. Axı siz qurban vere-vere özünüzü sevmeyi de yaddan çıxarırsınız. Vaz keçdiyiniz her arzunun, her yoldaşın, her meşğuliyyetin sizin bir parçanız olduğunu düşünün. Her itirilen arzu ile şexsiyyetiniz de itir ve bir gün ayılıb özünüzü bomboş bir alemde görürsünüz. Sizden heç ne qalmayacaq. Arzuolunan olmaq üçün siz her şeyinizi vermisiniz, bu yolda ise öz varlığınızı, qadın qelbinizi itirmisiniz. Bu itki adeten qeddarlıq ve depressiya ile neticelenir. Özünüzden narazı olursunuz, özüne inamı ve özünehörmeti itirirsiniz. Bax bu zaman sizde sebebkar saydığınız kişiye qarşı qezeb ve inciklik hissi baş qaldırır. Bunun baş vermemesi üçün evvelceden qurban olmaqdan el çekin! Sizinçün, sadece olaraq, eylence yox, ciddi iş olan meşğuliyyetleri atmayın. Sevdiyiniz insanları, sizinçün vacib olan meşğuliyyetleri heç neye qurban vermeyin. Öz arzularınıza sadiq olun, heyatınızı özünüz doldurun. esl qadın, güclü şexsiyyet olun. Siz bunu ede bilersiniz!



Şərhlər:
Baxılıb: 3641
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz