Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamaq ürəyə xeyirmiş…
Ağlamaq ürəyə xeyirmiş…
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2508
Səs ver:

http://imgs.su/tmp/1325401465-302.jpg

Göz yaşı axıtmaqla kədərli olarkən sıxılan ürək damarları açılır
İnsanın ən əhəmiyyətli orqanlarından biri olan göz narahatlıqlarının önündə gözyaşı kanalının tutulması durur. Türkiyə mətbuatına istinadən bildirilir ki, ölkənin tanınmış oftalmoloqlarından Harika Çevikel gözyaşı kanalı tutulmasının ən çox körpələrdə və qadınlarda rast gəldiyini, bunun da gözdə infeksiyaya səbəb olduğunu bildirib. Gözyaşı kanalı tutulması ilə yanaşı, gözdə quruluğun da sağlamlıq üçün problem olduğu yazılarkən, aparılan araşdırmalarda zaman-zaman ağlamağın faydalarının da olduğu öyrənilib. Göz yaşının tərkibindəki bir maddə əgər heç axmazsa, göz quruluğu narahatlığına səbəb olur. Hərdən ağlayan adam beləcə bu xəstəliyə tutulmaqdan xilas olur. Xüsusilə kədərlənən zaman ağlamaq ürəyi daha az yorur. Çünki göz yaşı axıtmaqla kədərli olarkən sıxılan ürək damarları açılır. Ağlayaraq bir çox xəstəliyin əsas düşməni olan streslə başa çıxa bilərsiniz. Çünki bu duyğu təəccüblü olsa da, xoşbəxtlik hormonlarını hərəkətə gətirir.
Kədərli olduğu günlərdə göz yaşı tökən insanlar rahatlayaraq daha yaxşı yuxu alırlar. Sıxıntılı və ya sevincli olduğu zaman təzyiqi düşən, ya da qalxan adam ağladıqda təzyiqi normal vəziyyətə dönür. Ağladıqda bədəndəki stress hormonları göz yaşları vasitəsilə bədəndən uzaqlaşır və bir az sonra rahatladığını hiss edir.
Harika Çevikel körpələrdə gözyaşı kanalı tutulmasının masaj tətbiq olunaraq aradan qaldırıldığını söyləyib: "Körpələrdə gözyaşı kanalının tutulması zamanı ilk 1 il masaj tətbiq olunur. Masaj burun kökündən aşağı doğru sığallayaraq həyata keçirilir. Gündə 4 dəfə, 15 dəfə olmaqla bu masaj hərəkətini etmək lazımdır. Masajla kanalın öz-özünə açılma ehtimalı 95%-dir. Ancaq bu, mütləq işin mütəxəssisi tərəfindən edilməlidir".



Şərhlər:
Baxılıb: 2508
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz