Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
«Apokalipsis» - Son yoxsa Başlanğıc?
«Apokalipsis» - Son yoxsa Başlanğıc?
Göndərən: tek umidim sen
Şərhlər: 11
Baxılıb: 504
Səs ver:
Son zamanlar tez-tez rastlaşdığımız "apokalipsis” sözü öz kökü etibarı ilə "İncil”ə bağlıdır. Bu termin yunan dilindən tərcümədə — "açılış”, "açıqlama” mənasındadır.

Bu — "İncil”də " İohann Boqoslovun açıqlaması” adlanır. Kitab "İncil”də peyğəmbəri açıqlamalar verən son kitabdır. "İncil”in digər bölmələrində bu cür açıqlamalar verilmir. Bu kitabı 12 apostollardan biri İohann Boqoslov yazmışdır.

"Apokalipsis”in çox hissəsi bəşər tarixinin finalına, sonuna həsr olunmuşdur. Bu səbəbdən də müasirlərimiz bu termini "dünyanın sonu” mənası kimi qəbul edir. "Dunyanın sonu”nu "İncil” necə təsvir edir?

"Apokalipsis”(Qorxunc məhkəmə) – dini təsəvvürə görə, dünya tarixinin son anı, dünyanın yeniləşməsi və son olaraq, insanın İlahiyə yaxınlaşmasıdır. Amma "İncil”in digər bölümündə isə "apokalipsis” bir az alleqorik təsvir edilir. Ancaq "Apokalipsis”də dünyanın sonunun qorxunc, dəhşətli mənzərələri tam qabarıq təsvir olunur.

İohann Boqoslov kim olub? Apostol İohann — İsa peyğəmbərin ən yaxın şagirdlərindən olub. Bu kitabın ("Apokalipsis”in) məhz İohanna məxsus olmasına isə onun şagirdləri və kilsə şahidlik edir. Bu kitab kilsə ilahiyyatçıları tərəfindən həm "İncil”in bir hissəsi, həm də bir "İlahi xəbərdarlıq” kimi qəbul edilir. Bu kitab nə vaxt və harada yazılmışdır? "Apokalipsis”in yazılma tarixi haqqında hələ indiyədək mübahisələr davam etməkdədir. Amma belə hesab edilir ki, bu kitab II əsrin lap əvvəllərində hazırlanmışdır. Kitabın yazıldığı yer Egey dənizində yerləşən Patmus adasıdır. Bu adada İohanna vəhy gəlir və həmin kitabı yazmağa başlayır (Bu haqda İohann öz yazılarında qeyd etmişdir). Yozulması: Ötən XX əsr ərzində "Apokalipsis”i müxtəlif cür yozanlar olub. "Apokalipsis”i yozulmasını əsasən, 4 qrupa bölürlər: 1-ci İohann Boqoslovun gələcəkdən xəbər verməsi kimi; 2-ci Qiyamət günü İsanın zühur etməsi kimi; 3-cü bir çox tarixi hadisələrin və kataklizmlərin "Apokalipsis”in yaxınlaşmasına işarə olması kimi; 4-cü isə I əsrdən başlayaraq din və dindarların təqib olunması və onlara edilən təpkilər və hücumlar, mənəvi dəyərlərin itməsi nəticəsində "apokalipsisi”in yaxınlaşması kimi.... Bundan əlavə, "İncil”də "apokalipsis”in dəqiq vaxtı, saatı haqda məlumat verilmir. Hətta deyilir ki, bu haqda mələklər də heç nə bilmir, bu yalnız Allaha məxsusdur. "Apokalipsis” – dünya incəsətində də ən önəmli mövzulardan biridir. Dünyanın ən görkəmli rəssamları "Apokalipsis” mövzusunda neçə-neçə dəyərli rəsm əsərləri yaratmışlar. Mikelancelo, El Qreko, Rafael, Albrext Dyürer, Nikolay Rerix və digər dünya şöhrətli rəssamlar "Apokalipsis” mövzusunda möhtəşəm rəsm əsərləri yaratmışlar.


Şərhlər: 11
Baxılıb: 504
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
maraqlı melumatdı xeberim yoxidi
17 iyun 2015 20:20
# 11
Don't trust anyone ∆
aLoNe AnGeL
Maraqli melumat idi bilmirdim 13
17 iyun 2015 12:52
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ulduz
evvala deyim hec kim incimesin .oxumadinizsa serh yazmayinki oxumadin baxin maraqli deyilse cixin xeberden...xeberi hazirlayan oxumaniz ucun hazirlayib ,yalannanb serh yigmaniz ucun yox ...xeberde maraqlidi..her dinden olan insanlar ALLAHIN bendesidi...her xalqin oz secde etdiyi dini var .inandigi ALLAHIMZDA hamda eynidi..valla ogun qonsumuz rus deyirki inancimiz ferqli olsada ALLAHIMIZ BIRDI ...
16 iyun 2015 23:23
# 9
Luna-90
Maraqlidi
16 iyun 2015 18:37
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
tatyana
incili oxumamis insan derk elemir,oxuyunca hersey aydin olur.
16 iyun 2015 18:26
# 7
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Aydan Habili
Bilmirdim təşəkkürlər
16 iyun 2015 18:24
# 6
vipbetul
bu barede ne seye bilmek duzgun olmazdi din barede xususende bilmediyimiz bir seyden danishmaq gunah olarbu barede melumatim yoxdu calishageyamki kitablardanda arashdirim maraqima sebeb olan movzu oldu
16 iyun 2015 17:28
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Maraqlı açıqlaması var, dünyanın sonu və xoş olmayan yeni dünyanın başlanğıcı..
16 iyun 2015 17:10
# 4
BARBI
Mende bu adla film izlemisem sozun menasi haqda melumatim var idi . Maraqli aciqlamasi var
16 iyun 2015 15:28
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
teri meri
təşəkkürlər bu sözlə qarşılaşmamışdım
16 iyun 2015 14:54
# 2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Tomris Müslümova
eyni adda filme baxmisam ama sozun be menalara gelib cixdigini gedib incile dayandigini bilmirdim
16 iyun 2015 14:47
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz