Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü qəbul etmir?
Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü qəbul etmir?
Göndərən: my_angel
Şərhlər: 10
Baxılıb: 549
Səs ver:
Qulu Məhərrəmli: "Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır". Nizami Cəfərov: "Biz cavan olanda bu qədər açıq-saçıq olmağımız mümkün deyildi". Vilayət Quliyev: "Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir".

Çox vaxt yaşlı nəsil ilə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq. Yaşlılar "Sovet dövründə belə idi" deyərək, gənclərin davranışlarını bəyənmirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik.

Mövzu ilə bağlı qəzetimizə müsahibə verən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirdi ki, bu həmişə belə olub: "Tarix boyu cavan nəsil yaşlı nəsli, yaşlı nəsil cavan nəsli bəyənməyib. Dünyanın gedişatı belədir. Cavan nəsil özü ilə yeni əhvali-ruhiyyə, yeni dünyagörüşü, yeni ideyalar, bir sözlə, yeni həyat tərzi gətirir. Nəticədə nəsillər arasında fikir fərqliliyi yaranır. Atalar və oğullar, analar və qızlar problemi də məhz bundan qaynaqlanır".

BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli isə bunun çox təbii bir proses olduğunu bildirdi. Onun sözlərinə görə, nəsillər arasında ziddiyyətlərin, fikir müxtəlifliyinin yaranmasının əsas səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır Çox vaxt cavan nəsil yaşlı nəsli köhnə düşüncəli hesab edir. Ancaq burada bir həqiqət var. Çünki cəmiyyət, texnologiya inkişaf edib. Amma yaşlı insanlar buna asanlıqla uyğunlaşa bilmirlər".

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyev isə mətbuata verdiyi açıqlamada mövzumuzla bağlı fikirlərini belə ifadə edib: "Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bir tərəfdən, dünəni bəyənməmək, o biri tərəfdən, iddialılıq, bir tərəfdən, keçmişə xor baxmaq, o biri tərəfdən, yenini görə, dəyərləndirə bilməmək həmişə olub və olacaq. Yəni dörd min il ərzində insan təfəkküründə, insan münasibətlərində bu baxımdan heç bir mühüm dəyişiklik baş verməyib. Müəyyən yaş həddinə çatdıqdan sonra biz nəinki elmi, yaxud ədəbi mühitdəki gənclərlə, hətta öz doğma övladlarımızla da fərqli qütblərdə dayanırıq, fərqli zövqləri paylaşırıq, hadisə və faktlara fərqli münasibət sərgiləyirik. Belə vəziyyətdə əsas məsələ ziddiyyətləri yumşaltmaq, maksimum dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir".

Çox vaxt yaşlı nəsil ilə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq. Yaşlılar "Sovet dövründə belə idi" deyərək, gənclərin davranışlarını bəyənmirlər. Buna nümunə olaraq, ictimai nəqliyyatda yaşlılara yer verməyən gənclərə aqressiv yanaşan qocaları göstərə bilərik. Çox vaxt da gənclərin onlara hörmətsizlik etdiyindən şikayətlənirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik. Gənclər onlara köhnə düşüncəli insanlar kimi yanaşır, fikirlərinə o qədər də əhəmiyyət vermirlər. Bəzən də əksinə, yaşlı nəsil cavan nəslə yol göstərir, istiqamətləndirir, məsləhət verir. Bəs, görəsən, nəsillər arasındakı bu ziddiyyətin səbəbi nədir? Bu nədən qaynaqlanır? Mövzu ilə bağlı qəzetimizə müsahibə verən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirdi ki, bu həmişə belə olub: "Tarix boyu cavan nəsil yaşlı nəsli, yaşlı nəsil cavan nəsli bəyənməyib. Dünyanın gedişatı belədir. Cavan nəsil özü ilə yeni əhvali-ruhiyyə, yeni dünyagörüşü, yeni ideyalar, bir sözlə, yeni həyat tərzi gətirir. Nəticədə nəsillər arasında fikir fərqliliyi yaranır. Atalar və oğullar, analar və qızlar problemi də məhz bundan qaynaqlanır".

"Biz cavan olanda bizim bu qədər açıq-saçıq olmağımız mümkün deyildi"

Sovet dövrundə bu vəziyyətin indikindən fərqli olduğunu deyən millət vəkili əlavə etdi ki, buna səbəb o dövrdə normativlərin güclü olması idi: "Ümumiyyətlə, sovet dövründə həyat tərzi fərqli idi. İndi isə yeni nəsil dünyada baş verən hadisələrdən xəbərdardır, hər şeyi bizdən daha tez və asanlıqla öyrənə bilir. Buna görə də biz bəzən "övladlarımız bizim deyil, televiziyanın övladlarıdır" deyirik. Biz cavan olanda bizim bu qədər açıq-saçıq olmağımız mümkün deyildi. Çünki biz məhdüd bir mühitdə yaşayırdıq. Tərbiyəmiz, həyat tərzimiz fərqli idi. Ancaq bu o demək deyil ki, qapalı həyat keçirməli, hər şeyi normalara salmalı, dünyadan təcrid olunasan. Hər iki dövrün də özünəməxsus pis və yaxşı xüsusiyyətləri var. İndiki dövrdə özünü sıxmaq, boğmaq bunu əxlaq hesab etmək artıq aradan qalxıb. Ancaq bunun yaxşı olmayan məqamları da olur".

"Nəsillər arasında fikir müxtəlifliyinin səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır"

BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli isə bunun çox təbii bir proses olduğunu bildirdi. Onun sözlərinə görə, nəsillər arasında ziddiyyətlərin, fikir müxtəlifliyinin yaranmasının əsas səbəbi təfəkkür və düşüncə tərzi ilə bağlıdır. Bunu çox təbii qəbul etmək lazımdır. Bu əvvəllər də belə olub, indi də belədir. Ancaq sovet dövründə bu problem bu dərəcədə hiss olunmurdu. Çünki o dövrdə daha çox ədəbi nəsillər arasında - yazıçlar, rəssamlar, müsiqiçilər və s. mübarizə aparılırdı. Biz də gənc vaxtlarımızda yaşlı adamların narazılığını görürdük. İndi də biz yaşlanmışıq və gənclərdən narazılıq edirik. Məncə, bu, çox normal bir prosesdir. Ancaq onu da qeyd edim ki, yeni nəsildə bir çox dəyərlər itirilib. Bunun ən gözəl nümunəsi davranış qaydaları ilə bağlı olanlardır. Məsələn, gənclər çox vaxt ictimai nəqliyyatda yaşlı insanlara, qadınlara və ya uşaqlara yer vermək istəmirlər. Halbuki bu, etik bir davranışdır. Bunun kimi bir çox davranışları qoruyub, gələcək nəsillərə çatdırmaq lazımdır.

Q. Məhərrəmli sonda onu da əlavə etdi ki, nəsillər arasında ziddiyyətlərin yaranmasının digər bir səbəbi də dövrlərin, zəmanənin fərqli olması və texnologiyanın sürətlə inkişaf etməsidir: "Çox vaxt cavan nəsil yaşlı nəsli köhnə düşüncəli hesab edir. Ancaq burada bir həqiqət var. Çünki cəmiyyət, texnologiya inkişaf edib. Amma yaşlı insanlar buna asanlıqla uyğunlaşa bilmir. Gənclər də bunu geridəqalmışlıq hesab edirlər. İndiki gənclər əvvəlkilərə baxanda daha informasiyalıdır, texnoloji vasitələrə daha tez uyğunlaşırlar. Ancaq bilikləri azdır. Hər məlumatı biliyə çevirmə qabiliyyətləri, maraqları çox məhduddur".

"Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir"

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyev isə mətbuata verdiyi açıqlamada mövzumuzla bağlı fikirlərini belə ifadə edib: "Qədim Şumerdə tapılan gil lövhəciklərdən birinin üzərində təxminən belə məzmunda mətn var: "İndiki cavanlar tamam korlanıblar. Ağsaqqalların sözünü eşitmir, onlara hörmətlə yanaşmağı bacarmırlar". Başqa sözlə desəm, nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bir tərəfdən, dünəni bəyənməmək, o biri tərəfdən, iddialılıq, bir tərəfdən, keçmişə xor baxmaq, o biri tərəfdən, yenini görə, dəyərləndirə bilməmək həmişə olub və olacaq. Yəni dörd min il ərzində insan təfəkküründə, insan münasibətlərində bu baxımdan heç bir mühüm dəyişiklik baş verməyib. "Atalar və oğullar" problemi müəyyən modifikasiyaya uğrayaraq daim öz mövcudluğunu qoruyub. Şekspir məşhur sonetlərinin birində yazırdı: "Grabbed age and youth cannot live together, Youth is full of pleasure, age is full of care". Vaxtilə mən bu misraları poetik tərcümə etməyə də çalışmışdım: "Qocalıqla cavanlıq bir yerdə tutmaz qərar, gənclik əyləncə dolu, qocalıq qayğı umar". Müəyyən yaş həddinə çatdıqdan sonra biz nəinki elmi, yaxud ədəbi mühitdəki gənclərlə, hətta öz doğma övladlarımızla da fərqli qütblərdə dayanırıq, fərqli zövqləri paylaşırıq, hadisə və faktlara fərqli münasibət sərgiləyirik. Belə vəziyyətdə əsas məsələ ziddiyyətləri yumşaltmaq, maksimum dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir".


Şərhlər: 10
Baxılıb: 549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
Gənclər dünəni bəyənmir, yoxsa yaşlılar bu günü qəbul etmir?

her ikisi ola biler
17 iyun 2015 20:24
# 10
Don't trust anyone ∆
Catwoman666
her dovrun bir insani var yeni. qocalar dunenki dovrun insani olub biz de bu gunun insanlariyiq. yeni bu meseleni bu qeder uzatmaq anlamsizdir heqiqeten
16 iyun 2015 19:42
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
yqasli neslin numayendeleri bu dovu beyenmir hec biz cavan nesilde o dovru beyenmirik,bezi meselelerede vardirki mes o dovr daha yaxsi bezilerinde ise bu dovr daha yaxsidi hec bir isde mukemmelcilik ola bilmez hec tarixin ozundede,eslinde bunun gunahi tarix deyil mes biz insanlariq ki hec bir dovru beraberleshdirib yashamaqi bagarmiriq yalnizga heyifsilenib tenqid ede bilirik
16 iyun 2015 17:50
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Menim fikrimce yawin burda ehemiyyeti yoxdu her wey insanin dunyaya baxiwindan ireli gelir menim 80 yawindaki nenem ve ya 70 yawindaki qaynanam menle muqayisede daha muasirfikirlidiler geyimle davraniwla bagli
16 iyun 2015 15:49
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
en çox problem olan bir mövzu ne yaşlilar beyenmir çünki yaşlilar öz dövürlerini nece yaşayiblarsa indide isteyiller ele olsun
16 iyun 2015 15:08
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
tek umidim sen
Bezi yaslilar bu gunu beyenmir!...
16 iyun 2015 14:45
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
teri meri
yaşlılar dəyişmək istəmirlər həmişə necə olublarsa elə də qalamaq cavanların da onlar kimi olmasını istəyirlər lakin bu heç vaxt belə olmayacaq
16 iyun 2015 12:39
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Tomris Müslümova
zaman ireliledikce her sey deyisir elecede genclerin baxislari ve dusunceleri.indiki gencler yeni biz kecmis dovru beyenmirik yaslilarin fikirleri ile razilasmiriq elecede yasli nesil indiki gencleri anlamir ve razilasmir.cox uzun munasibet gosterile bilinecek bir meseledi bu.tesekkur edirem))
16 iyun 2015 11:08
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bu tarix boyu bele olub qocalar cavanlari cavanlarda qocalari beyenmeyib. Her kesin oz dovru oz zamani var o dovrde bir deb bir texnika variydisa bu dovrde ferqli deb ferqli texnika var. geyimlere geldikde aciq saciqliq kecmisde de variydi sadece bu qeder sayi cox deyildi. Qocalar her seye qulp qosacagina sadece zemaneyle ayaqlasin biraz muasir olsun
16 iyun 2015 09:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlı mövzudur. Yaşlı və cavan nəsli insanlar arasında bəzən bu kimi problemlər yaranır. Ən çoxda yaşlı nəsil cavanların tərzini bu günün inkişaf edən texnoloqiyasını bəyənmirlər. Və yaxud da cavanlar da yaşlı nəsli , bunu hər cavana və yaşlıya şamil etmək düzgün olmazdı. Düzdü deyilən iradlar olur yaşlı və cavan arasında ancaq əsas odur ki, anlayış göstərib , uyğunlaşasan. Həmdə hər bir dövrün özünə məxsus gözəlliyi, qayda qanunları olub və var. Təbii olaraq da kimisi bəyənə də bilər, bəyənməyə də ancaq əsas odur tərəflərin rifahı üçün kompramisə getməyi bacarsınlar. Təşəkkürlər.
16 iyun 2015 09:19
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz