Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bayramlarda tənhalığa çəkilənlər...
Bayramlarda tənhalığa çəkilənlər...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1711
Səs ver:

Bayramlarda tənhalığa çəkilənlər...

Bayramı sevməyən insan varmı? Demə, varmış. Belələri nəinki bayramları sevmir, hətta bu günlərdə özlərini tənha hiss edirlər. "Ekspress" qəzeti yazır ki, psixoloqlara görə, bunun bir sıra psixoloji səbəbləri var.

Bayramları sevməyən insanların psixoloji problemlərdən əziyyət çəkdiyini deyən psixoloq Lalə Həmidova əsasən tənhalığın buna səbəb olduğunu bildirib. "Belə insanlar adətən tənha olurlar. Sevinclərini bölüşə biləcəkləri bir insan onların həyatında yoxdur. O üzdən də bayramlar onlara dözülməz gəlir".

Psixoloq qeyd edib ki, tənhalıq insanların şüurlu şəkildə seçdikləri vəziyyətdir. "İnsan bu vəziyyəti dərk edərək seçir və bununla yaşayır. Tənhalığın seçim səbəbi əksər hallarda müxtəlif yaşlarda yaşanan psixoloji travmalarla bağlıdır. Çox vaxt məhz bayram günlərində tənhalıq hissinin güclənməsinin səbəbi nə vaxtsa bayramların birində yaşanan psixoloji ağır travma da ola bilər".

L.Həmidovanın dediyinə görə, bayram günlərində melanxoliklər xatirələrə dalmağı sevirlər. "Onlarda bayram ərəfəsində nostalji hisslər oyanır. Belə adamlarda sentimentalizm baş qaldırır. Bu tip insanlar bayramlarda özlərini tək hiss edirlər".

Həmsöhbətim bayram ərəfəsində ayrılıqla üzləşən insanlarda da tənhalıq hissinin gücləndiyini əlavə edib. "Misal üçün, ailə üzvlərindən birini itirən və ya həyatında önəmli itkiləri olan insanlar da bayrama sevinmirlər. Bayram ərəfəsində eyni zamanda psixoastenik insanlar, yəni psixi cəhətdən yorğun insanlar da təkliyə meyl edə bilərlər. Çünki belə insanlar çoxluqdan qaçmağa üstünlük verirlər".

Bayramın maraqlı və şən keçməsi üçün ona öncədən hazırlaşmağın lazım olduğunu deyən psixoloq bayrama hazırlıq işlərinin heç olmasa 1 həftə əvvəldən görülməsini tövsiyə edir. "Bayram özü də adaptasiya tələb edir. İnsan bir an içərisində həyat tərzini kəskin dəyişir. İl boyu etmədiyi hərəkətləri və görmədiyi insanları görür və s. Bunlar hamısı, əlbəttə ki, insana təsirsiz ötüşmür".

L.Həmidova bayramda tənhalıq hissindən qurtulmaq üçün məsləhətlər də verir. "Əgər insanlar bayram günləri özlərini tənha hiss edirlərsə, onda mütləq insanların çox olduğu yerlərdə bayramı qeyd etməlidirlər. Tənhalıqdan qurtulmaq üçün belə adamlar onları daha çox cəlb edən yerlərdə olmalıdırlar".

Müsahibim qeyd edib ki, aylarla monoton həyat tərzi sürənlərə bayramın bitməsi daha çox pis təsir edir. "Belə ki, bayram ərəfəsində çoxlu dəyişikliklər olur. Bu vaxtlar həyat tərzi dəyişir. Çoxları tez-tez qonaq gedir, eləcə də qonaq qəbul edirlər. Bir sözlə, hər gün yeni hadisə baş verir. Bayram günlərində daha çox insan əhatəsində oluruq. Bu səbəbdən də, sakit, monoton həyat tərzi sürənlərə bayramın bitməsi pis təsir edir. Çünki bayramlarda həmin insanlar bir növ monoton həyatdan uzaqlaşırlar. Onlar üçün hər şey daha rəngarəng olur. Lakin bu vəziyyət uzağı bir həftə çəkir. Daha sonra yenə əvvəlki monoton həyatlarına qayıtmağa məcbur olurlar. Bu isə onlarda əhval düşkünlüyü yaradır".

Bayramdan sonra əhvalın pisləşməsinin qarşısını almaq üçün Həmidova bayram bitdikdən sonra da çalışıb bayram zamanı qəbul etdiyimiz qonaqlarla əlaqə saxlamağı məsləhət görür. "Yaxşı olar ki, bayramdan sonra da bayram ərəfəsində getdiyimiz yerlərə heç olmasa vaxt tapıb yenə gedək. Ən əsası isə evdəki əhval-ruhiyyəni yüksək saxlayaq".

Onun dediyinə görə, bayram günləri adətən insanlar hamıdan təbrik gözləyirlər. "Çünki bu bizim kollektiv şüuraltımızda artıq yazılıb ki, bayramda hamı bir-birini təbrik etməlidir. Hətta heç vaxt zəng vurmadığımız adamlara zəng vurub təbrik edirik. Bu artıq bir mentalitet formasını alıb".

Müsahibimiz Südabə Zeynalova isə bu bayram heç kimdən təbrik gözləmədiyini deyir. "Heç vaxt fikirləşməzdim ki, Yeni İli tənhalıqda keçirməli olacağam. Amma həyat yoldaşımla ayrıldığıma görə bayramı tək qeyd edəcəyəm. Nə qədər də çalışsam, özümdə bayram əhval-ruhiyyəsi oyada bilmirəm. Tanışlarım çoxdur, lakin heç kim bayram günündə ürəyimdəki boşluğu doldurmağa qadir deyil. Bu səbəblər üzündən də bayramın tez keçməsini istəyirəm. Ətrafdakı şənliklər özümü daha tənha və lazımsız hiss etməyə sanki məcbur edir".

Psixoloqların fikrincə, yaşlı və tənha insanların bayram günlərində xüsusi diqqətə və qayğıya ehtiyacı var. Lakin heç də hamıya bu xoşbəxtlik nəsib olmur. Gülsüm Hüseynovanın dediyinə görə, 62 yaşının olmasına baxmayaraq, tək yaşayır. "Deməzdim ki, övladlarım məndən üz döndərib. Sadəcə, onların hərəsinin öz işi və ailəsi var. Bu əziz günü hər kəs öz ailəsi ilə keçirmək istəyir. Övladlarım da. Amma mənim üçün ailəm onlar, nəvələrimdir. Yeni İl günü qulağım səsdə olur. Hər an onların gəlişini gözləyirəm. Özümü çox tənha hiss edirəm. Bəlkə də bütün bunlara layiqəm. Amma hər halda hər kəsin, hətta pis insanın da bir damla da olsa sevgiyə ehtiyacı var".



Şərhlər:
Baxılıb: 1711
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz