Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zirəddin Rzayev: 2012-ci il türk xalqları, eləcə də Türkiyə üçün o qədər də xoş il deyil” (MÜSAHİBƏ)
Zirəddin Rzayev: 2012-ci il türk xalqları, eləcə də Türkiyə üçün o qədər də xoş il deyil” (MÜSAHİBƏ)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2089
Səs ver:

http://imgs.su/tmp/1325159912-302.jpg

""Eurovision-2012"-də Rusiyanın qalib olma ehtimalı böyükdür"

Məşhur ekstrasens Zirəddin Rzayevin Yeni il qabağı 2012-ci illə bağlı ANS PRESS-ə eksklüziv müsahibəsini təqdim edir:

- 2012-ci il Azərbaycan və dünyada nə ilə yadda qalacaq?
- 2012-ci illə bağlı proqnozlarıma hər yerdə rast gəlmək mümkündür. Bu ilin xarakteri barədə deyə bilərəm ki, bu il o qədər də xoşməramlı il deyil. Son zamanlar "2012-ci il dünyanın sonudur. Bu ildə qiyamət günü olacaq" kimi iddialar səsləndirilir, əslinə qalsa, mən həmişə bu kimi iddiaların əleyhinəyəm. Konkret onu deyə bilərəm ki, 2012-ci il aqressiv ildir, o qədər də sakit il deyil.
Bundan başqa, təbiət öz şıltaqlığı ilə insanları qorxudacaq. Çoxlu müharibələr, münaqişələr olacaq. Mən deyərdim ki, 2012-ci il qanlı ildir.
Amma Azərbaycan üçün proqnoz vermək istəmirəm. Çünki birini deyəndə beşini yalan verirlər.

- 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsi həll olunacaqmı?
- Verdiyiniz suala cavab olaraq, nöqtə qoymaq istərdim.

- Məlum olduğu kimi, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Bu müsabiqənin qalibi kim olacaq?
- Düzünü desəm, bu il yarışmada qalib xaç ölkələri olacaq. Rusiya ehtimalı isə daha böyükdür.

- 2011-ci ildə verdiyiniz proqnozlarda dünyada bir sıra ölkələrdə zəlzələ olacağını, Yerin ürək kimi çırpınacağını demişdiniz, bəs 2012-ci ildə necə olacaq?
- Ötən il verdiyim müsahibələrimdə həm 2011, həm də 2012-ci ilə olan proqnozları vermişdim. 2011-2012-ci illərdə Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək.
Təbiət öz şıltaqlıqları ilə insanları qorxudacaq. Yer ürək kimi çırpınacaq. 2011-2012-ci illərdə Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliya təbii fəlakətlərdən sığortalanmayıb. Şimali Amerikanın cənubunda qasırğa hökmranlıq edəcək. Həmçinin, Şimali Amerikanın cənubunda qırmızı işıq görürəm. Hətta bu görüntüləri özüm də izah edə bilmirəm. Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə ümumi sakitliyin, ictimai asayişin pozulduğunu görürəm. Yerli hakimiyyət narahatlıq içərisində yaşayacaq. Yaponiyada zəlzələlər görürəm. Xüsusilə şərq hissəsində. 2012-ci ildə ABŞ və Türkiyə terrorla mübarizəni gücləndirməli və çox ehtiyatlı olmalıdırlar. Çox ehtimal var ki, 2012-ci ildə Hindistanda təyyarə qəzası olacaq. Bu il Sakit okean sakitləşməyəcək. Okeanın cənubunda tufan və daşqınlar gözlənilir.
ABŞ-da tanınmış siyasi xadimin səhhətində poblem yaşanacaq. O, həyatla ölüm arasında qalacaq. Bundan başqa, ABŞ-da iki dəfə naməlum uçan obyekt görünəcək, Rusiyada isə hərbi sahədə böyük irəliləyiş görünür. "2012-ci ili Rusiya üçün hərbçilər ili kimi görürəm. Həmçinin, İranda da gələn il ictimai sakitlik pozulacaq. İranın paytaxtında partlayış görürəm.
2012-ci il, ümumiyyətlə, türk xalqları, eləcə də Türkiyə üçün o qədər də il xoş deyil. 2012-ci ilin xoş tərəfi haqda konkret olaraq onu deyə bilərəm ki, bu il texnika, kosmos ilidir. Kosmosdan da baxırlar, çox ciddi gedişlər gedir.

- Mədəniyyət sahəsində hansı yeniliklər və ya üzücü xəbərlər olacağını görürsünüz?
- Mədəniyyət xadimləri arasında konkret deyə bilmərəm, amma mən insult və ya ürək xəstəliyi görürəm. Siyasi xadimlərin də problemi olacaq. 2012-ci ildə məşhur adamlardan ikisi dünyasını dəyişəcək.
Demək istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.



Şərhlər:
Baxılıb: 2089
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz