Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xarakterinizə görə xəstəliklərinizi öyrənin
Xarakterinizə görə xəstəliklərinizi öyrənin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1577
Səs ver:

Xarakterinizə görə xəstəliklərinizi öyrənin

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, insan xarakteri həyatımıza düşündüyümüzdən daha çox təsir göstərir. Yəni xarakterə əsasən insanın hansı xəstəliyə tutulma ehtimalının çox olduğunu əvvəlcədən öyrənmək də olur. Ən adi xəstəliklərdən tutmuş xərçəng xəstəliyinə qədər bütün xəstəliklərə insanın xarakteri də təsir göstərir. İnsanların bir çox xüsusiyyəti isə genlərindən gəlir. Bədəndəki hormon balansı və serotonin kimi əlamətlər insan xarakterinə təsir edən fiziki ünsürlərdir. Beləliklə, şəxsiyyətimizin nə kimi xəstəliklər meydana gətirə biləcəyindən agah olaq.

Düşüncəsiz hərəkət edən insanlar:

Gördüyü işi düşünmədən edən insanlar hər an qəza keçirmə riski daşıyan insanlardır, lakin buna baxmayaraq, ən çox keçirə biləcəyi xəstəlik mədə xəstəlikləridir. "Finnish" İnstitutu tələbələrinin 4 min nəfər üzərində apardığı araşdırma nəticəsində ortaya çıxıb ki, düşüncəsiz hərəkət edən insanların bu xəstəliyə tutulma ehtimalı digərlərinə nisbətən 2.4 dəfə daha çoxdur. Araşdırma nəticəsində bu cür insanların hətta yemək yemə mövzusunda da maraqlı bir xarakteri məlum olub. Belə ki, onlar adi yemək yeyərkən belə özlərini idarə edə bilmirlər.

Şən insanlar:

Araşdırma nəticəsində meydana gələn ən maraqlı nəticələr məhz şən insanlara aiddir. Belə ki, şən insanların ölüm riski digər insanlara nisbətən daha çoxdur. Ailəsi, yaxınları tərəfindən tez-tez gülərüz qarşılanan uşaqların gələcəkdə ölüm riskinin daha çox olacağı da müəyyən edilib. Şən olmaq, tez-tez zarafat etmək insanların gələcəkdə ölüm riskinin daha çox olacağını göstərir. Hər iki ünsür-zarafat etmə qabiliyyətinin yüksək olması və yaşamaq ünsürü bir-biri ilə tərs mütənasib ünsürlərdir. Bu tip insanlar ciddi mühitə düşdüyü, problemlərlə qarşılaşdığı zamanlarda problemlərlə başa çıxmaqda çətinlik çəkirlər.

Narahat və qayğıkeş insanlar:

Tez-tez qayğıkeş davranan insanların qanla əlaqədar problemləri olur. Təzyiq kimi sağlamlıq problemləri bu qrupa daxil olan insanların ən böyük problemlərindən biridir. Bu insanlarda stress hormonları tez özünü biruzə verdiyi üçün qan təzyiqinə təsir göstərir. Yüksəklik qorxusu kimi fobiyaları olan qadınlar yüksək nisbətdə infarkt riski də daşıyırlar. Həmçinin xolestrol və təzyiq təhlükələr altındadırlar. Belə kəslərdə davranış dəyişiklikləri də tez-tez müşahidə olunur.

Əsəbi insanlar:

Bu qrup insanlarda bir çox xəstəlik ola bilər. Damar tutulmaları və damar sərtliyi əsəbi insanların qarşılaşacağı ən riskli xəstəliklərdir. İnfarkt keçirmə ehtimalı da böyükdür. İmmunitet zəifliyinə bu tip insanlarda çox rast gəlinir. Belə şəxslər çox tez əsəbləşə bildikləri üçün depressiya kimi bir çox psixoloji problemlər də yaşayırlar. Sağalmaları isə normal bir müddətdən daha uzun olur.

Utancaq insanlar:

Bu şəxslərin virus qaynaqlı xəstəliklərə yaxalanma riski yüksəkdir. Bu şəxslərin viruslarla və bakteriyalarla mübarizə aparmaq qabiliyyəti çox aşağıdır. Ona görə də tez-tez soyuqdəyməyə xəstəliyi ilə də qarşılaşırlar.

Optimist insanlar:

Araşdırmalar nəticəsində məlum olub ki, həyatın rəngarəng tərəfiylə daha çox maraqlanan, hər zaman özünə inanan optimist insanlar pessimistlərə nisbətən 7.5 il daha çox yaşayırlar. Bu qrupda olan insanların hər hansı bir xəstəliyə tutulma ehtimalı pessimistlərə görə 55% daha azdır. Mənfi tərəfləri isə odur ki, enerjili həyat tərzi keçirən optimistlər əks abu-havalı bir mühitə düşdükdə, onlar stressə tez qapılırlar. Buna görə də daha çox bu tip narahatlıqlar keçirirlər.

Sirr saxlamağı bacaran insanlar:

Bu qrupun insanları əsasən duyğusal problemləri çox yaşayırlar. Xüsusilə də, öz duyğularını ifadə edərkən... Elə bunlara görə də onların infarkt keçirmə riski yüksəkdir. Həmçinin xərçəng xəstliyi riski də bu qrupa daxil olanların əsas problemlərindəndir.Həmin şəxslər, adətən, stress problemlərini idarə edə bilmirlər. Bu da ürəyin çox sürətlə işləməsinə səbəb olur.

Nevroz insanlar:

Bu cür insanlar işi çox sevmirlər. Astma, xroniki baş ağrısı, infarkt xəstəliklərinə daha tez yaxalanırlar. Onlar kömək və dəstək almaq yerinə hər zaman özlərini günahkar hesab edirlər. Tez-tez stressdə olduqları üçün immunitetləri aşağıdır. Yəni hər xəstəliyə açıq bir strukturları var.



Şərhlər:
Baxılıb: 1577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz