Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oşo - Sirr kitadından
Oşo - Sirr kitadından
Göndərən: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 502
Səs ver:
İnsan hərdən özünü elə bil heç bir yerə aid deyilmiş kimi çox əcnəbi hiss edər. Bunun səbəbi özündən və "Mən varam” düşüncəsindən başqa heç bir şey deyil.

Dünyada yalnız iki növ insan var: "Mən varam” deyə düşünənlər və "Mən yoxam ” deyə düşünənlər. "Mən varam” deyə düşünənlər mömin olmayanlar, "Mən yoxam” deyə düşünənlər isə mömin olanlardır.

Buddanın möhtəşəm bir cümləsi vardır: "Samadhi* – aydınlanmadır, amma aydınlanmadan əvvəl bir sönmə halıdır o”.
Əhəmiyyətli dərəcədə anlamlı, mühüm bir cümlədir — işığa çevrilmədən, aydınlanmadan əvvəl, eqonun alovunu tamamilə söndürmək lazımdır. Əvvəlcə dərin bir qaranlığın içinə düşmək lazımdır. Sonra həmin qaranlığın özü işığa çevriləcəkdir. Daxili səfərin möcüzəsi budur!

İnsan qaranlığın içinə düşər. Çünki hal-hazırda eqonun görməyinə, əllə yolunu tapmağına kömək edən kiçik işığa sahibsən — eqonun kiçicik işığıdır bu — və sən onu söndürməyə qorxursan, çünki o zaman zülmətin içinə diyirlənmiş olacaqsan ki, bu yaxşıdır: İşığın həyatından tamamilə yox olduğu bir müddət qaranlığa diyirlənəcəksən. Xristian mistiklərin, "ruhun qaranlıq gecəsi” dedikləri budur. Eqonun təmin etdiyi adi aydınlıq çox şey deyil, amma sənə azacıq da olsa işıq verər. İşıldaquş kimidir o: səni heç yerə aparmaz, amma qaranlıq gecədə, onun olması işığın varlığına ümiddir. Onu da söndürsən tamamilə qaranlıqda qalarsan. Səfərin başlanğıcı budur.

Cəsarət budur: sahib olduğun şeyi, var olub-olmadığını bilmədiyin bir şeydən ötrü itirə bilmək. Bilinməyinin sığortası yoxdur. İnsan ancaq bir ustadla dərin və qırılmaz rabitə içində olduğunda qaranlığa tərəf, qaranlığın rəhminə tərəf yol ala bilər; və bu qaranlığın içindən təp-təzə bir işıq doğular. Və əslində, qaranlığın özünün yeni bir işıq olduğu anlaşılar. Ona öyrəşmədiyin üçün bu işıq əvvəllər qaranlıq kimi görünəcək. Ona öyrəşdiyin, onunla uyğunlaşdığın zaman, gözlərin bu təzə qaranlığa öyrəşdikcə heyrətlənəcəksən- qaranlıq işığa, sonsuz işığa dönəcək.

Budda haqlıdı: əvvəlcə zülmət dövründən keçməlisən ki, o zülmətin özü aydınlığa çevrilsin. Sufilərin söylədiyi budur. Onların sözləri "fəna” və "bəka”dır: "fəna”- "söndürmək”, "bəka” — "aydınlatmaq” mənasına gəlir. Fəna, "heçliyə düşmək, eqo olaraq yox olmaq”, bəka isə "eqo olaraq deyil, ilahi bir tərzdə, Tanrının özü olaraq yenidən doğmaq”dı. Bu təcrübə ilə "Ən əl həqq” ( "Mən həqiqətəm”) – "Mən yoxdur”, "Sadəcə həqiqət hiss edilir” mənasını ifadə edir.
 

*Samadhi — Buddizmdə insanın fövqəlhissi halı, müşahidə edənlə müşahidə edilənin birləşdiyi məqamdır.


Şərhlər: 8
Baxılıb: 502
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bunu bir budda sufi deyimiyle deyiolde oz deyimlerimizlede basa salmaq olardi,bu anpuladan yanasma yanlishdir
13 iyun 2015 18:07
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
Mən hər zaman mən varam fikriylə yaşıyıram tşk
11 iyun 2015 17:25
# 7
Don't trust anyone ∆
Fialka
Maraqlı fəlsəfi fikirlərdir. İnsan öz qaranlığına düşən zaman ordan çıxmağı, işıqlı yolu tapmağı bacarmalıdır..
11 iyun 2015 12:07
# 6
teri meri
hər bir qaranlıq özündən sonra mütləq və mütləq işıq gətirir maraqlıdı təşəkkürlər
11 iyun 2015 10:22
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Maraqli movzu oldu . Derin menali cumlelerdi.
Insan qaranligin icine duse biler onemli olan dogru yol sag salamat cixmaqdir
11 iyun 2015 09:56
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
deyerli felsefi fikirler ucun tesekkurler))
11 iyun 2015 09:52
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayselina
Bəyəndim..Fəlsəfə dərsindən məlumatim vardi . təsəkkürlər
11 iyun 2015 09:08
# 2
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Dosta_inam
Teşekkürler maraqli oldu.
11 iyun 2015 05:08
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz