Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anamdan öyrəndiklərim...
Anamdan öyrəndiklərim...
Göndərən: guler19
Şərhlər: 17
Baxılıb: 685
Səs ver:
Anamdan öyrəndiklərim...

Anam Aynam idi,
‘Xoşbəxt olmaq çox əhəmiyyətli, bunun üçün çox şey lazım deyil. Nəfəs aldığın üçün, həyatda olduğun üçün, insan olduğun üçün, düşünüb danışa bildiyin üçün xoşbəxtsən balam.' deyərdi

Anam Aynam idi,
‘İnsanların zərər görməyəcəkləri şəkildə danışmaq və davranmaq insanlıq vəzifəsidir.' - deyərdi. Bu mövzuda özü həmişə öndə gedərdi. Üzr dilənəcəksə əgər, əvvəlcə o diləyərdi. Təşəkkürmü ediləcək, yenə o liderlik edərdi. Həyatı nə gözəl anlamısan canım anam. İndi səndə gördüklərim belə, et demədiyin halda zehinimə yerləşmiş. Bizi kitab kimi yazmısan ki, oxuyaq deyə. Oxuyuram.

Anam Aynam idi,
Azca kədərli görsə bizi, dərhal gül bağçası qoxulu qucağı, bizim hüznümüzü baharın ilıq küləyi kimi götürər dağıdardı. Bizi danışdırar, dinləyər və, ‘Bundan sonra belə davransan daha yaxşı ola bilər, yenə də sən bilərsən.' deyərdi.İpək əlləri nə vaxt toxunsa saçlarıma, ana olmaq üçün darıxar, varlığı üçün, maraq və sevgisi üçün fikrə gedərdim. Heç məhrum qalmadım diqqətindən və sevgisindən. Görəsən onun üçünmü güclü duruşum və xoşbəxt böyüdüm. Onun üçünmü qorxuların məndən qorxur olması. Həyatı coşğuyla yaşayışım və içindəki çətinliklərə qarşı dözümüm ona görədirmi görəsən?

Anam Aynam idi,
‘İnsan evində xoşbəxtliyi tuta bilməzsə, qapıdan çıxınca heç yetişə bilməz.' deyərdi. ‘Xoşbəxt olmaq və xoşbəxt etmək əslində insanlar üçün çox asandır.' deyərdi. ‘Əvvəl sən xoşbəxt ol! Çünki yaşamadığını yaya bilməzsən, tanımadığını tanıda bilməzsən, anlaya bilmədiyini izah edə bilməzsən. Xoşbəxt olsan təbəssümün bol olar, daha sağlam yaşayarsan və doğru davranmanın zəminini tutmuş olarsan. Çünki xoşbəxtlik,doğru davranmanın dərmanıdır. Qarşındakına əvvəl sən dəyər ver və hörmət et ki, onun könül torpağında sevgi toxumları yaşıllaşsın. O toxumların baxımı,yoldaşına baxımındır. Sevgiylə baxım versən onu bəsləmiş olarsan, eyni zamanda sən də bəslənərsən. Sən yoldaşını düşün ki o da səni düşünsün. Sən onu baş tacın et ki o da səni sultanı etsin. Sən ona səbr et və onu anla ki, o da sənə daxili sevgiylə dolaraq əhatə etsin. Sən onu önə keçir ki o da sənin əlindən tutsun. Əvvəl sən başla balam və bunda tələshik ol. Sən başlamazsansa həmsöhbətin başlayar.Gözəl başlayarsa savab fürsətini qaçırmış olarsan, pis başlarsa yaxşıya yönəltmə fürsətini qaçırmış olarsan. Sən bu mövzuda könlünə baş əydir və qulağına pıçılda ki, fəzilətli həyatın sarayına gedən yollar, bəzən daşlarla, bəzən tikanlarla, bəzən də toz-torpaqla həmsöhbət olmağı tələb edə bilər. Yolun sonunda xoşbəxt olmaq və gülümsəmək istəyirsənsə, o gülümsəməyi, yəni nəticəni zehininə yaz və həmişə o görünüş, Yaradanı razı etmənin və razı olmanın simvolu olsun. O çəkib aparsın səni,qanad açıb uçur kimi o maneələrdən. Aş get balam aş get, bir addım qabaqda gedənə yetişilməz.'

Anam Aynam idi,
Özünü qoru ki sən, sən olaraq qal. Özünü qoruya bilməyənlərin nə özünə nə də başqalarına xeyiri olmaz. Belələri yük götürənlərdən deyil, yük olanlardan olar və öz işini belə bacarmaqda çətinlik çəkər.

Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin.


Şərhlər: 17
Baxılıb: 685
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim valideyinlerimize saf can saliqi qismet etsunki onlarin deyerli sozleriyle her zaman boyguyek insallah
13 iyun 2015 18:28
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
gozel sozlerdi Allah qorusun analarimizi
11 iyun 2015 08:12
# 16
ALESSANDRA
Anam Aynam idi,
Özünü qoru ki sən, sən olaraq qal. Özünü qoruya bilməyənlərin nə özünə nə də başqalarına xeyiri olmaz. Belələri yük götürənlərdən deyil, yük olanlardan olar və öz işini belə bacarmaqda çətinlik çəkər.

Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin.


amin
10 iyun 2015 16:26
# 15
Don't trust anyone ∆
Aristocratic
Sitat: ...AdaDunyam``
Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin

Insaallah
10 iyun 2015 16:25
# 14
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
...AdaDunyam``
Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin
10 iyun 2015 14:20
# 13
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Leylican
cox gozel ve maraqli xeberdir
10 iyun 2015 13:57
# 12
SEBR....
teri meri
mən həmişə Allaha şükr edirəm ki mənə belə şirin qayğıkeş və "əsəbi" ana verib mənim anamla aram çox açıqdı hətta rəfiqələrimə deyə bilmədiyimi anama deyirəm mənim bacım yoxdu nə də ki qardaşım ama anam mənim üçün həm ana həm rəfiqədir.dırnaq arasında əsəbi yazmağımın səbəbi anamın əsəbləşməyindən çox qorxuram çünki əsbləşdisə o zarafatcıllığından şirinliyindən əsər-əlamət qalmır nam nə qədər ki həyatdadı mə heç vaxt tək qalmaram
10 iyun 2015 13:21
# 11
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
tatyana
yene Guler bacimiz meni tesirlendiren xeberiyle....Allahima minnetdaram anam ucun ve mene ana hissini yasatdigi ucun.Anneler dunyanin nefesidir.
10 iyun 2015 12:34
# 10
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
qanadli melek
Analar bizim herweyimizdi,tek ana yox dost sirdawdi ana.yer uzunde bizi qarwiliq gozlemeden seven tek insandi
10 iyun 2015 11:54
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
cox gozeldiyee cox.menasi metnin ozu cox menalidi.halal olsun cox gozel
10 iyun 2015 11:48
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Happy
Allah analarimizi bize chox gormesin
10 iyun 2015 11:35
# 7
ulduz
Allah bütün Anaların canını sağ eləsin inşAllah.Amin..
men dunen anamin xetrine deydim .men niye olmurem ..
10 iyun 2015 11:32
# 6
Fialka
Təsirlidir, analar bizim bu dünyadakı qoruyucu mələklərimizdir sanki ) Səni sən olduğuna görə , şərtsiz sevən tək varlıq anadır digərləri səni çünki' lərlə sevər..Allah onları başımızın üstündən əksik etməsin amin.
10 iyun 2015 11:29
# 5
Ayselina
Çox təsirləndim. .Analarin bizim Aynamızdır.bizim əksimizi onlar gözəl bilirlər..Rəbbim analarimizi bizə doyunca ver.Amin.
10 iyun 2015 10:11
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
BARBI
Menali xeberdi. Ana dunyada yeri doldurulmuyan evez edilmeyen varliqdir. Her zaman anamin dediklerine emel edirem.
10 iyun 2015 09:07
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Yusif Ulker
maraqli idi tesekkurler
10 iyun 2015 09:01
# 2
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Dosta_inam
Ne gözel cümleler idi,maraqli menali,çox beyendim,her biri doğru düzgün qeyd edilib,Allah bütün analari qorusun,onlara can sağliği uzun ömür versin,Amin.
10 iyun 2015 08:44
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz