Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim yelləncəyim
Mənim yelləncəyim
Göndərən: guler19
Şərhlər: 14
Baxılıb: 582
Səs ver:
Mən darıxmışam uşaqlıq yelləncəyim üçün. Onu bir oyuncaq kimi deyil canıma can qatan bir insan kimi sevirdim. O rəngbərəg idi, əlvan idi. Nə yayda nə də ki, qışda solurdu. Ancaq indi həyatın yelləncəyi mənim fəsildən fəsilə rəngimi dəyişir. Qabığımı qopardır. Bəss niyə mənim o yelləncəyim rəngini itirmirdi. Axı indiki fəsillərnən o zamanki fəsillərin nəyi fərqlidi. Eyni deyilmi məgər.

Hər yelləncəyimdə yelləndiyim zaman üzümə sanki şillə vururdu külək. Mən o küləyi belə özləmişəm. Hər önə və arxaya getdiyimdə sanki indi yerə dəyəcəyəm kimi gəlirdi mənə. Bir neçə dəfə yıxılmışam. O yıxılmaları, çəkdiyim ağrıları belə özləmişəm.

Hər qapını açdığımda mən yelləncəyimi görürdüm. O böyük və qoca bir palıddan sallanırdı. Mənə elə gəlirdi ki, o dünyanın ən güclüsüdü. Öz-özümə deyidim ki, görən o illərnən necə asılı qalır o palıddan. İndi isə deyirəm görən insan necə asılı qalır bu böyük və qoca həyatdan.

Həyat da bir yelləncəkdi. Gah o yana gah da bu yana yelləndirir bizi. Uşaq ikən valideyinlərin sən necə istəyirdinsə elə də yelləndirirdilər səni. Seçimin var idi. Ancaq həyatın yelləncəyində seçim etmək olmur. Hələ bir də bu həyat səni qışda yelləndirərsə necə. Bir silkələməsi bəs deyilmiş kimi qışın donduran avazını da qatır. Qışın o kəsici mehi insanın butun bədənini dondurur. Bəlkə də insana əzəmət qatan, onu dözümlü edir bu.

Böyüdüm sonunda. Xeyli illər keçdi uşaqlıq illərimdən. Düz 10 il ayrı qaldım yelləncəyimdən. Və sonunda onu ziyarət etdim.Mən yenə qapını açdım və həmin yelləncəyimi gördüm. Hisslərim yenə həminki hisslər idi. Heç dəyişməmişdi. Mən yenə onu dünyanın ən güclüsü hesab edirdim. Yenə o küləl mənə yenə şillələr vururdu. Yelləncəyimdə yellənərək keçmişimlə indiki günümü qarşılaşdırdım. Bir daha dərk elədim ki, inasn nə olursa olsun irəli getməlidi. Eyni ilə yelləncək kimi daima irəli. Bilməlidir ki, insan o geri donəcəyi kimi yenə də irəli gedəcək. Yenə və yenə....


Şərhlər: 14
Baxılıb: 582
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Menimde yellenceyim varidi hazirlardan atam alib heyetimize qoymuwdu qonwu uwaqlar men yellenceyime doymamiw onu sindirdilar atamda dedi canlari sag olsun uwaqdilar hec ne olmaz
4 iyun 2015 22:28
# 14
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
WiRiN BaLaM
menimde yellenceyim vardi erik ağacinda butun emim usaqlari qizlar oğlanlar yiğilirdiq yellenirdik eh çox gozel gunler idi 6 il onceye qayitim sanki
4 iyun 2015 22:28
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
tek umidim sen
Sitat: Catwoman666
superdi o muzika

En sevdiyim mahnilardan birirdir -_-
4 iyun 2015 21:42
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
Sitat: tek umidim sen
Aidin Karusel mahnisi yadima dusdu))

superdi o muzikaheart
4 iyun 2015 18:47
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Aidin Karusel mahnisi yadima dusdu))
4 iyun 2015 18:46
# 10
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
yellenceyde yellenmeyi cox sevirdim indide sevirem yellenceyde yellenerken evvel asda sonradan lap goylere cixmaq isdeyirik heyatimdaki kimi kicik olduqda negeki arzular kicik kicik boyguyur bax bu gunde yellenceyde oturarken boyuyende piramoy yukseye cixmaq isdiyirik yadaki asta-asta ozumuzcun heyata baxaraq yellenirik heyatin bizi yellendirdiyi kimi,gozel menali movzuydu
4 iyun 2015 18:42
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Bizde dr olub yellencek mamam duzeldmiwdi sonra bibim oglunun babasi svarwik idi demir yellencek duzeldib getirmiwdi onda yellenirdim amma cox qorxurdum kim meni yellemek isteyirdi deyirdim deyme men ozum yellenerem qorxurdum ele bilirdim meni yixidacaqlar amma indi isteyirem yellenmek axrinci defe kecen ay parkda yellenmiwdim bacimin ogluyla )
4 iyun 2015 18:28
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Fialka
Həyatın keşməkeşli üzü uşaqlığımızda olan yelləncək kimi bizə soyuqda da , istidə də necə təsir edirsə etsin icazə verməməliyik ki, həyat bizi sındırsın , çətinliyə düşəndə də onun gözünə dik baxmağı bacara bilmək və mübariz olmağı bacarmaq lazımdır...təşəkkürlər.
4 iyun 2015 18:14
# 7
ulduz
bizdede olub magarimizda ozude 2 dene inanirsiz uz beuz idi 2 baci qarsi qarsi yellenib bir birimize butulkanin basin desib qapaggin su ciliyirdik .....

axirci sefer 1 ay bundan qabaq yellendim binanin heyetinde acca ama
4 iyun 2015 17:52
# 6
Dosta_inam
Oxuduqca menim uşaqliq illerim gözümden keçdi bir anliq o illere qayitdim,menim de yelleçeyim vardi heyetde evimizde olanda yellenerdim,ama paxil qardaşim izin vermirdiki yellenim kendiri kesirdi mende yere deyirdim yaxşi,ama yenede maraqli olurdu,beli heyat da bizi yelleyir gah yixiliriq onun yellençeyinden gahda berk tuturuq,ama ellerimizin yorulduğu anda olur ki,möhkem tuta bilmirik,teşekkür maraqli oldu.
4 iyun 2015 17:40
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
çox maraqlı və gözəl izah edilib hisslər...yelləncəki çox sevirəm...düz qeyd edilibki uşaqlıq yelləncəyimizdə seçimimiz var kimisə bizi yelləməyində....amma həyat yelləncəyində heç vaxt...çox bəyəndim tşk
4 iyun 2015 17:35
# 4
Don't trust anyone ∆
BARBI
Heyatda ele yellencek kimidir oradan oraya vurar insani.
4 iyun 2015 17:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bir yelləncəklə həyatı izah etdiz! doğurdan da nə olursa olsun başına nə iş gəlirsə gəlsin insan daim hərəkətdə olmalıdir daim irəliləməlidir!
4 iyun 2015 17:33
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
menim de yellenceyim var idi. amma kendirden olanlardan deyildi. parklardakinnaniydi. amma men kendirle hazirlananlari sevirem. amma axrinci defe ne vaxt yellendiyim yadimdan cixib(( yene isteyerem ki yellenceklerde yellenim doyunca((
4 iyun 2015 17:32
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz