Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəs sən hansı fəsildənsən???
Bəs sən hansı fəsildənsən???
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1007
Səs ver:

Bəs sən hansı fəsildənsən???

Hər insanın "Əvvəl zaman içində..." deyə başlayan bir nağılı vardır, bax həmin vaxt o, zamanın və məkanın xaricinə dolub, daşa bilir, demək... O ağlı gözündə, ürəyində olanlar hər şeyi yanlış yerdə axtardıqları kimi, mövsümləri də təqvimlərdə axtararlar. Ömrünü rəqəmlərə məhkum etmiş hər bir çarəsiz üçün baharın qışdan fərqi, sadəcə, rənglərin dəyişməsidir. Saniyələrə, dəqiqələrə, saatlara, günlərə, aylara və illərə bölərək yaşadığımızı sandığımız bu həyat əslində 5 fəsildən ibarətdir.

Bəli, ömrün sadəcə 5 mövsümü var: eşq, həsrət, yalnızlıq, vüsal və hüzn...

Eşq - zamanın könül rənginə boyandığı fəsildir. Uçan həvəslərin, bitkin arzuların bədən mülkünü istila etdiyi bu fəsildən xatirə dəftərinə həkk edilmiş bir neçə solğun rəsm qalar. Bəzən xəyal aləminin çəhrayı pərdələrini aralayaraq ürək pəncərəsindən gülümsəyən bu adsız surətlərin dəvətləri düşər aynalara. Damardakı qanın isinməyə başladığı anlar olur. Ağıl isə gecikmiş dəvətlərin zəlzələsinin tərpənişində itir, yox olur... Və sevgi hər il fəsil ayırmadan bir neçə dəfə qonaq olar könül ölkəsinə. Eşq ağlın bədəndən fərari olduğu fəsildir...

Həsrət - izsiz yolların tikanlarının sevdanı yaraladığı fəsildir. Dönməyəcəklərini bilə-bilə gedənləri gözləməkdir. Gözləmək ağız dadıdır həsrət mövsümündə. Vaxt olur ki, könül - günəşi axtaran üfüq, bülbülü səsləyən gül, atəşi gəzən pərvanə, ağlıyla savaşan bir divanə, yaxud dağlara salam göndərmək üçün durna qatarlarını gözləyən bir qərib olur. Həsrət yolların yorğun ürəklərə yüklədiyi qəm, könül yurdunu zamansız bürüyən axşamdır. O həsrət ki, yolların yolçulara keçid vermədiyi mövsümdür.

Yalnızlıq - məhbusluq zəncirinin ürək quşunun ayağına dolandığı andır. Elə yaman bir zamandır ki, bu könül bağçasının bütün rənglərini qaraya döndərər. Hüzur ürkək bir göyərçin kimi uçub gedər uzaqlara. Gecələr uzana bildiyi qədər uzanar, gündüzlər bir alaqaranlıqdan ibarət olar. Ağlasın hallarına taleh ki, şəfəqin zəncirlərinə vurulmuş bir kölgədir sevgidən yoxsul ürəklər.

Vüsal - bir aldanışdır. İkiliyin olmadığı yerdə sevgi, sevginin olmadığı yerdə vüsal yoxdur. Çöllər Məcnundan, dağ Fərhaddan, Kərəm atəşdən , Əsli küldən, gül bülbüldən və qəm ürəkdən nə vaxt ayrıldı ki... Yusif Züleyxadan qaça bilərmi? Tək qanadla uça bilərmi durnalar, ağlın açarı aça bilərmi sevdanın qapısını?... Və siz dənizə çatmayan neçə çay gördünüz?... Vüsal - ruhların bədənlərinin imkansızın arxasıyca qaçaraq yorulduğu bir fəsildir.

Hüzn - bütün duyğuların bir-birinə qarışdığı və ağılla ürəyin yarışdığı bir qovşaqdır ki, ona çatan bütün yollar izsiz, bütün yolçular yaralı, bütün xəbərlər pis və bütün səmalar buruq-buruqdur. Onun iqlimindən keçən bütün quşların qanadları qırıqdır. Hər şeydən geriyə acı, qarışıq bir dad qalmışdır ancaq. Və hüzn yolların o tayında anlaşılmaz dəvətlər göndərən xatirələrin mövsümüdür... Yaşamaq yer üzündə onunla qarışmaqdır...

Bax belə... Ömrün 5 fəsli var... Bəs sən, sən hansı fəsildənsən???



Şərhlər:
Baxılıb: 1007
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz