Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq olan uşaq azdır artıq!
Uşaq olan uşaq azdır artıq!
Göndərən: guler19
Şərhlər: 19
Baxılıb: 774
Səs ver:
Ən böyük xəyalların yeni bir oyuncaq olması qədər, sadə sevginin nifrət qədər həqiqi olduğu, hesabının bayram səhəri öpüləcək
əllərdən gələcək cibxərcliyilər üzərinə edildiyi, məsumiyətin qaçmaqdan islaq olmuş köynəyin yaxasından hirslə tutub 'xəstə olacaqsan qaçma deyirəm sənə!' deyən ananın sifətinə baxıb pis pis dişini ağartmaqdan keçdiyi...qayğısızlığın baş alıb getdiyi...İnadın, mənə nə! mənə nə! səsləri içində hərəkət etdirilən çiyinlərə mindiyi, bir gizlənpaç oyununda arxasında dayandığı ağacın ardından "mən burada deyiləm tapma məni" cümləsinə gizləndiyi...Çirklənmənin xoşbəxtliyi əks etdirdiyi, gülümsəmənin palçıqlı bir sifətdə əyri süd dişlərinin arasından göründüyü, cibdəki tək dəmir pulla alınan saqqızı paylaşılıb, axan burunların tək hücumda jaketin qollarına silinməsi qədər "öz"-ün olmaq idi uşaqlıq...Ən sevdiyin yeməyin qızarılmış kartof, ən sevdiyin qəhrəmanın Süpermen olması, "böyüyəndə kasmonavt olacamee mən " deyəndə "mən də,mən də" deyə cavab verən dostların varlığı, xəyallarının kiçik hesab edilmədiyi, ən gözəl şeyin xəyal qurmanın özü olduğu bir zaman...
Uşaq olmaq, ananımı daha çox sevirsən atanımı sualına, anadan alınan cəzanın ardından "atamı" deyəcək qədər dürüst olmaq, sonra "amma sənidə çox sevirəm ki" deyə ananın boyuna atlamaq idi...
Bu zamanda isə uşaqlıq, beton binaların arasında bir ovuc saxlanılan yaşıllıqda təbiəti tapmağa çalışmaq olub. Şirin pişik və siçan, dovşan və canavar olan cizgi filmlərini, qan və şiddət ehtiva edən kompüter oyunları əvəz edir artıq... xüsusi uşaq qoxusu vardı körpələrdə, artıq şəhərin tüstü iyindən hiss olunmayan körpə qoxusu...Artıq qaçmaqdan tərləyən uşaqlar yox, kompüter masasında səhərləyən eynəkli uşaqlar var. Düşmək, döyüşmək, yaralanmaq, ağlamaq da yox! Virtual körpələr var. Anasına və atasına yadlaşan, pulla xoşbəxt edilən uşaqlar... xəyalları əllərindən alınan, sevgiyə ac qalan...
Ən sevilən yemək McDonalds, ən sevilən qəhrəman Polad Ələmdar. Süd dişlərinin arasından tökülən sözlər boylarını çoxdan aşan söyüşlər, artıq məsumiyət uşaqlıq üçün kafi deyil! Çünki; istismar edilməmələri lazımdır böyük qardaşları və bacıları tərəfindən. Dünya ruhlarını təcavüz edir, ən çox güvəndikləri böyüklər bədənlərini. Əlində tum paketləri, şüşə silmək üçün vedrələr bütün yolları əzbər bilən uşaqlar qayğısız uşaqları əvəzləyib.
Uşaq olan uşaq azdır artıq!

At yarışı kimi o imtahandan o imtahana qaçdırılan, hər gün xəbərlərdə eşitdikləri təcavüz xəbərlərindən qorxan ailələrin evlərinə gizlədikləri, ana və atasını həftə sonları görən ayrılmış ailələrin yetim, ürkək, doğuşdan təkliyə itələnilən, paylaşmanın öyrədilmədiyi, nağıllar dinləyə bilməyən, cəmiyyətin şiddətinə məruz qalan, ailə dolandırmağa məhkum olan "kiçik insanlar" var!


Şərhlər: 19
Baxılıb: 774
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
ay ne maraqli di
28 iyun 2015 03:20
# 19
Fiorella
Hele bu sirinlere baxe yeyerem sizi
27 iyun 2015 22:05
# 18
Tomris Müslümova
Gülər bacımın xəbəridirsə üstəlikdə doğrulardısa şərhə ehtiyyac yoxdur əhsən!
27 iyun 2015 21:32
# 17
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ALESSANDRA
indiki usaqlar usaqlıqlarin yasamirlarki...
anadan olannan valideynleri bir eline planset bir elinede telefon verirler...
keçmisde yeni bizim dövrde ele gözel oyunlar varidiki bütün günü çölde olurduq..
indkilerse...ehh neyse
tsk
27 iyun 2015 21:15
# 16
Don't trust anyone ∆
vipbetul
doqru yaziya ne sehf tutasanki
27 iyun 2015 21:12
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergizz
hee cox gozel xeberdi,,ndi uwaqlar gozun acr telefonla komla oynuyr,,bir yaw olmamiw,telefonu alir eline uwaq barmagiylada ele qewey suruwdrurki,elebil ananin qarninda oyrenib gelibler,,cooox duzgun xeberdi,,cox sagol,,hele soz deyrsene,,sene ele cvb verirki az yawli uwaqlar,,yetwmiwin duran yerde kallarin tokulur,,turkun meseli))))))
27 iyun 2015 20:43
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
my_angel
Xəbərin başlığını misal çəkərək fikrimi bildirmək istərdim. "Uşaq olan uşaq azdır" çox doğru,çünki indiki dövrdə texnologiya geniş inkişaf edib,uşaq anadan olandan telefonla|kompyuterlə başını qatır.Lakin bir də keçmişə nəzər salaq.Keçmişdə uşaqların oynamaqdan başqa dərdi yox idi.
Mən özümü misal çəkim (yalnış anlamayın) Uşaq vaxtı mən sakit biri olmuşam, o qədər də şuluğum olmayıb :) Həmişə həyətdə "palçıq-palçıq" oynayırdıq qızlarlar,yarpağı gətirib içinə də azca palçıq doldurub güya dolma bükürdük öz aləmimizdə :)) "qonşu-qonşu"oyanyırdıq...belə..
İndiki uşaqlarda bunlardan əsər-əlamət qalmayıb. Məncə uşağın özünü uşaq kimi aparmamasında valideynləri və ətraf mühiti mühüm rol oynayır.Fikirlərə qarşı böyük hörmətim var.
27 iyun 2015 19:19
# 13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
men de butun gunn kucede el dili ile desek sulenirdim122 butub gun opyunlar oynayirdiq ora qacirdiq onu eliyirdik bunu eliyirdik dancing digdig soylemesi ayib da men bir az da heyasiz usaq olmusam 06 (bir az haa ozde23). nece qizi da yolmusamsacdayimgilde qalanda onlarin balkonundan yoldan kecenin basina konfet falan atib gizlenirdim tez kro hihihmaraqli oyunlar oynayirdiq seherden axsama. menden olsa ele indi de oyanayram amma indi menim ucunn heyatim maragi ölübpff ona gore de butun gunnnn evdeyemhmmm evden esiye addimimi atmiram 125 her neyse... amma indi butun usaqlar gozunu acandan ancaq telnen kompnan oynayirkomp heyif deyil o cur gozel oyuncaqlar?? bs

Sitat: _Mira_Yaman_
Men ushaqliqda o qeder oglanlarla giclenpac oynamisamki.. Hemise sacim qisa olurdu mamam ten ortadan birdene keci kimi yigirdi 122 ele yerde gizlenirdimki boylananda birinci sacim cixirdi 122 hemisede tapirdilar)) amma indiki usaqlar ancaq kompyuter oynayirlar.. indi hec analar qizla oglanlin oynamasina bele yaxsi baxmirlar. eh..... darixdim o gunlercin..in sha ALLAH ana olsam calisacam ozumun usaqliqim kimi usaqliq yasadim onada :) cox gozel xeberdi twk

men de oglan usaqlari ile oynayirdim122
27 iyun 2015 18:27
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist
Men ushaqliqda o qeder oglanlarla giclenpac oynamisamki.. Hemise sacim qisa olurdu mamam ten ortadan birdene keci kimi yigirdi 122 ele yerde gizlenirdimki boylananda birinci sacim cixirdi 122 hemisede tapirdilar)) amma indiki usaqlar ancaq kompyuter oynayirlar.. indi hec analar qizla oglanlin oynamasina bele yaxsi baxmirlar. eh..... darixdim o gunlercin..in sha ALLAH ana olsam calisacam ozumun usaqliqim kimi usaqliq yasadim onada :) cox gozel xeberdi twk
27 iyun 2015 18:17
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
KRALİCEM
En gozel vaxtlarim
27 iyun 2015 17:59
# 10
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Melissa
usaq olmaq yaxshidi cox isterdim yeniden usaq olmaq
27 iyun 2015 17:16
# 9
sadecə mən
Mən 21 əsrin uşağı olmuşam ancağ uşağlığımı yaşamışam.Heç özümü böyüklər kimi aparmamışam.
27 iyun 2015 17:13
# 8
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
aliceWOnDer
Yeniden usaq olmaq ucun , neler vermezdim ki..?!
27 iyun 2015 16:28
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Təsirli yazıdır çünki qayğısız uşaqlıq illəri yaxşısıyla, pisiylə ömürlük bizimlədir. İndi o saf təmiz uşaqlığını yaşaya bilməyən və ya yaşamıyan uşaqlar var hansı ki, həyat məcbur edir ki, uşaqkən böyüyəsən və məsul olasan ..., başlıqda qeyd olunduğu kimi uşaq olan uşaq azdır əslində...
27 iyun 2015 15:46
# 6
wenikmurik
indiki uwaqlarin enerjisi azdi ..biz uwaqliqda hergun yoldAoynayirdiqneyneyirdik hergun bryerlere gederdik boyuklerin iwine qarwmazdiq
27 iyun 2015 15:33
# 5
Bugunume wukr!
BARBI
Dogru yazilib bizim usaqligimiz tam basqaydi. Indiki usaqlar ele dogulannan her seyi bilirler her seyi anlayirlar. Indiki usaqlar usaq yasinnan boyumeye heves gosterir boyuklerin hereketlerini tekrar edirler
27 iyun 2015 15:26
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Çox xoşuma gəldi bu xəbər.Biz uşaq vaxtı bütün günü həyətdə oynayıb,ancaq yemək yeyəndən yeyənə evə çıxlrdıq.İndiki zəmanədə isə uşaqlar virtual olub gediblər.Nə uşaqlar kompyuteri qoyub həyətə düşmək istəyir,nə dəki özümüz qorxumuzdan zəmanənin pisliyindən uşaqları çox həyətə buraxmırıq.Nəticədə uşaq uşaqlığını doya-doya yaşaya bilmir 27 .
27 iyun 2015 15:11
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayka95
kas usaqliqa illerine. qayitmaq olsaydi
27 iyun 2015 15:00
# 2
ulduz
IDIKILER USAQLIGINI YASAMIR..12 13 YASINDAN SANKI BOUYUK QIZ OGLANDILAR....HEYIF DEYILMI KICIK SAF VE TEMIZ QALMAQ
27 iyun 2015 14:51
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz