Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi əsiri azadlığına necə qovuşmalı?
Sevgi əsiri azadlığına necə qovuşmalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1846
Səs ver:

Sevgi əsiri azadlığına necə qovuşmalı?

Sevdiyi şəxsdən ayrıldıqdan sonra insanın düşdüyü psixoloji durum və çıxış yolları

Sevgi kimisi üçün müqəddəs, gözəl bir hiss, kimisi üçün maraqlı bir məşğuliyyət, kimisi üçün yaşam tərzi, tələbat, kimisi üçün isə sadəcə bir oyundur. Bu oyunun sonunda isə mütləq üzülən və tamamilə həyatdan əlini üzmüş biri qalır, öz həyatının tinində yalqız və çarəsiz şəkildə... Bu, o şəxs olur ki, bütün varlığı, mənliyi, ürəyi ilə sevginin tabeliyinə keçir və onun əsirinə çevrilir. Bu gün bu əsirlikdən azad olmağın yollarını və psixoloq məsləhətlərini sizlərin diqqətinizə çatdıracağıq.

Sevgidən asılılıq necə yaranır?

Psixoloqlar hesab edir ki, sevgidən asılılıq o zaman baş verir ki, artıq siz qarşı tərəfsiz yaşaya bilməyəcəyinizi, öz xoşbəxtliyinizin yalnız həmin insanda olduğunu düşünürsüz. Bəziləri hətta onsuz bir heç olduğunu, yaşaya bilməyəcəyini düşünür. Bu cür düşüncəli insanlar çoxdur və belə insanlarda tərk edilmək, tək qalmaq qorxusu yaranır. Bu qorxular isə insanda inamsızlığın, hədsiz qısqanclığın yaranmasına şərait yaradır və beləliklə də, o, artıq darıxdırıcı birinə çevrilir. Nəticədə də, çox vaxt məhz belə insanlar tərk edilir, yalnızlığa düçar olur. Ayrıldıqdan sonra bu tip insanlarda vəziyyət daha pis olur və çox vaxt onlar depressiyaya düşürlər.

Ayrılıqdan sonra insanların psixologiyası...

Psixoloqlar bildirirlər ki, ayrılıq qərarından sonra insan qarışıq ruh hallarıyla üzləşir. Ondan sonrası isə ayrılıqdan sonra yaşanan duyğularla bacarmaq arzusu və mübarizə...
Ayrılıq çətindir! Sınmış bir ürəyin edə bilməyəcəyi şey yoxdur. Qırıq bir ürək - ayrılıq qərarına qarşı şok olar, hirslənər, öz içinə qapanar, depressiyaya girər, qəbul etməkdən başqa çarəsi olmadığını anlar. Ayrılıq artıq olubsa, bu hisslərə qarşı dayanmaq qeyri-mümkündür. Ancaq ən az yarayla xilas olmaq da insanın öz əlindədir. Elə isə bu ayrılıq sonrası insanın keçirdiyi hisslərdən və onların öhdəsindən gəlmək üçün nələr etməli və etməməli olduğumuzdan agah olaq.

Sevgi...ayrılıq...və şok!

Şok - bədənin ağrıya qarşı verdiyi təbii bir qoruma reaksiyasıdır. Əlaqənizin bitdiyini anladığınız o ilk andan etibarən xeyli müddət yalnız qorxu, təklik hiss edərsiniz. Psixoloqların fikrincə, ayrılıq istəyi qarşı tərəfdən gəlibsə, o, ilk dəqiqələrdə, hətta ilk həftələrdə, bəlkə aylarla sürən bir inana bilməmə müddətinə girərsiniz. Hisslərinizdə bir bulanıqlıq yaranar. Tam olaraq nə hiss etdiyinizi, nə düşünməyiniz lazım olduğunu belə bilməzsiniz. Hətta nəfəs almağınız çətinləşər. İnsan yatmaq və oyandığında hər şeyin əvvəlki kimi olduğunu görmək istəyər.

Bəs bu şokdan necə çıxmalı?

Etməyiniz lazım olan şey uzun bir gedişlə ya da meditasyla ilə özünüzü sakitləşdirməkdir.
Etməməniz lazım olan isə uçuq xəyallara qapılmaq, davamlı geriyə dönüb "niyə?" deyə soruşmaq.

Ayrılıqdan sonra inkar etmə duyğusu...

İnkar etmə, həqiqəti rədd etmə mənasını verər. Həm bu ayrılığı, həm də ürəyinizin qırıldığını qəbul etmək istəməzsiniz, çünki qəbul etmə, qovuşma ümidindən də uzaqlaşma mənasını verər. Hər şey normalmış kimi davranmağa davam edərsiniz. Hər zamanki kimi ona zəng etmək, mesaj göndərməklə əlaqənizin "normal" gedişatını davam etdirmək istəyərsiniz. Ürək qırıqlığını geridə qoymaq üçün əlinizdən gələn səyi göstərər, bu gerçəklə üzləşmək istəməzsiniz.

Gerçəyi necə qəbul etməli?

Mütəxəssislər bildirirlər ki, bu zaman güvəndiyiniz yoldaşlarınıza ya da özünüz üçün yazdığınız gündəliyinizə hisslərinizi açmaqla, qorxularınızı sərbəst buraxıb, onlarla üzləşməklə gerçəyi daha asan qəbul edə bilərsiniz.
Eyni zamanda, vəziyyətinizi əhəmiyyətsizmiş kimi düşünmək, ürəyiniz qırılmamış kimi davranmaqdan uzaq olmalısınız. Ağrı-acını ancaq onun üstünə getmək, ən dərininə kimi yaşamaq yüngülləşdirər.

Ayrılıqla hər kəsdən özünü təcridetmə...

Ayrılıqdan sonra "Yalnız özümlə baş-başa qalmaq istəyirəm" müddətinə qədəm qoyarsınız. Həmçinin, o anda ayrılıqla yeni tanış olma, əlaqənin pozulması ilə "harada səhv etdik?" sorğulaması, münasibətlərin zehində dəfələrlə ssenariləşməsi başlayar. Düşüncələriniz dağınıq bir halda beyninizdə uçuşar. Bu acıçəkmə mərhələsində köhnə fotoşəkillərə baxar, səsli mesajları dəfələrlə dinlərsiniz. Pərdələri açıb işığın içəri düşməsini, evdən çölə addım atmaq istəməzsiniz. Səssizcə qaranlıqda oturub, bəlkə də, özünüzə uzun zaman əvvəl qadağan etdiyiniz, sevmədiyiniz şeyləri edər, bunu özünüzə və ətrafınıza bəyan edərsiniz.

Bəs həyatını axara salıb necə davam etməli?

Bu zaman məsləhət olunur ki, iş ya da ictimai fəaliyyət kimi o günə aid edilməsi lazım olanları təxirə salmadan həyata qarışmaq və davam etmək lazımdır.
Uzaqlaşmağınız lazım olan isə "Bir daha heç kimi sevməyəcəm və ya heç kim məni bir daha əsla sevməyəcək" kimi məntiq xarici fikirlər və onlara dözüm göstərməkdir.

Əsəbləriniz də sizi sınağa çəkər...

Sizin üçün əsəbi günlər başlayar. Həm də qısa müddət əvvələ qədər sevgi sözləri pıçıldadığınız insana "Ürəyimi qırdığın üçün sənə nifrət edirəm" deyə biləcək qədər böyük bir hirsliliklə baş-başa qalarsınız. Bu, hisslərinizin, hüznün dəlicə bir hirsə çevrilməsi üçün bir keçid mərhələsidir. Artıq "köhnə" halına gələn sevgilinizə yönəltdiyiniz hirs özünüzü incidər. Əgər çox əsəbisinizsə, özünüzü özünüzlə danışarkən də tuta bilərsiniz. Peşmanlıq dolu düşüncələrdən və əsəbi sözlərdən ibarət olan dialoqlar qurasınız. Zamanla bütün bunlar yerini özünü günahlandırmalara verər.

Əsəblə necə mübarizə aparmalı?

Psixoloq tövsiyyələrinə görə, belə vaxtda sizi hirsləndirən şey haqqında yazmaq ya da danışmaqla yüngülləşə bilərsiniz. Bunun əksinə isə hirsinizi hərəkətə çevirməkdən qaçmalısınız.

"O"nu geri qaytarmaq üçün xarakterinizdə dəyişikliklər etməyə çalışarsınız...

"Onu nə geri gətirə bilər?" düşüncəsi insanın beynini zorlayar və qəliz bir ruh halına düşərsiz. Bu hal onun təkrar geri gəlməsi üçün dualardan yapışmaqdan və əgər siz bu ayrılığa səbəb olan bir şey etmisinizsə, özünüzü bağışlatmaq üçün çalışma anlarınıza qədər hər şeyi əhatə edər. Özünüzlə ya da sevgilinizlə razılıq etmək, başqa bir hala gəlmək üçün özünüzdə başqa bir insan tapmanıza da səbəb olar. Daha az qısqanc, daha zəif, daha iradəli, daha az hirsli kimi. Bu, mövcud ağrınızı sizdən uzaqlaşdırmaq üçün müraciət etdiyiniz bir üsuldur.

Bəs bu zaman nə etməli?

Bu vaxt sizin üçün doğru olan şey özünüz üçün sevdiyiniz, sizi xoşbəxt edən, gələcəkdə etmək istədiklərinizi ehtiva edən bir siyahı hazırlamaqdır.
Ən səhvi isə bu istəklər siyahısına köhnə sevgilinizin adını salmağınız olar.

...və depressiya sizi ağuşuna alar

Beləliklə, sonda "Heç bir zaman bu vəziyyəti sovuşdura bilməyəcəyəm" hissinin gətirdiyi bir nəticə depressiyadır. Dərin bir kədər halı, yataqdan heç cür çıxa bilməmə, fiziki ağrılar hiss etmə, davamlı ağrılar, ümidsizlik, çarəsizlik və hüzn depressiya yaradar.

Depressiyadan qaçmaq üçün...

Psixoloqlar vurğulayırlar ki, depressiyadan uzaqlaşmaq üçün ətrafınızda müsbət enerjili insanların olmasına icazə verməli və günəş işığından faydalanmalısınız.
Qətiyyən etməyəcəyiniz şey isə özünüzü həddindən artıq yemək ya da içmək kimi qeyir-sağlam davranışlara qurban etməkdir.

Özünüzə inanın və xoşbəxtliyi özünüzdə görün!

Beləliklə, ilk növbədə, özünüzə inanın, özünüzü inandırın ki, bu həyatda qarşınıza çıxacaq bütün problemləri həll edə bilərsiz. Bu işdə sizə keçmişdə yaşadığınız acınacaqlı hallar da kömək olacaq. Öz xoşbəxtliyinizi özünüzdə görün, onu özünüz qurmağa çalışın. Daha xoşbəxtliyinizin, həyatınızın kimdənsə asılı olduğunu düşünməyin. Özünüzə hörmət edin və qarşı tərəfin sizə hörmətlə yanaşmasını tələb edin! Ona ondan nə gözlədiyinizi, istədiyinizi bildirin və hisslərinizin qarşılıqlı olub-olmadığına əmin olun. Daha hər şeyə gözünüzü yumub sevginizin əsirinə çevrilməyin. Əks halda nəticəsi pis olur.



Şərhlər:
Baxılıb: 1846
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz