Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin özümüzü daha yaxından tanıyaq…
Gəlin özümüzü daha yaxından tanıyaq…
Göndərən: AZERI_GOZELI
Şərhlər:
Baxılıb: 3947
Səs ver:

 

Gəlin özümüzü daha yaxından tanıyaq…

“Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”.

Çoxlarımız eşitmişik bu deyimi, yeri gələndə istifadə də etmişik. Bəs görəsən, biz özümüz olduğumuz kimi görünməyə çalışırqımı və ya ola bilirkmi? Əslində, bununçün heç də çalışmaq, səy göstərmək lazım deyil. Sən üzünü elə özünə buraxsan, bu olacaq. Başqa “maskalara”, ikincü üzə ehtiyac yoxdur. Ancaq bu “maskalar” da insanı ələ verə bilər. Çünki sənin özündən asılı olmayan görünüşün, seçimlərin, etdiyin cızma-qaralar belə, elə özündən də xəbərsiz səni tanıda bilər. Bəlkə elə özün də özünü yaxşı tanımırsan, çözə bilmirsən bəzi xüsusiyyətlərini. Elə isə, gəlin bəzi əlamətlərin açmasıyla özümüzü daha yaxından tanıyaq…

Üz cizgilərimiz bizim haqqımızda nə deyir?



Alın - insanların düşüncələrini inkişaf etdirmə üsulu haqqında məlumat verir. Geniş alın – güclü bir xəyal gücü və intellektual; dar alın isə insanın diqqətli, zamana önəm verən, qüvvətli bir insan olduğunu bildirir. Bu cür insanlar tez ünsiyyət qura bilirlər. Həmçinin, onların ürəkləri də açıq olur.
Gözlər – həyata baxışınızı bəlli edir. Çökək gözlü insanlar ciddi və qayğıkeş olurlar, çox şeyi ürəyinə salan və işində dəqiqliyi sevən insanlardır. Böyük gözlər açıq sözlülüyün, incəliyin və sözünə güvənin nişanıdır. Kiçik gözlər isə diqqətini asanlıqla toplayan insanlardır.


Gözlərin rənginə görə xüsusiyyətləriniz…

Mavi gözlülər – sabit olmağı sevməyən, enerji dolu, qərar vermə qabiliyyətinə sahib, müsbət, əliaçıq kəslərdir. Ən böyük qüsurları doğrunu görməkdə çətinlik çəkmələri və xəyalpərəst olmalarıdır.
Ala gözlülər- Ala gözlü insanların hissləri son dərəcə qüvvətlidir. Yumşaq xasiyyətli və anlayışlı olan ala gözlü insanlar qürurlarına həddindən artıq bağlıdırlar. Lakin qürurları incidiyində, nə olursa-olsun, əsla bağışlamırlar.
Qara gözlülər – Hadisələr qarşısında tez həyəcanlanan qara gözlü insanlar romantik strukturlarıyla bu mənfiliyi hər vaxt yaşayırlar. Həm sevgisi, həm də kindarlığı çox-çox olan qara gözlü insanlar həssas bir ürəyə sahiblərdir.
Yaşıl gözlülər – sevdiklərini incitməyən bir xarakterə sahibdirlər. Çox əsəbi insanlardır. Lakin bununla belə, əsəblərini cilovlaya bilməyi bacaran və incidici olmamağa diqqət göstərən insanlardır. Duyğularını idarə etməyi bacara bilirlər.
Qəhvəyi gözlülər – heç bir mühitdə şəxsi həyatlarına aid detalları izah etməkdən çəkinmirlər. Qəhvəyi gözlü insanlar pis niyyətsiz insanlardır. Ən mənfi xüsusiyyətləri dünyaya bağlı gözlə baxmalarıdır. Buna görə də bir neçə dəfə xəyal qırıqlığı yaşaya bilirlər.
Dodaqlar – düşüncələrin ifadəsi və hisslərin ifadəsi baxımından çox önəmlidir. Geniş və düşük dodaqlar insanın mərd olduğunu və geniş xəyal gücünə malik olduğunu göstərir. İncə dodaqlılar az və əsaslı danışan, hirsli olurlar. Çox böyük alt dodaq isə insanın tənbəl və kef əhli olduğunu bildirir.
Çənə - Geniş çənəyə malik insanlar özünü qorumağı yaxşı bilənlərdir. Geniş çənə acımasızlıq və enerjili olmaq əlamətidir. Bu cür çənəli insanlar həm də əsəbi olurlar. Bəzən öz dediklərini özləri də tam dərk edə bilmir.
Qaşlar – həyata dair önəmli qərarların necə alındığı haqqında bilgi verir. Aşağıya əyilən qaşlar insanın əlaqələrini ciddiyə aldığını və sahibləndiyini göstərir. Yuxarı qalxan qaşlar əsəbi biri olduğuna və asanlıqla əsəbləşdiyinə işarədir. Uzun qaşlar güclü və mübarizəni sevənlərə məxsusdur. İncə qaşlılar asanlıqla bir işdən əl çəkən insanlardır. Bitişik qaşlar isə macəranı sevənlərə aiddir.
Qulaqlar – Böyük qulaqlar musiqiyə olan həvəsdən xəbər verir. Həmçinin, onlar danışmağı çox sevənlərdir. Normal qulaqlar, ciddiyətin nişanıdır. Başa yapışıq qulaqlar cəmiyyət qanunlarına bağlı insanlara məxsusdur.



Özünüz də bilmədən etdiyiniz cızma-qaralar sizi tanıda bilir…

Yəqin ki, hər biriniz boş-bekar oturub darıxdığımız zaman, telefonla danışdığınız və yaxud da kiminləsə söhbət etdiyiniz vaxt kağız üzərində cızma-qaralar çəkmisiniz. İlk baxışdan bu şəkillər mənasız görünə bilər. Ancaq əslində onlar sizin xasiyyətinizdən, əhvalb-ruhiyyənizdən xəbər verir:
1. Spiral (vintəoxşar xətt, buruq), dalğalı xətlər – Başqalarının dərdini dinləməyi xoşlamırsınız, bəzən isə, ümumiyyətlə, heç kimin problemi sizi maraqlandırmır. Əsəbi və böhranlı vaxtlarında özünüzə nəzarət etməyi unutmayın. Çünki özünüz də bilmədən yaxınlarınızı təhqir edib, incidə bilərsiniz.
2. Güllər, günəş, hörük şəkilli naxışlar – Siz bununla şən və gülərüz görünməyə çalışırsınız. Ancaq həmin an əslində əhvalınız göründüyü kimi yaxşı olmaya bilər. Həyatınızda ən çox arzuladığınız şey dostluq və özünüzə qarşı mehriban münasibətdir. İnsanlardan çəkinməyin. Çalışın ki, dostlarınızın əhatəsində daha çox vaxt keçirəsiniz.
3. Torlu şəkillər - Özünüzü insanlar arasında təhlükədə və narahat hiss edirsiniz, çox vaxt incidiyinizi belə bildirməməyə çalışırsınız. Sizin haqqınızda deyilən sözlərdən incisəniz də, anlamağa, qəbul etməyə meyl göstərirsiniz.
4. Bir-birinə keçirilən ürəklər – Sizin ürəyiniz gözəl hisslərlə doludur. Sizdə bütün dünyaya yetəcək qədər sevgi var. Ancaq nədənsə bunu gizlədirsiniz. Lakin bu qədər soyuq və laqeyd görünməyə çalışmağınız heç də məsləhət deyil.
5. Xaç, çarpaz xətlər – Belə şəkillər günahkarlıq hissini əks etdirir. Bu kimi təsvirlər cızırsınızsa, nədənsə özünüzü yaman günahkar hiss edirsiniz. Bu da sizi çox narahat edir.
6. Müxtəlif adam şəkilləri – Belə şəkillər sizin köməksiz olduğunuzdan xəbər verir. Özünüzü köməksiz, aciz hiss edirsiniz. Buna görə də, bəzən məsuliyyətli işlərdən mümkün qədər qaçmağa, uzaqlaşmağa çalışırsınız.
7. Kvadratlar, üçbucaqlar və başqa həndəsi fiqurlar – Sizi aldatmaq çətindir, çünki nə istədiyinizi və nə vəd etdiyinizi çox yaxşı bilirsiniz. Heç kimdən fikirlərinizi gizlətmirsiniz və eyni zamanda, tədbirli insansınız.
8. Arı şanına bənzər şəkillər – Deməli, sakitliyi çox xoşlayırsınız. Bütün işlərinizi qaydasında görmək, günlərinizi isə macərasız keçirməyi arzulayırsınız. Ailənizlə və tanışlarınızla olmaqdan zövq alırsınız.
9. Şahmat lövhəsinə oxşar şəkillər, ağ-qara damalar – Bu şəkillər çətin və xoşagəlməz vəziyyətdə olduğunuzu göstərir. Bundan da çox narahatsınız. Əgər belə hallar sizdə tez-tez təkrar olunursa, özünüzə qarşı bir az diqqətli olun. Bəlkə, sizdə gizli, özünüzə də məlum olmayan kompleksləriniz var.
10. Hörülən, bir-birinə keçirilən halqalar (dairələr) – Baş verən hadisələrdən kənarda qalmağı xoşlamırsınız. Özünü hadisələrin xaricində yox, mütləq daxilində, ən maraqlı hissəsində görmək istəyirsiniz.


Bəs sevdiyimiz rənglər bizi necə təqdim edir?


Ağ – bütün rənglərin sintezini təşkil edib, ideal rəng hesab olunur. Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük verirlər. Bir çox dünya ölkələrində ağ rəng bir neçə cür yozulur. Bəzilərində ağ rəng paklıq, bəzilərində isə ölümü simvolizə edir. Ağ rəngə üstünlük verənlər təmizliyi sevir, səliqəli insan kimi xatırlanır.
Qara - ağ rəngin əksidir. Qara ilk baxışdan bədbinliyi təmsil edir. Bu rəngə üstünlük verən insan özünə qapalı, eyni zamanda, ciddi xarakterə malik olub, özündən razı olur. Dəb baxımından qara rəng insanı bir neçə kiloqram arıq göstərir. Qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir.
Boz – neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən iş adamları boz rəngli kostyumlara üstünlük verirlər. Dəblə geyinən insan boz rəngli aksesuarlar taxıb geyim stilini dəyişir.
Qırmızı - ehtiras rəngidir. Bu rəng cəsarətli, hökmlü, tez coşan insanların rəngidir. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar, həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng qadının özünə inamını artırır. Bu rəngi sevməyən insanlar konflikt və davadan uzaq olub tək qalmağı sevirlər.
Narıncı – xəyalpərəst insanların rəngidir. Bu rəng qeyri-adi istedaddan, yaradıcılıqdan xəbər verir. Bu rəngi sevənlər özünə hesabat verməyi sevmirlər. Onların həyat tərzi sevinc və əyləncədir.
Göy və mavi - səma, dəniz, sonsuzluq rəngidir. Lakin bu sakitliyin arxasında güclü ehtiras dayanır. Bu rəngi sevən qadınlar çox əsəbi olurlar, emosionallığı, romantizmi, xoş xasiyyəti ilə fərqlənirlər.
Yaşıl – təbiət rəngi olub, sakitliyi sevənlərin rəngidir. Eqoistdirlər, həyatın bütün çətinliklərini aşmağa qadirdirlər.
Sarı – dəyişkən xasiyyətli, intellektual insanların rəngidir. Xasiyyətcə yüngül insanları xarakterizə edir. Bu tip insanlar hər şeylə maraqlanırlar.
Bənövşəyi - geyimlərində bu rəngə üstünlük verənlər romantik, emosional, daim axtarışda olan insanlardır. Onlar kəşf etməyi sevirlər, həyatın sirlərini açmağa can atırlar. Tünd bənövşəyi rəngi sevənlər isə depressiyaya tez-tez düşürlər.
Qəhvəyi – bu rəngi sevənlər öz zövqlərinə etibar etmirlər. Rənglər diqqət cəlb etməyib sakitliyi, komfortu təmsil edir. Həmçinin, bu rəngdə geyinən insanlar zəif xarakterli olurlar.



Şərhlər:
Baxılıb: 3947
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz