Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata evim...
Ata evim...
Göndərən: guler19
Şərhlər: 16
Baxılıb: 725
Səs ver:
Həyətdə vedrədən boşalarcasına yağış yağır…
Mən ağlayıram.
Həyətdə vedrədən boşalarcasına yağış yağır…
Yağışın səsiylə ağlayıram…
Otağımdayam…
illərimi keçirdiyim ata evindəyəm… amma qonağam artıq!
Bu evdə qonağam… Sayılı günlərim qaldı qalıcı yuvama uçmağma…
Qonaq gözüylə görür ev camaatı məni bir neçə aydır…
Anam kristal gözyaşlarını gizləyir məndən
Sakit sakit ağlayır zaman - zaman
Atamın üzü gülsə də, mən görürəm gözlərindəki kədəri… Qonağam artıq otağımda…
Əşyalar yavaş yavaş qutulara yerləşir, otağımsa qonaq otağı olma təlaşındadı…
gələndə bu otaqda qalarsınız deyir anam… Bu otaqda qalacaqmışıq biz! Qonaq otağında… Xoşbəxtlik olsa da gözlərimizdə; birazcada hüzn ələ verir özünü…
Necə keçdi illər? Göz açıb bağlayana qədər keçib getdi…
Nələrə şahid oldu evin mənə ayrılmış bu məkanı… Nə xoşbəxtliklərə, nə hüznlərə, nə çətinliklərə… Kiçik dünyam dedim həmişə otağıma…
Acılarımı da xoşbəxtliklərimi də ən dərindən yaşadığım illərdə… Nələri sığdırdım içinə…
Otağım...Divarımdakı çobanyastıgı tacım quruyub şəkli pozulsa da xoşbəxt edir məni hər baxışımda...İlk qarın torpağa düşdüyünü bu otaqda qeyd etmədimmi!
Baharın mənim bütün xəstəliklərimə çarə olduğunu yenə kiçik dünyamda kəşf etmədimmi?…Bu an əlimdə olan aynam… Göz yaşlarımın mənə nə qədər yaraşdığını orada görmədimmi mən!
Xoşbəxtlik sərxoşu da oldum…
Kədər əyyaşı da…
Sevdim... sevildim…
İncindim...İncitdim… Amma mən heç bu qədər aşiq olmadım… Heç kimi ölümünə sevmədim.. Səni tərk etdirəcək heç kim çıxmadı ki qarşıma… Amma onu səndə tanıdın! Və şahid oldun xoşbəxtliyimə…
Otağım hələ də gedəcəyimi dərk edə bilmir…

5 barmağımı keçməyəcək ədəddə gün qaldı mənim daşınmağıma…
Bəzək-düzəklərin,qışlıkqarımın - yazlıqlarımın qutulanmasına, şkaflarımın boşalmasına hələ də məna verə bilmir nə zamanki daşıma maşını qapının önünə gələcək bu otaq tamamilə boşalacaq bax o an kimsəsiz qalacaq…
Ağlayacağam…
Otağımın ağladığını hiss edəcəyəm…
Gedirəm mən…
Xoşbəxtəmmi?
Çox…
Amma bir az da kədər var içimdə…
Amma mən onu sevdiyim gün dərk etmişdim bu evdən ayrılacağımı…
Sonrasında uzun bir səssizlik…
Çox darıxacam mən bura üçün…
Sirr qutusu otağımçün…
Gedirəm mən…
Nizamını özümüzün təyin etdiyi böyük bir evə…
Orada mən yoxam…
Biz varıq…
Bəlli etməsəm də üzür məni gedişim…
Gəlin oluram mən, həm ağlayaram, həm gedərəm kimisindən…


Şərhlər: 16
Baxılıb: 725
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Ata evimi hec neye deyismerem. Subayliq azadliq en gozel seydir. Hec bir seye deyisilmez
14 avqust 2015 00:05
# 16
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Mən ağlayan deyiləm toyumda. Sevmirəm duygusallığı

...666...
12 avqust 2015 20:00
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
prensesler gibiydim ben baba evinde 15
12 avqust 2015 18:48
# 14
Don't trust anyone ∆
Mrs.Pianist
Kovreldim.. Gismet olsa ata evinden ayrilacam.. Bilmirem nece olacaq... ANAMdan ATAMdan basimin belasi (tatli) qardasimdan nece ayriliacam.. Agladime off 15 tssekkurler..Teki xosbext olaq
12 avqust 2015 17:43
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
isveç.de
Ay canım mənim necədə dəqiq yazılıb. Hal hazırda ATA gildəyəm Lerikdə amma burada özümü qonağ kimi aparıram, 15 yenidən vətənimdən ayrılıram ata evimdən ayrılıramagla Anama deyirəm ana bu ev bu 3 il ərzində nə qədər dəyişilib (; (; mən evdə olanda butun həyət gul çiçək olardı hamı bizim güllərə baxardı indi o gul lərdən heçnə qalmıyıb (:( (; (; (; yadımdadı toyumda o qədər gül əkmişdimki , heyif o günlərdən agla ailə quranan qərib ölkələrdə yaşasam da, rahat yaşasam da yenədə ata evinə gözum var. Artıq 2 ci gəlinimiz gəlir 25 sı hələ bu gözəl ev yenədə dəyişiləcək, gələn il artıq bu evi tanımaram. Ehh ötən gunlər necədə gözəl idin qayğısız gunlər ATA EVİMMagla
12 avqust 2015 00:54
# 12
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Turkan Abbasova
Ata evi. Usaqliq. Hec bir sey o illərin gözəlliyini daddirmir. Herden ele darixiram ki. Atam gile gedende qeribe oluram. O qeder cox wey dəyişib ki. Əvvəllər bacılarım la dalasdigimiz güldüyümüz ev indi tamam başqa olub. Indi hərəmiz ayrı yerdəyik. Atam isine gore gedende Rusiyaya anam lap tək qalır. Ozumu ele pis his edirəmki onda. Ona görə anam həmişə istəyirdik ki oğlumuz olsun. Deyirdi ki siz 3 qizsiz. Köçüb getdiniz. Qaldiq tək. Atamda gedende o lap tək qalır. Mende cox olsa 2 gun qalıram yanında. Həftədə 1 ya 2 defe gedirem. O biri bacilarimda ele. Amma yenə də yalnız di anam. Bu deqiqe agliyiram. Ozumu heqiqeten cox pis his eledim. Kaski oglan olsaydim. Sırf atam anama gore onlar yalnız qalmasin onlara dayaq olum deyə həmişə kaski oglan olsaydim demişəm. Allah bele istiyib Demekki. Rebbim atami anami birlikde qocaltsin. Onlari hec vaxt ayirmasin insallah. Rebbim valideynləri hec bir övlada möhtac etmesin. Əlləri ayaqlari hemise salamat olsun. Rebbim onlara can sağlığı versin. Bilmirem indiki hisslərimi nece başa salim. O qeder duygulandimki.
11 avqust 2015 22:45
# 11
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
amaril
Menali idi.kederlendim.
11 avqust 2015 22:26
# 10
Dosta_inam
Cox gozel yazi idi, eh ata ocagi dogma otagin artiq seni qonaq kimi qebul edir.
11 avqust 2015 20:26
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
atam deyibki onsuzda seni hec kese vermerem
11 avqust 2015 19:57
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
VIP
İnanırsız sona kimi oxuya bilmədim.Yadıma öz gəlin köcməyim düşdü.Özümü pis hiss etdim
11 avqust 2015 19:55
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Nur k-off
Men onsuzda evlenmeyecem her zaman atamin doşik qizi olacam27
11 avqust 2015 19:37
# 6
SVETA
vipbetul
ay ureyim sixildi,insanda hec oz evinde qonaq kimi gorunermi ya otaqida deyishilermi
11 avqust 2015 19:25
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Tesiredici sozlerdi
11 avqust 2015 18:18
# 4
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
KRALİCEM
Ayyy necede kovreldim goz yaslarimi sazliya bilmediaglaqiz vaxti otaqima heckes girmezdi heckes eve girmdzdi amma indi ehhh...hardadi o qiz vaxtim coox darixiram
11 avqust 2015 18:09
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
İnci
Eh atam evi bir vaxtlar fexrle evimdediyim otagma hec kim girmesin dediyim otaq indi olar bu otaqda qalim dedirdir mene.her kesin oz evi sad olsun ama ata evinin yerini o usagqilgi o siltaqligi hecne vermir kusende otagin qapisini cirpib otagimdan cixmazdim ondi kuse bele bilmirem.heyat cox fanidi.babam deyirdi qiz usagi anadan olansa aglayib pencereden cole baxir ki bura bizim evimiz deyil
11 avqust 2015 17:52
# 2
Her gulusun arxasında bır keder vardır
...AdaDunyam``
maraqli xeberdi,tewekkurler
11 avqust 2015 17:31
# 1
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz