Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanımlarımıza yad güllər
Xanımlarımıza yad güllər
Göndərən: isveç.de
Şərhlər: 6
Baxılıb: 664
Səs ver:
Bakıda hər il bayramlarda paytaxt küçələrində gül mağazaları müştərilərlə dolu olur. Çiçəklərin bahalığına baxmayaraq, satıcılar müştəri qıtlığından şikayətlənmirlər. Əsasən Yeni il bayramnda, 8 mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, sevgililər günü və Gül bayramında çiçək satanların bazarı canlanır. Lakin bayrama nisbətən adi günlərdə gül mağazaları alıcı qıtlığından korluq çəkirlər.

Bakıda gül bazarını öyrənmək üçün ANS PRESS olaraq bir neçə çiçək mağazasında olduq. Öyrəndik ki, mağazalarda satılan güllərin əksəriyyəti Avropadan gətirilir.

"Çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir. Bundan başqa, Türkiyə, İran, Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, çoban yastığı, qızılgül kimi güllər çoxluq təşkil edir. Bizdə demək olar ki, yerli gül çox azdır. Yalnız Bakının Maştağa və Nardalan kəndlərindən qərənfil gətirilir”, - deyə satıcı Ceyhun Məmmədov bildirdi.

Digər gül dükanının sahibi açıqlamasında bildirdi ki, yerli güllərin az olmasının səbəbi fermerlərin bu sahəyə marağın olmamasıdır.

"Bilirsiniz, əvvəllər Bakının kəndlərində güllər becərilirdi. Həm şərait vardı, həm də tələbat çox idi. Hətta Rusiya və digər yerlərə Bakı gülləri aparılırdı. İndi tərsinə olub. Xaricdən elə güllər gətirilir ki, yerli güllər qalır kənarda. Əvvəl alıcılar qərənfil çox alırdılarsa, 20 Yanvar hadisələrindən sonra bu gül ancaq məzar üstünə qoyulmaq üçün alınır”, - deyə Ramin Cəfərov qeyd etdi.

Elə alıcılar da bu fikirlə razılaşırlar. Samir Aslanov adlı alıcı anasının ad günü münasibətilə təbrik etmək üçün qızılgül almaq istəyirdi. O, çiçəklərin xaricdən gətirildiyi üçün çox baha olmasından şikayətlənirdi. "Əvvəllər Bakıda qızılgül becərilərdi. İndi yerli güllərdən yalız qərənfil satılır. Keçmişdə bayram günləri qərənfil alardıq. İndi bu gül ancaq qəbir üstünə qoyulur. Gül alanda da, iyi olmur. Üstünə "dezodarant” vururlar ki, iyi gəlsin”.

Güllərin qiymətinə gəlincə, ən ucuz dəstə 10 manata başa gəlir. 100 manat və ondan da bahalı gül dəstəsi, çiçək çələngləri sifariş etmək olar. Gül buketləri çiçəklərin sayından asılıdır. Bir ədəd qızılgül 4 manatdan başlayır. Elə güllər var ki, bir ədədi 7 manata satılır. Satıcılar bayram üçün güllərin qiymətinin qalxdığını bildirirlər.

Qeyd edək ki, Sovet dövründə Lənkəranda Xəzər gülçülük savxozu vardı. Həmin savxoz Sutəmurdov kəndində yerləşirdi. Savxoz nəinki Azərbaycanda, hətta bütün SSSR-də məşhur idi. Orada becərilən çiçəklərin gözəlliyilə yanaşı, iyi də insanı valeh edirdi. Həmin savxoz bağlandıqdan sonra onun yeri özəlləşdirildi. Bundan başqa, Bakı kəndlərində də, irili-xırdalı gül istixanaları vardı. İndi həmin işlə məşğul olan yoxdur. Maştağada gülçülüklə məşğul olan Əliəsgər Haşımov ANS PRESS-ə açıqlamasında bunun kəndli üçün iqtisadi səmərəsiz olduğunu deyir.

"Kənddə gül becərmək üçün imkan yoxdur. Yetərincə nə qaz, nə su, nə də elektrik verilir. Bir də, kommunal xərclərin çox olması bizə gül əkib-becərməyə imkan vermir. Üzü astarından baha olur. Ondansa xaricdən gül alıb, baha qiymətə satmaq daha çox gəlir verir”, - deyə Əliəsgər Haşımov şikayətləndi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında yerli gül istehsalının az olmasına səbəb kimi kommunal xərclərin çox olmasını göstərdi.

"Kommunal xərclərin, xüsusilə su və qazın qiymətinin qalxması praktiki olaraq gül sənayesinin çökməsinə səbəb olub. Bu da Avropadan, əsasən Hollandiyadan gətirilən güllərin bazarda olmasına münbit şərait yaradıb. Bu həm ucuz, həm də sərfəli olur. Həmişə Azərbaycan gülünün həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir”, - deyə Vüqar Bayramov vurğuladı.

Ekspertin fikrincə, gülçülüyün inkişaf etdirilməsi üçün dövlətin maliyyə resurslarının artırılması lazımdır. Sahibkarlara müəyyən güzəştlər verilməlidir. Gül sektorunun inkişafı ilə bağlı kompleks tədbirlərin keçirilməsinə ehtiyac var.

"Dövlətin özü bu sahəyə marağı artırmalıdır. Bu sahənin inkişafına təkan verməlidir", deyə V. Bayramov vurğuladı.

İqtisadi İnkişaf Nazirliyinin ictimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sahibkarlara daim dövlət dəstəyi var.

"Gülçülük təsərrüfatı Azərbaycanda ənənəvi sahələrdən biridir. Bu sahənin inkişafına diqqət ayırılmağa başlanıb. Bu sahədə sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməyə başlayıb”, - deyə Abbas Əliyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bunun nəticəsində yeni iş yerləri açılıb: "Bu kreditilər sayəsində zeytunçuluq, istixana ilə yanaşı, ənənəvi faəliyyət sahələri var. Daha çox Bakı qəsəbələrində gülçülük təsərrüfatına maraq çoxdur. Müəyyən zonalarda yaşayanlar üçün bu yeni sahə deyil. Gülçülük təsərrüfatına diqqət çoxalıb. Ümumiyyətlə bütün bölgələrdə sahibkarla işgüzar görüşlər keçirilir”.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, eləcə də ABŞ-da fermerlər dövlətdən maddi yardım almaqla yanaşı, nəyi əkib, nəyi əkməməklə bağlı məsləhət də alırlar. Belə ki, dövlət bu il hansı məhsullara tələbatın olması və hansı məhsulların bazarda yaxşı satılacağı ilə bağlı əvvəlcədən proqnozlarını verir. Bura dövlətin hansı sahələri inkişaf etdirmək istəməsi də daxildir.


Şərhlər: 6
Baxılıb: 664
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Gullerden xosum gelir, herden yadina dusende yoldasim alir, 122 ama ta mene yox qizlara verir, mene almis olsada onlara verir, ad olur ki, nene gul aldi, tesekkur.
30 iyul 2015 19:29
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Digər canlılar kimi güllərin də öz gözəlliyi var və daha çox xanımların vaz keçilməzidir çünki onlarda gül qədər zərif və tikanlıdırlar )) lakin bəzi qadınlar gülü hədiyyə kimi qəbul etmirlər ancaq düşünmürəm ki, gülləri sevməsinlər.. )) təşəkkür.
27 may 2015 22:57
# 5
efsane..
oz golculuk sahemiz inkisaf etse yaxsidi kenardan gelen guller gozel olur ammaki iyisi olmur
27 may 2015 20:41
# 4
Catwoman666
men de gul seven deyilem. BARBI ile fikrimiz ust uste dusdu))
men qeyri adi ferqli gozel gullerle bezenmis parklari falan sevirem. amma kiminse mene gul hediyye etmeyini istemirem. cunki gul menim ucun en maraqsiz adi hediyyelerdendir
27 may 2015 18:12
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
tebiki basqa seherlerden gul cheshidleri getirilmesi gul biznesine Iqtisadiyyeta xeyirdir,her il esasende Gul bayraminda milyonlarca Azn xerclenir gullercin bunu basqa olkelere vermekdense oz olkemize verilmesi hem gul biznesine hemdeki oz iqtisadiyyatimiza xeyirdir
26 may 2015 23:45
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Umumiyetle gul seven deyilem . Ama olkemize yad seherlerden gul getirib becerilmeyi yaxsi ideyadir.
26 may 2015 22:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz