Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəzilərimiz həyata 1-0 məğlub başlayır...
Bəzilərimiz həyata 1-0 məğlub başlayır...
Göndərən: guler19
Şərhlər: 14
Baxılıb: 535
Səs ver:
Yox fikirləşdiyiniz kimi futbol qarşılaşmasından danışmayacam, yada voleybol. Qısaca bu heç bir müsabiqənin nəticəsi deyil. Həyatla aramızdaki besabdır bəhs etmək istədiyim.
 
Bəzilərimiz həyata 1-0 məğlub başlayır,bəzilərimiz isə doğuşdan qalib. Bəzilərimizə qızıl padnosda sunulur həyat,
bəzilərimizin önünə atılır etinasızcasına. Bəzilərinin keçdiyi yollar-daşsız kəsəksizdi həmişə qırmızı xalı sərilmişcəsinə.
 
Bəzilərinin həyatı saysız manelərlə doludur əngəlli maratondaymızcasına.

Bəzilərinin yolu həmişə eniş aşağıdır heç zorlanmaz. Bəzilərininki eniş yuxarı hər addımı yorar əldən salar insanı.

Bəzilərinin qarşısına mələklər çıxar insan cildində, cənnətdə yaşarmışcasına.

Bəzilərinin qarşısına həmişə qurdalar, çaqqallar çıxar insan cildində ormanda yürürmüşcəsinə.

Bəzilərimizin sevgi dolu ailələrdə böyüyər, dünyadakı bütün sevgilər cömərtcəsinə yalnız ona verilmişcəsinə.

Bəzilərimiz soyuq uşaq evlərində küçə tinlərində, sevgisiz böyüyər bir qaranliq gecədə dünyadakı bütün sevgilər oğurlanmış kimi. Bəzilərinə mirasdır vəzifə,nailiyyət alnına yazılmışcasına.

Bəzilərinə əsla nəsib olmaz, hər nə qədər buna layiq olsada, lənətlənmişcəsinə. Bəzilərinin bəxti həmişə gətirər məşhur qumarbaz hər oyunu hiyləylə qazanır kimi. Bəziləri heç nəyə nail ola bilməz, uğursuzluğa məhkumuşcasına.

Adil görsənmir elə deyilmi?Amma belədi həyat..Verəndə əkshik verir, alanda tam istəyir...
O uşaq evində böyüyür, sən sevgi dolu ailəndə. Ömür boyu qanadları altında olacağın ailən var, onu 18 yaşında küçələrə buraxırlar .Sabah cəmiyyət ikinizdəndə eyni nailiyyətləri gözləyir.
Bəziləri sırf qadın doğulub deyə bir çox hüququ əlindən alınır.Seçmək,oxumaq...Bəzilərimiz sırf oğlan doğulub deyə həmişə üstün tutulur dünyada. Sabah cəmiyyət az verdiyindən çox tələb edər, çox verdiyindən az.
Bəzilərimiz hər cür imkanlı məktəblərdə oxuyur,sabahkı imtana bu gündən hazırmışcasına.Bəzilərimiz ucqar dağ başında,çatısız məktəblərdə oxuyar. Sonra ikisidə eyni 3saatlıq imathana salıb, eyni uğuru gözləyərik,sanki belə olmalıymışcasına.

Bəzilərinin heç bir şansı olmaz namuslu qalmaq üçün.Nə bir qoruyanı,nə bir arxası olar.Özüdə bir yerdən sonra buraxar mücadələni. Etiketini hazırlayarıq həmən fahişə.

Bəziləri sırf ən güclü, şöhrətli pullu olmaq üçün namusunu satar və istədiyinə çatar.Cəmiyyyət etikietini hazırlayar həmən Xanım.

Amma bəzən o 1-0 məğlub başlayanlardan elə qəhrəmanlar çıxarki...Heyrət edərsən.Həyat hər silləylə onu yıxanda birdə qalxar, heç bir zorluqda döyüş meydanından qaçmaz. Heç bir palçıq kirlədə bilməz onu. Bu həyatda əsil qəhrəman onlardı. 1-0 məğlub başlayanlar ya qəhrəman olmalıdı yada heç nə, onların sənin mənim kimi sadəcə insan olmaq şansları yoxdur çox zaman...
Öz rahat taxtında oturub hamını mühakimə edərkən bir dur, bir düşün!!!Öz olduğun yerdən yüksəkdən baxıb mühakimə etmə!!! Bəlkə mühakimə etdiyinin-onun heç bir günahı yoxdu,bəlkə oda 1-0 məğlub başlayanlardır,bəlkədə onada yaxşı biri olmaq üçün heç bir şans verilməyib...


Şərhlər: 14
Baxılıb: 535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
heqiqetende beledi bezilerimiz 1-0 onde ,bezilerimiz ise 1-0 meglub
20 yanvar 2016 17:17
# 14
I choose to be happy
Catwoman666
men her zaman 1 0 onde olmusam mene aid deyil bu02
30 may 2015 21:30
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
maraqli idi teşekkürler
30 may 2015 14:16
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Meleknur
Bezilerimizde uzde xowbext gorunub icde qan aglarig tebietin qanunuymuwcasina :/
29 may 2015 23:21
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
tek umidim sen
Cox beyendim yazini....
29 may 2015 20:42
# 10
Kadın derin ama adam yüzme bilmiyor...
Mrs.Pianist
Tesekkurler maraqliydi
29 may 2015 19:56
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
tatyana
heyatda meglub oldugumun sayi qederde qalib olmusam hemise,cunku meglub olmasam calismaram qalib gelmeye.heyat her zaman mubarizedeir.
29 may 2015 19:03
# 8
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Sukurler olsun heyata 1 -0 qalib baslamisam her sey onume qizil podnosda gelib her zaman her qapi uzume acilib ama ne olsun heyatda hec vaxt tam menada xosbext olmamisam bir seyi elde etmeyin sevincini yasamamisam. Bele qalib olacagina ele meglub dogulmaq en yaxsisidir.
29 may 2015 18:43
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Mən 1-0 yox 10-0 məğlub başlamışam
29 may 2015 18:24
# 6
İçimi görsən mənə aptek alarsan.
vipbetul
doqru yazidi,insallah heyatda her zaman 1:0 onde olariq,her zaman heyat bizi sevindirer bizi qalib eder oz oyunlarinda,her zaman qoy Rebbim bizi oz secdiyi qullardan etsin qaliblerden etsin
29 may 2015 18:24
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
İnsana həyat hər şeyi tam -tamına vermir kimisi bəxti gətirən , kimisidə bəxti gətirməyənlərdir beləcə hər şey tərs mütənasibdir. Ancaq nə olsada həyata 1 - 0 qalib gəlmək üçün möhkəm iradəli, əzimli olmalısan , olmalısan ki, həyat səni əzib sındıra bilməsin, əks halda həyatın ilk hücumunda uduzan tərəf sən ola bilərsən .
təşəkkür.
29 may 2015 18:16
# 4
ALESSANDRA
men diyesen doğuşdan qalibəm)))
29 may 2015 18:08
# 3
Don't trust anyone ∆
Dosta_inam
Düzdür her biri,heyat sinaqlarla olur,gerek tab getirib ayaqda qalmaği bacarasan,teşekkür maraqli ve hemişeki kimi menali xeber oldu.
29 may 2015 17:54
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
dogurdan beledir.bir insanin bexti basdan getirmedise ele helede gedecek! ama insan iradeli dozumlu ve mubariz olmalidir! belkede allahin bir sinagidir.
xeber ise yenede ozune mexsus formada gozel ferqli ve menalidi.basqa serhe ehtiyac yoxdur.tesekkur edirem :)
29 may 2015 17:40
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz