Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sahib olduqlarınızın dəyərini bilin
Sahib olduqlarınızın dəyərini bilin
Göndərən: guler19
Şərhlər: 14
Baxılıb: 529
Səs ver:
Bir zamanlar bir psixologiya kitabında oxuduğum bir hissə vardı…

Həyatın və sahib olduqlarının qiymətini bilmək üçün tövsiyə edilən bir metod var idi içində… Deyilirdi ki;

"Hərdən özünüzü çox pis hiss etdiyinizdə, həyatın sizin üçün çəkilməz hala gəldiyini düşündüyünüzdə özünüzə 10 dəqiqə ayırın və öz cənazə mərasiminizi düşünün"…

Cümləni ilk oxuduğum zaman çox təəccüblənmişdim…

Mən girişdə daha müsbət yazı və tövsiyə gözləyirdim…

Amma "öz ölümümüzü və cənazəmizi" düşünməyimiz tövsiyə edilirdi…

Tüklərim tikan-tikan oldu və yazarın axmaqladığını düşündüm o an…

Amma ön mühakimə düşməni biri olaraq oxumağa davam etdim… Deyirdi ki; "bunları düşündüyünüzdə dünyadakı yerinizi, dünyanı tərk etdiyinizdə meydana gələcək boşluğu, sevdikləriniz və sizi sevənlər üçün əhəmiyyətinizi anlayacaqsınız…

Xüsusilə insanların sizin üçün nələr söyləyəcəklərini, onlar üçün nə ifadə etdiyinizi hiss etməyə çalışın…"

O andan geriyə dönmək şansınız olmadığını, həyat deyilən kreditinizin qurtardığını və onlara cavab vermə şansınızın olmadığını düşünün… Təkrar sarılma, bir dəfə daha öpmə ehtimalınızın olmayacağını hiss edin… Dünyadakı küslüklərin, ayrılıqların, döyüşlərin yanında bu ağrının və geri dönülməzliyin qorxunc çarəsizliyini yaşayın…

Buraxın canınız incinsin, buraxın alovlar içində qovrulsun bütün ruhunuz… Orada, o mərasimdə düşünün özünüzü… Seyr edin bu an ətrafınızda olanların üz ifadələrini… Ağıllarından və ürəklərindən keçən cümlələri xəyal edin…

**************

Kitaba davam etmədən kənara atdım və gözlərimi bağlayıb eynilə düşünməyə başladım…

Həyat yoldaşımı, oğlumu, anamı, atamı, qardaşlarımı və digər bütün ətrafmı oturtdum tək-tək öz cənazə mərasimimdəki yerlərinə…

Bir-bir yerləşdirdim tabutumun ətrafına hamısını… Həyatımda çox nadir hallarda bu qədər canım incinmişdi…

Görürdüm "ataaaa…" deyə ağlayan oğlumu…

Həyat yoldaşım qucağında "ağlayan əmanətimlə" ayaqda dayanmağa çalışırdı…

Anam, ciyərindən bir parça canlı-canlı qoparılmış kimi həm içinə həm xaricinə axıdırdı gözyaşlarını…

Qardaşlarım, qohumlarım "çox erkən getdi, doya bilmədi oğluna.." deyirdi ağrıyan səs tonlarıyla…

Və dostlarım… Onlar da çaşqın idi… Bəzisi "daha dünən birlikdəydik, necə olar.." deyirdi…

Bunları seyr edib onlara "xeyr ölmədim, buradayam.." demək istədim xəyal olduğunu unudub…

Sonra başa düşdüm yazıçının nə demək istədiyini daha davamını oxumadan kitabın…

*************

Əhəmiyyətini başa düşmək əhəmiyyətli bir anlayışdır… Bəlkə də heç ağılımıza gəlməyən və gəlməyəcək bir anlamanı göstərmək istəmişdi yazıçı… Kitabı oxumağa nə gücüm qalmışdı, nə də istəyim…

Almalı lazım olan dərsi və mesajı almışdım… İndi nə kitabın adını nə də yazıçısını xatırlamıram…

Yaxınlarımda buraxdığım izləri, yaşananları və yaşana bilməyənləri əldən keçirərək mən danışdıracaqdım xəyalımda…

İçlərini oxuyacaqdım, ssenari mənə aid olaraq…

Yaşayarkən nələr yazmışdım, ölümümlə nələr oxuyacaqdım…

Yazarın məqsədi "Yaşamanın və hələ nəfəs alır olmanın qiymətini göstərmək idi…" Mənim də elə…

Sözü çox uzatdım bilirəm… Amma həyat dediyimiz həlli 2 sətirlə yekunlaşdırıla bilməyəcək qədər girintili və çıxıntılıdır…

Mən o gün qurduğum o xəyalla, canımın bütün yanmasına baxmayaraq YENİDƏN DOĞULDUM…

Kompüter diliylə "format atdım həyatıma"…

Sahib olduqlarımın fərqinə vardım və hələ nəfəs alır olduğum üçün şükr etdim…

Gözlərimi açdığım anda o pis və ağrılı səhnə bitmiş, oyun pərdəsi enmişdi…

Yaxşı ya xəyal deyil də, həqiqət olsaydı və pərdə bir daha açılmamaq üzrə bağlansaydı…

Bu da final. Bu yazını bura qədər oxumanıza dəyər məncə…

Bəlkə pis oldunuz amma davamını gətirsəniz buna dəyər məncə…

Mən bu axşam melanxoliyəm və bir az şişirtmiş ola bilərəm…

Məncə bu yazını yalnız oxuyaraq buraxmayın…

HƏRDƏN BU YAZIDAN ALDIQLARINIZI DÜŞÜNÜN VƏ HƏYATINIZI NƏZƏRDƏN KEÇİRİN…

Ölümün kimə və nə vaxt gələcəyini Uca ALLAHdan başqa bilən yoxdur. Məhz buna görə hazır yaşayarkən və nəfəs alarkən edə biləcəklərinizi edin, təxirə salmayın…

Bilərək - bilməyərək qırdığınız ürəkləri təmir edin…

Sizi sevənlərə və sevdiklərinizə daha çox zaman ayırın…

Və ən əhəmiyyətlisi;

SAHİB OLDUĞUNUZ HƏR ŞEY ÜÇÜN, TƏKRAR -TƏKRAR ŞÜKR EDİN UCALAR UCASI YARADANa…


Şərhlər: 14
Baxılıb: 529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lesya Kh
Bu gözel yazı üçün çox telekkür edirem ve minnetdarlığımı bildirirem... Çox gözel heyat hekayesidi. Bu cür hekayelerden çox böyük netice çıxartmalıyıq ki, belke xeyrini gördük...
30 may 2015 00:09
# 14
Sevirəm sevmənin acı verdiyini , Hər sevənin sevilmədiyini bilə-bilə ... Amma yenə də bir ümid daşıyıram .Bəlkə sevən sevilər deyə. =/
efsane..
men olumden qorxuram cunki etmek istediklerim cox sey var buna gore olumden qorxuram insAllah bize verilenlerin qedrini bilib sukur etmeyi bacaranlardan olariq
29 may 2015 22:58
# 13
ayka
men bunu hemiwe edirem iwe de yarayir bunu ise ilk defedi oxuyurdum ciyy
28 may 2015 23:16
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Fialka
Sahib olduqlarımıza hər şeyə görə həmişə şükr etməliyik hər nəfəs alışımıza görə, sağlamlığımıza görə, hər sabah günəşi gördüyümüzə görə daha nələr nələrə görə həmişə şükr etməyi bilməliyik...Təşəkkür.
28 may 2015 18:20
# 11
vipbetul
mende cox vaxt bu cur ozumcun fikirleshirem o anda valideyinlerimin ezabini gorurem fikirleshdiyim ise goresen valideyinlerim bu aqrini qaldira bilegeylermi en qorxduqumda bu olur olumumu dushunerken,esasen intihar etmek isdeyenler bu cur dushunseler ailelerini sevdiklerinin neler cekdiyini yeyqinki bu yola el atmazlar.omuru veren Allah ozude vaxti catanda oz yanina aparagey bizi insallah bu gunumuzede min sukur
28 may 2015 18:15
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Cox tesirli ve gozel yazi idi,sukr olsun bu gunumuze...
28 may 2015 16:54
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
Nergız33
Yaşadıqımız ve sevdiylerimizin yaşadıqı her saniyeye şükürler olsun
28 may 2015 16:48
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
teri meri
bu həyatda itirməkdən qorxduğum yeganə sahib olduğum şey anamdır onu itirsəm tək qalaram bu həyatda
28 may 2015 14:27
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
yarpaq33
Oz olumumu mende cox fikirlewmiwem demekki psixoloqda bunu meslehet gorur
Amma her gun Allahima wukr edirem ve caliwiramki hec kimin qelbin qirmayim
28 may 2015 13:53
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
cinqosh
Icim qaraldi lap.
28 may 2015 12:37
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Dosta_inam
Bu günüme şükür,Allah sevdiklerimizi yaxinlarimizi bize çox görmesin amin.
28 may 2015 12:29
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
Bilmək bilməyərək qırdığınız ürəkləri təmir edir
28 may 2015 12:25
# 3
Don't trust anyone ∆
ulduz
Buraxın canınız incinsin, buraxın alovlar içində qovrulsun bütün ruhunuz… Orada, o mərasimdə düşünün özünüzü… Seyr edin bu an ətrafınızda olanların üz ifadələrini… Ağıllarından və ürəklərindən keçən cümlələri xəyal edin…
HEC NE BILMIREM BIR BILDIYIM VAR ODA BEZDIYIM ...OLSEM TABUTUMUN USTUNE XINA CEKERLER NE INKI AGLAMAQ ..SUKUR EDREM SADECE OGLUMU VERIB YOXSA UREYYIMIN YANDIGINI ALLAH BILIR
28 may 2015 12:21
# 2
BARBI
Sahib olduqlarima gore rebbime her zaman dua etmisem .
28 may 2015 12:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz