Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər keçən saniyə ömrümüzdən gedir
Hər keçən saniyə ömrümüzdən gedir
Göndərən: guler19
Şərhlər: 14
Baxılıb: 1237
Səs ver:
– Hər keçən saniyə Allaha bir az da yaxınlaşırıq, pis və yaxşı əməllərimiz ilə.

– Hər keçən saniyə gözümüz yoldadı. Gözlər kiminsə yolunu gözləyir.

– Hər keçən saniyə bir fəlakət olur. Xeyrimizə və ya kiminsə xətası üzündən. Yaxınlar itirilir, gözlər yaşla dolur.

– Hər keçən saniyə qəlbimizə bir hiss daxil olur. Deyir vur onu, oğurla, ağlat, at kiməsə. Birdən ALLAH sənə yox deyir. Dəyərmi kimin üçünsə cəhənnəmdə yanmağa? Dəyərmi 3 kəlmə söz ilə yaranan qeybətə.

– Hər keçən saniyə bir ibrət dərsi verir. Kiməsə dərs olur.

– Hər keçən saniyə bir ömür bitir. Göz yaşları ilə son mənzilə yola salınır. Hər kəs ağlayır, kimi qəlbində, kimi gözü ilə. Kimisi gülür içindən, layiq idi ölüm ona deyir.
 
– Hər keçən saniyə dəqiqə-saat-sutqa olur - gecə düşür. Hər gecə özünlə tək başına qalırsan. Özünlə müzakirə başlayır. Hansı hərəkətin düz idi, və ya səhv ola-ola düz göstərməyə çalışdın. Həyatının hər saniyəsini kim üçün yaşadın.
Nəfsin mənəm-mənəm deyə car çəkər 2 yol arasında qaldığında. Can verən gördüyündə qaç get kim gördü – deyər içindəki səs.
 
– Hər keçən saniyə sevinirik, gülürük. Hey danışırıq yorulmadan, saysız-hesabsız kəlmələr tükənir sənə verilən ömür yolunda. İnsan xəbərsizdi qiyamətdə ona ediləcək şeylərdən. Hər saniyənin hesabı ağır olar, sevinç içində günah işləyən adam üçün. Hər sözün, hər kəlmənin hesabı sorular günah etməkdən əl çəkməyən aciz bəndədən.
 
– Hər keçən saniyə düşünər insan. Edim ya yox? Əgər bu işi görsəm açılar cəhənnəm qapıları sonuna qədər. Etməsəm, ruhum ucalar ölüm anında göyün 7 qapısından ALLAH-ın ərşinə.

– Hər keçən saniyə insan təriflər özünü. Haqlı və ya haqsız yerə. Kimisi tərifə layiq olmayıb, oturar məclislərin başında. Hər kəlməsi yalan, hər sözü böhtan danışar yorulmadan.

– Hər keçən saniyə gözlər baxar səmaya. Mömin deyər: Bu göyləri dirəksiz yaradan ALLAH-a həmd olsun. Bu vaxt kafir əyilib-qalxar bütlərinin qarşısında, hər şeydən xəbərsiz elə bütlər kimi.

– Hər keçən saniyə dəqiqə-saat-sutqa olar. Gündüz açılar. Dil səslənər ALLAH-a. Şükür bu səhəri də açdıq. Onun üçünmü açdın bu səhəri ata ana sənin üçün canını verər ki, bir xoş söz eşitsin. İşş, off sözləri yığar onu boğaza.
Bir də özünü ölmüş görər. Baxar, soyuq, cansız bədəni indi yuyulur. Sonra kəfənə bürünüb qəbirə endirilir. İnsan onda tanıyar dostunu. Əsl dost-düşmənini. Baxar yas məclisinə. Bəziləri ziyafətmiş kimi elə yeməyindədi. Axırıdı yolun. Artıq sorğu-sual başlamalıdı. Səni qəbirə qoyub gedər bütün insanlar, öz xöşbəxt yurd-yuvalarına. Onlar üçünmü günah edirdin? Onlar üçünmüydü bu həyat?
Sorğu sualı çətin olar günahkar kafirin. Asan olar şəhidin, şəhid qədər savabı olan bəndənin.

– Hər keçən saniyə arxanca danışılar. Ətini yeyər qohum-qardaş. Gələndə üzünə gülər, ətrafındakı ikiüzlü dostların. Halallıq almaq çətin gələr, mənə haqqını halal elə deyən zaman – neynəmisən? deyən bəndənin sözü. Üzün qızarar, günahlardan dolayı üzdə su qalmışsa əgər.
 

– Hər keçən saniyə bəndə səslənər ALLAH-a. Çağırar Tanrısını. Niyə məni belə yaratdın deyər? Qur´an-da adımız keçər Lut surəsində. ALLAH susar, danışmaz heç bir bəndəsiylə.
 

– Hər keçən saniyə bəndəsi şükür edər Tanrıya. Xöşbəxt həyat üçün. Tanrı sevinmə deyər bu həyata. Aldanma bər-bəzəyinə. Yarı yolda qoyar səni güvəndiyin malın, dostların, oğul-uşaqların.

– Hər keçən saniyə bir imtahan gözləyər bizi qarşıda. ALLAH buyurar: – Ayırd etməli idin, sənə verdiyim ağılla doğrunu-yanlışdan.

– Hər keçən saniyə ALLAH bağışlayar deyib günah edər insan. Şeytan soxular hər tərəfdən. ALLAH yoxdu. Varsa sübut olunsun deyər. Mömin lənət oxuyar bu anda şeytana, ateistinin, bütpərəstinin əlinə əsas verər Adəm əleyhissəllamın qarşısında təkəbbür göstərən şeytan.

– Hər keçən saniyə alçaldarlar insanı. Əzmək istər ondan böyüklər onu. Ağlar insan, boşaldar içini gözündən düşən hər damla yaşla.

– Hər keçən saniyə bir ömür bitər, tükənər. Saçlar ağarar bu imtahan dünyasında. Kimisi utanar ağarmış saçlarından, kimisi sayılar, hörmət görər ağbirçəkliyi ilə.

– Hər keçən saniyə bir uşaq dünyaya gələr. Halal və ya haram sevgidən. Haramdırsa onun ilk bünövrəsi, həyatı çətin olar hər şeydən xəbərsiz körpənin. Böyüyüb soruşar atam anam hanı deyə. Anası kef edər barlarda, kiminsə çirkli yatağında. Anası bilməz əməlinin cəzasını. Hey içər, çəkər həyatın səfasını.
 
– Hər keçən saniyə döyülər qadın. Əzilər acizliyindən. Əzilər gücü çatmayan ərinin qarşısında. Gözü yaşlı qalar qadın. Əri geyinər, sevinə-sevinə qaçar haram sevgilisinin yanına. Əşşi oturub da evdə, nə xəbəri varki deyər əclaf kişi. Uşağı atam var deyər. Atası vurar qədəhləri küçə qadınları ilə.
 
– Hər keçən saniyə bir ev yıxılar. Ayrılar ərlə arvad. ALLAH-ın ərşi lərzəyə gələr 2 şəxs boşananda.
 
– Hər keçən saniyə boşa axar. Gedər sənə verilən bir ömür. Gözünü açar körpə, çatar yetkinlik yaşına. Qılaram gələcəkdə namazımı deyər. Yaş çatar 40-a, oğlum-uşağım vaxtım yoxdu deyə səslənər ALLAH-a keçərsiz bəhanələri ilə. Qiyamətdə soruşular ilk insandan namazın varmı deyə. Hər saniyənin qədrini bilməli idin deyilər insana.
 
– Hər keçən saniyə insan qayıtmaq istər ötən illərə. Etdiyi səhvləri düzəltmək üçün.

– Hər keçən saniyə insana bir xəta üz verər. Oturar ağlayar, boş-boşuna səslənər durmadan, danışar-danışar, lənət oxuyar ona toxunan bəlaya. Hirslənər insan.
İllər keçər mükəmməlləşər insan. Bir xəta üz verər ona. Bu anda söyləyər öz-özünə. Görəsən bu gün nə yanlış etdim, nə günah işlədim ki, başıma gəldi bu müsibət.


Şərhlər: 14
Baxılıb: 1237
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
my_angel
– Hər keçən saniyə bir ibrət dərsi verir. 
Çox doğru smile_mini
6 iyun 2015 00:37
# 14
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
tek umidim sen
Nece de gozel ve menali cumlelerdi....
4 iyun 2015 19:10
# 13
Kadın derin ama adam yüzme bilmiyor...
ulduz
Bir də özünü ölmüş görər. Baxar, soyuq, cansız bədəni indi yuyulur. Sonra kəfənə bürünüb qəbirə endirilir. İnsan onda tanıyar dostunu. Əsl dost-düşmənini. Baxar yas məclisinə. Bəziləri ziyafətmiş kimi elə yeməyindədi. Axırıdı yolun. Artıq sorğu-sual başlamalıdı. Səni qəbirə qoyub gedər bütün insanlar, öz xöşbəxt yurd-yuvalarına. Onlar üçünmü günah edirdin? Onlar üçünmüydü bu həyat?
Sorğu sualı çətin olar günahkar kafirin. Asan olar şəhidin, şəhid qədər savabı olan bəndənin.

heyatimda esitdiyim en dogru cumleler sagol guler19
4 iyun 2015 17:57
# 12
Antikvar
– Hər keçən saniyə döyülər qadın. Əzilər acizliyindən. Əzilər gücü çatmayan ərinin qarşısında. Gözü yaşlı qalar qadın. Əri geyinər, sevinə-sevinə qaçar haram sevgilisinin yanına. Əşşi oturub da evdə, nə xəbəri varki deyər əclaf kişi. Uşağı atam var deyər. Atası vurar qədəhləri küçə qadınları ilə.


Necədə mənalı ,ibrətli,oxuduqca insanı əsl həqiqətə ayıldan cümlələriydi.Yuxarıda qeyd etdiyim yazı mənə çox pis toxunda,nəhlət o "kisiyə"bir qadını gözü yaşlı qoyub dərmanını başqa qadında tapana.İnsan oğlu niyə bu qədər acızdi bu qədər ,ailəsini saxlaya bilməyibdə ,hələ bir əl qol atan "pisiklər"kimdilər?Niyə bu "pişiklərin"əli ancaq müsəlman qadınına çatır?Nədi onları buna vadar edən?qabaqlarda bir rusla söhbətim məni dəhşət dərəcədə dəli etdi.İçib polni(hələ məktəb müəlliməsidi bu içən)oturub neçə dənə azəri kişilərlə gəzib danışır,özdə ailəsi uşaqlarıda var...İstədim əlimi atıb saçına yolum ,bir şey dayandırdı müəllimədi...Bax budu bizim kiŞilərin acızliyi öz qadınına zülm verib ,hansısa xristiyan qadınına kef verməkdi.Öz milıətin qadınına hər istədikləri zakonu qoyan "kişiciklərdiki"xristyan qadınına gəldikdə vse palojna olur nədənsə...Öz millətinin qadını üçün oturub pulum yoxdu deyən kişiciklər xristyan qadınına çatdıqda hünərləri var desin pulum yoxdu şürküt edərlər kişini...Səbəb nədi?Azzəri qadınlarının düşdükləri halla bunların düşdükləri hal niyə fərqlənir?Özümüzük səbəbkar,özümüz özümüzü sındırırq kişiciklərin qarşısında,Dik durmağıları bacarsalar onda yuxarıda sadalanan hallar ilə üzləşmərlər qadınlarımız...
Tşk.
4 iyun 2015 17:49
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ALESSANDRA
hər eçən saniyə ömrümüzdən gedir...bəzən isə mn bunu heç düşünmürəm.zamanın daha tez gəlib keçməsini gözləyirəm( ehh nəysə...
4 iyun 2015 17:45
# 10
Don't trust anyone ∆
Catwoman666
her saniye omurden gedir ve biz de elimizde olan zamani duzgun qiymetlendirmeyi bacarmaliyiq
4 iyun 2015 17:13
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gozler sozlerdir her kecen saniyemizin qedrini bilmeliyiki her gelen saniyede xeyirli isler emeller ede bilek
4 iyun 2015 16:22
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Angel
cox maraqli idi gozeldi twk eirem
4 iyun 2015 15:51
# 7
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Dosta_inam
Çox gözel qeyd edilib her saniyenin her deqiqenin bir hökmü var,ona göre her vaxti deyerlendirerek yaşamaq gerek,onuda bacarsaq,teşekkür.
4 iyun 2015 15:40
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
adsiz-a
ayyy he qozel sozlerdi
4 iyun 2015 15:01
# 5
yarpaq33
Her kecen saniye yaxinlar itrilir gozler yawla dolur cooox qemli sozlerdi ureyim parcalandi
4 iyun 2015 14:43
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
– Hər keçən saniyə bir imtahan gözləyər bizi qarşıda. ALLAH buyurar: – Ayırd etməli idin, sənə verdiyim ağılla doğrunu-yanlışdan.

Həyat hər bir saniyəsiylə axıb gedər və bilmərsən başına nə gələcək ona görə Allahın verdiyi ağılı səmərəli istifadə edib, şükr edərək yaşamaq lazımdır. Ən əsası isə özünü tənqid etməyi bacarmalı , nəyi necə etdiyin və ya etməlisən deyə düşünməli, özünə kənardan baxmağı bacarmalısan . Allah ağlımızı əlimizdən almasın və imanımızı o qədər güclü etsin ki, bu gün edə biləcəklərimizi sabaha saxlaya bilməyək) təşəkkürlər.
4 iyun 2015 14:37
# 3
Tomris Müslümova
Hər keçən saniyə gözümüz yoldadı. Gözlər kiminsə yolunu gözləyir.
bəli kimisə gözlüyür bu gözlər
4 iyun 2015 14:35
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ona gore her saniyemizin deyerini bilek. Her saniye qiymetlidir.
4 iyun 2015 14:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz