Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunlar mənim nifrət etdiklərimdi...
Bunlar mənim nifrət etdiklərimdi...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1918
Səs ver:
alt

alt 
Nifrət etdiklərimiz:
1.Odeyalı yorgan ağına keçirməyə nifrət edirəm,sadəcə səbrim çatmır.
2.Valideynlərim otağıma girib nə isə deyib çıxanda qapını açıq qoymalarına dözə bilmirəm.Elə bil çətin işdir qapını arxanca örtmək.
3.Mağazada pulun qalığını almaq üçün əlini uzadırsan,onlar isə yox,qabın içinə qoymalıdırlar xırda pulu.Sonra gəl onu bir-bir ordan götür.
4.İkimiz də online olduğumuz halda yazmırıq-ya inciklik var,ya qürur yol vermir,ya da hər ikimiz axmağıq.
5. Nifrət edirəm Şəhər uşağı, Rayon uşağı mübahisəsini edənlərdən. 
6.Danışan zaman ağzından tüpürcək sıçramasına nifrət edirəm
 
7.Yol ilə gedirsən və birdən başa düşürsən ki sənə əks tərəfə lazımdır.Amma dönüb geri qayıtsan hamı deyəcək başdanxarabdır.Zəhləm gedir belə vəziyyətdən
8. Facebookunda 100-lerlə oğlan dostu olanlara nifrət edirəm.
9.Siyasi şüarlara nifrət edirəm.
10.Toy olsuna,onun yarısı-na nifrət edirəm.Bu qədər səviyyəsiz insanı bir yerə yığaraq reklam etməklərinə heç baxa bilmirəm. 
11.Gecə tualetə gedərkən ömründə ağlına gəlməyəcək bədheybətlərin gözlərim qarşısına gəlməsindən zəhləm gedir. 
12.Öz gözlərində qiymətləri olmayan üzdəniraq küçə qızlarına nifrət edirəm.İmkanlı qız axtarışına çıxıb ağlında bundan başqa heç nə olmayan oğlanları sevmirəm.Və ən pisi də odur ki qadınların çoxu bu cür tiplərə aşıq olur.
13.Həyatdan heç nə anlamayan papa uşaqlarından zəhləm gedir.Atalarının Lexus-unda forslanırlar sanki dünya bunlarındır.
14.Gecənin yarısı oyanıb səhər tezdən durmalı olmağı fikirləşməyi,səhərin açılmasına isə lap az qaldığını görməyi sevmirəm 
15. Evdəkiləri başqa yerə gedirəm adı ilə aldadıb başqa yerə gedən övladlardan.   
16.Xəstələnməyi sevmirəm.Qripə nifrət edirəm.Qızdırma,baş ağrısı,halsızlığa dözə bilmirəm... 
17.Off heç xoşlamıram da.Ac olursan soyuducunu 5 dəqiqədən bir açıb baxırsan ki bəlkə yeməyə nəsə tapasan.Amma bilirsən axı orda heç nə yoxdur.Yenə özünü saxlaya bilmirsən açıb baxırsan. 
18.Sevmirən burnunu hər yerə soxan insanları.Avtobusda oturub sms yazırsan,kimsə yanında dayanıb ədəb ərkanla yazdıqlarını oxuyur.Bax sənin nəyinə qalıb mən nə yazıram! 
19.Bütün günü yuxun gəlir.Özünə söz verirsən ki axşam saat 9 olan kimi yatacam.Tərslikdən gecə saat 2-yə kimi yatmağa imkanın olmur. 
20.Xoşlamıram mağazada satıcılar addımbaaddım arxanca gəzişir.Nəsə alacaqdınsa o da yadından çıxır. 
21.Sevmirəm virtualda hər kəs bir birinə ürəklər,öpüşlər göndərir,realda ilə adi köməkdən də boyun açırırlar 
22.Əsəbləşirəm,kənardakılar yaşını soruşub hələ də təksən deyə sənə yazığı gələn baxışlarla baxanda.Sanki dünyanın sonudur.Düşünməkdənsə ki layiqli biri ilə rastlaşıb ailə qurasan-yox kimlə gəldi,təki yaşıdlarından geri qalmayasan.    
23.Nifrətə nifrət edirəm.Bu insanı içindən yeyır.Yandırır,yerində külü qalır.Amma bununla heç nə etmək mümkün deyil. 
alt 
 
Bu menim nifret etdiklerimdi...Bəs siz??? Siz nələrə nifrət edirsiniz?
 


Şərhlər:
Baxılıb: 1918
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz