Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müalicəvi mütaliə
Müalicəvi mütaliə
Göndərən: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 522
Səs ver:
Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.

Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır.

Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin.

Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: "Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”.

Bu istiqamətdə aparılan tədqiqatlarla tanışlıq "İntellekti yüksəldən və qəlbə xitab edən nə oxumalı?” sualını cavablandırmağa imkan yaradır:

Klassik ədəbiyyat... Xüsusiyyətləri: ahəngli nəqletmə insanda müəyyən sabitlik hissi yaradır. Başqalarının səhvləri özününkülər barədə düşünməyə vadar edir.

Göstərişlər: əsəbi, nevroz, üzücü hallarda universal vasitədir.

Nizami Gəncəvi, Cəlaləddin Rumi, İohann Volfqanq fon Göte, Çarlz Dikkens, Lev Tolstoy, Viktor Hüqo, Teodor Drayzer, Onore de Balzak, Cek London, Fransua Rable, Migel de Servantes, Mirzə Fətəli Axundov, Hüseyn Cavid və b.

Detektiv və macəralar... Xüsusiyyətləri: diqqəti, məntiqi, əzmi və müşahidə qabiliyyətini məşq etdirir. Qarışıq, həyəcanlı süjet xətti qəm-qüssəli fikirlərdən və problemlərdən yayındırır.

Göstərişlər: üzücü və psixi gərginlik hallarında.

Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon, Dan Broun, Çingiz Abdullayev və b.

Elmi fantastika, fentezi... Xüsusiyyətləri: hadisələri və əməlləri həddindən artıq gərginləşdirərək onların hüdudlarını mümkün olduğu qədər genişləndirir. Xəstəyə öz düşüncələrini və istəklərini qorxusuz şəkildə qəbul etmək və onların digər şəxslərdə mövcudluğu ilə razılaşmaq imkanı verir.

Göstərişlər: fobiyaların (qorxu hissinin) mövcudluğu şəraitində və qəlibləşmiş həyat tərzində yaşayan xəstələrə tövsiyə olunur.

Jül Vern, Hüqo Vernbak və Herbert Uells, Con Tolkin, Klive Stapliş Luis, Stefani Mayer, Stiven Kinq, Brem Stoker, Meri Şelli, Edqar Allan Po, Namiq Abdullayev və b.

Poeziya... Xüsusiyyətləri: dəqiq ritm orqanizmdə baş verən prosesləri normaya saldığı üçün şeir insanı müsbət enerjiyə yönəldir və özünə, öz gücünə inam yaradır.

Göstərişlər: depressiya hallarında, daha çox insultdan sonrakı bərpa dövründə loqopedik məşğələlərdə istifadə olunması tövsiyə edilir.

Aleksandr Puşkin, Anna Axmatova, Pablo Neruda, Lui Araqon, Cemal Süreyya, Attila İlhan, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nazim Hikmət, Mikayıl Müşfiq, Səməd Vurğun və b.

Nağıllar və folklor ədəbiyyatı... Xüsusiyyətləri: müəyyən qədər ünsiyyət qaydalarını və müşahidəçiliyi öyrədir.

Göstərişlər: uşaqların hiperaktivliyi və çətin tərbiyə olunan yeniyetmələrin xroniki itaətsizliyi hallarında.

Miflər və əfsanələr, Hans Xristian Andersenin nağılları, "Qrimm qardaşlarının nağılları”, Azərbaycan nağılları ("Sehirli üzük”, "Şəms və Qəmər”, "Məlikməmməd”, "İsgəndər və fağır”, "Yeddi qardaş, bir bacı”), dastanlar ("Kitabi-Dədə Qorqud”, "Koroğlu”, "Nibelunqlar haqqında nəğmə”, "Tristan və İzolda”, "Beavulf dastanı”)

Fəlsəfi və mənəvi ədəbiyyat... Xüsusiyyətləri: kainatın bütövlüyü və insanın bu bütövlükdəki yeri haqqında təsəvvür yaradır.

Göstərişlər: kəskin stress və xroniki depressiya hallarında.

Sokrat, Platon, Aristotel, Lüdviq Vitgenşteyn, Fridrix Nitşe, İmmanuel Kant, Artur Şopenhauer, Tao Te Çinq, İbn Sina, Nəsirəddin Tusi və b.

Yumoristik ədəbiyyat... Xüsusiyyətləri: narahatlığı azaldır, münaqişəsiz ünsiyyət qurmağın yollarını öyrədir.

Göstərişlər: yeniyetmələrin keçid dövründə və əməliyyat sonrası əhval-ruhiyyəni yüksəldir.

Əziz Nesin, Yaroslav Haşek, Bernard Şou, Sabit Rəhman, Mirzə Ələkbər Sabir və b.

Göründüyü kimi, mütaliə təkcə biliklərimizi artırmır, həm də sağlamlığımızı möhkəmləndirməkdə bizə kömək edir. Deməli, kitab yalnız bilik mənbəyi deyil, həm də mənəvi və fiziki sağlamlıq mənbəyidir.

Kitabdan ayrılmayaq...

Hazırladı: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Elnarə Ağaoğlu və Şəlalə Nəqşani


Şərhlər: 8
Baxılıb: 522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
mutalie etmeyi cox sevirem amma uje computer qarsisinda oturmaqdan basqa hec ne etmirem( heyatimin menasi yoxdur artiq sanki(((....
30 may 2015 20:55
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayshen
Kitab oxumagin daha bir faydasi.. Gorunduyu kimi, kitab oxumagin, mutalie etmeyin Hec bir menfisi yoxdu.. Ancaq musbeti var.. Qisacasi, herterefli faydalidir.. Teshekkurler xeber ucun..
P.s.. Elnare Agaoglu sehv etmiremse, bizim Elnaredi.. ) eger odursa, nece illerdi ozunu gormurem, elaqemiz de yoxdu.. AMA adini burda oxumaq xosh oldu ve sevindirdi.. Sanki ozunu gormush kimi sevindim... 20
30 may 2015 20:01
# 7

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Tomris Müslümova
dunyagorusu artirmaq ucun kitabdan basqa ikinci ela vasite yoxdu..elecede mualice ucun.hem nitq zenginliyidi hem medeniyyetdi..
30 may 2015 19:27
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
men daha cox haralardasa istifade ede bileceyim yazilari oxuyuram
30 may 2015 19:10
# 5
SVETA
Fialka
Mütailə etməyi çox sevirəm sözü gedən bir neçə janrda olan əsərləri həm dünya klassiklərinə aid həm də bestsellerləri oxumuşam və eyniylə mənə təsiridə qeyd olunduğu kimi olub. Hər kitabı zövq naminə deyil nələrdənsə nəticə çıxardaraq, dərk edib oxumaq lazımdır.
30 may 2015 18:11
# 4
vipbetul
elm bilik mutalie daima lazimdi insanin psixologiyasina insanin doqru yetishdirilmesine dunyagorushunun artmasina tehsiline gozel nitqinin inkisafina,kitab bize qazandiri oxuduqca oxumadiqda ise uduzur cox seyleri heyati

elm bilik mutalie daima lazimdi insanin psixologiyasina insanin doqru yetishdirilmesine dunyagorushunun artmasina tehsiline gozel nitqinin inkisafina,kitab bize qazandiri oxuduqca oxumadiqda ise uduzur cox seyleri heyati
30 may 2015 18:09
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men ancaq detektiv romanlari oxumagi sevirem heyecan ve bol adrenalinli olur
30 may 2015 17:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
kitab oxumağı sevirəm..əsasən macəra dolu detektivlik barəsində olan romanları və birdə romantik mövzularda yazılan romanları hədsiz sevirəm)))
30 may 2015 17:34
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz