Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəsarət, qorxunun yoxluğu deyil
Cəsarət, qorxunun yoxluğu deyil
Göndərən: tek umidim sen
Şərhlər: 10
Baxılıb: 579
Səs ver:
Başqalarını, ancaq özünü sevmə sənətində ustalaşdığın zaman həqiqətən sevə bilərsən.

Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı "xidmət” dədir. Digər insanlara "kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər.

Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, ‘xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir.’ Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur.

Ürəyində həll edilmədən qalan hər şey üçün səbirli ol. Sualların özünü sevməyə çalış, kilidli otaqlar və xarici dildə yazılmış kitablar kimi. Cavabları indi axtarma. Hal-hazırda cavablar sənə verilə bilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən. Bu, hər şeyi yaşama məsələsidir. Hal-hazırda sənin sualı yaşamağın lazımdır. Bəlkə gələcəkdə nə vaxtsa, fərqinə belə varmadan, bir gün özünü, cavabını yaşayarkən tapacaqsan.

Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin.

Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq.

Tutmadığın hər söz nə cür kiçik və zahirən əhəmiyyətsiz olursa olsun, davamlı olaraq şəxsiyyətindən bir şeyləri alıb aparar.

Çox az adamın çatdığı uğurları əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edin.

İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər.

Yaxşı insanlar, özlərini davamlı olaraq gücləndirirlər.

Bizi formalaşdıran və tərz qazandıran şeylər, sevdiyimiz şeylərdir.

Düşüncələrini və həyatını yaxşılaşdırmaq üçün zamanın olmadığını söyləmək, benzin almaq üçün dayanmağa zamanın olmadığını, çünki avtomobili sürməklə məşğul olduğunu söyləmək kimi bir şeydir. Bu axır-əvvəl səni yarı yolda qoyacaq.

Zehində güclü bir şəkildə canlandırmağı öyrəndiyində, içindəki canlı güclər oyanacaq.

Çöl dünyada etdiyin hər şey daxili dünyada başlayır.

Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz ..

Keçmişin dustağı olmağı buraxmalısan. Bunun yerinə, gələcəyin memarı olmalısan.

İşə yarayacaqlarına inanmasan, işə yaramayacaqlar.

Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir.

Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır.

Robin Şarma


Şərhlər: 10
Baxılıb: 579
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aziz a
Cesaretli biri saymiram ozumu...bu menden asili hal deyil......bu uzdende eziyyet cekmisem her zaman.
16 may 2015 21:06
# 10
Qelbim doludu !!!!
Antikvar
Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz ..

Cəsarətliyəm,inadkaram,istəklərimin üzərinə yürüyənəm əldə edənə qədər),kiminsə bacara bilmədiklərini mən bacarıb edirəm.Cəsarətli olmaq istəklərini əldə etmək deməkdi,həyatda bir çox istəklərini reallaşdırmaq deməkdi.Cəsarətsiz oldun hər zaman hər kəsdən arxa planda qalacaqsan bunuda heç kim istəməz öz həyatında fikrimcə)
16 may 2015 17:04
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
GünƏşimƏ_AiD_
Qorxu her inanda var.ama cesaret yox mence.atama oxshamaqina baxmiyaraq deyir kash mende senin kimi cesaretli olaydim.insan mence caseret edib her shey ede biler.sadece tekan lazimdi.qorxmaq cixish yolu deyil
16 may 2015 16:56
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Tomris Müslümova
robin sarmanın əsərini oxumuşam mən... :)

robin sarmanın əsərini oxumuşam mən... :)
16 may 2015 15:35
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
lelos
Keçmişin dustağı olmağı buraxmalısan. Bunun yerinə, gələcəyin memarı olmalısan.
16 may 2015 15:23
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
cesaretli olson qorxunu yene bilersen
16 may 2015 15:16
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz ..

Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir.


Bu iki cümlədə hər şey çox gözəl şəkildə ifadə olunub . İnsanın uğurlu olması güclü şəxsiyyəti onu həm cəsarətli həmdə də qorxmaz edər bunun üçün insan özünün psixoloqu olmalıdır daim hər şeydə pessimist deyildə yaxşı tərəfdən birinci baxmağı bilməlidir olmasa belə oldurmağı bilən uğur qazana bilər...
16 may 2015 15:13
# 4
guler19
CƏSARƏT qorxunun, utancaqlığın və ürəksizliyin tamamilə əksi olan bir xüsusiyyətdir. Cəsarətli deyildikdə, ağlımıza güclü, şücaətli və mərd insan gələ bilər. Lakin gündəlik həyatda düzgün olanı etmək üçün də bəzən cəsarət tələb olunur.
16 may 2015 14:54
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Cesraret qorxunun yoxlugu deyil. Bu cumle dogru deyil . Cesaretli insanlar her zaman qorxusuz olur. Qorxusuz olmasan hec ne baramazsan elde ede bilmezsen
16 may 2015 14:46
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Eh kaw ki bu dunyada her wey cesaretden asili olsaydi...
16 may 2015 14:46
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz