Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat bizə hər addımda doğru yolu göstərir
Həyat bizə hər addımda doğru yolu göstərir
Göndərən: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 493
Səs ver:
Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.

Kifayət qədər zamanımız həmişə vardır, təki  doğru istifadə edək.

Faydasız bir həyat, erkən bir ölümdür.

Ən gözəl təsir, iki oxşar ruhun bir-birinə etdiyi təsirdir.

Tələsmə, amma tənbəllik də etmə.

Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

Az ümid edib çox əldə etmək həyatın həqiqi bir sirridir.

Hər an özümüzü dəyişdirməli, yeniləməli və gəncləşdirməliyik, yoxsa qatılaşarıq.

Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.

Dünyada sevgiyə və coşğuya açıq bir qəlb qədər dəyərli bir şey yoxdur.

Qabiliyyət, sükunət içində ortaya çıxar. Xarakter isə dünyanın fırtınaları içində.

İnsan özünü yalnız insanda tanıyar.

Malını itirən, bir şey itirmişdir. Şərəfini itirən bir çox şey itirmişdir. Amma cəsarətini itirən hər şeyini itirmişdir.

Heç zaman güvənməmək,  hər zaman güvənmək qədər böyük bir yalnışdır.

Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.

Bütün ərdəmlərin təməl xüsusiyyəti, yüksəlmə yolunda davamlı bir səy, şəxsən özünlə cəng halında olmaq, daha böyük və dərin bir saflığa, müdrikliyə, yaxşılıq və sevgiyə istiqamətli doymaq bilməyən bir istəkdir.

Gilasların və tutların dadını uşaqlardan və sərçələrdən soruş.

Tənqid, müasir yazarların vərdişindən başqa bir şey deyil.

Danışacaq olsan, necə danışardınsa, elə də məktub yaz. O zaman gözəl yazarsan.

Lazım gələrsə,  məktəblərimiz var, hətta dünyaca məşhur universitetlərimiz də var amma insanın və xarakterinin gerçək təhsili üçün qurulmuş heç bir şeyimiz yoxdur. Buna görə də içimizdə çoxumuz  xaraktersizdir.

Yüz növ şeyi yarımçıq bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirər.

Mənfəət güdməyən yaxşılıq ən yüksək və ən gözəl faizi gətirər.

İnsanı dostca münasibətdən daha çox yetişdirən, daha saf və canlı olaraq oyanıq saxlayan  nə var?

Məqsədinə çatmaq istəyirsən? Onda öz yolunu kəsmə.

Qadınlar ilk təəssüratlarına güvənəcək və bunları cəsarətlə dilə gətirəcək qədər xoşbəxtdirlər.

Evin qiyməti,  ancaq axşam olduğu zaman anlaşılar.

Hər irəliləmə bir cəsarət işidir və ancaq cəsarət sayəsində qəti olaraq irəliləmək olar.

Gənclik, şərabsız sərxoşluqdur.

Gənclik yol göstərilmək ehtiyacı duyar.

Təəssüratları təptəzə və güclü qəbul etmək, gəncliyin qibtə ediləcək bir xoşbəxtliyidir, tənqidi  bilgi artdıqca o saf zövqlərin də qaynağı quruyar.

Gördüyüm, eşitdiyim nə varsa hamısını topladım və dəyərləndirdim. Əsərlərim müxtəlif minlərlə insanla qidalandı. Cahillər, müdriklər, başlı insanlar, axmaq başlar, uşaqlar, yaşlılar… hamısı mənə gəlib düşüncələrini, qabiliyyətlərini, ümüdlərini, varlıq biçimlərini təqdim etdilər. Çox zaman başqasının əkdiyi yerdən məhsul topladım. Əsərim, tərtib edən birinin əsəridir və adı da Götedir.

İnsan dünyanın xoşuna gələcək bir şey etdimi, o zaman dünya belə bir şeyi ikinci dəfə etməyimiz üçün əlindən gələni edər.

Heç kim yoxlamadan gücünün nəyə  çatdığını bilməz.

Peşəmdə yazar olmağımda böyük yığın nə istəyir, hər kəsə necə faydalı olaram, deyə heç soruşmamışam. Hər zaman məqsədim özümü daha qavrayışlı və daha yaxşı hala gətirmək, şəxsiyyətimin özünü yüksəltmək, sonra yaxşı və doğru bildiyim şeyləri dilə gətirmək olub.

Yalın gözəli gözəldən anlayan dəyərləndirər, süslənmiş  isə yığına xitab edər.

İki zidd baxışın ortasında həqiqət yer alır.

Həyat bizə hər addımda doğru yolu göstərir.

Həyata inan! O xətibdən və kitabdan daha yaxşı öyrədir.

Həyatın biçim qazansın, düşüncən həyat, canlandırıcı gücün hər zaman yetişdirici olsun.

İnsanların bizə uyğunlaşmasını gözləmək böyük bir dəlilikdir. Mən bunu heç etmədim, insanları hər zaman incələməyə və xüsusiyyətlərini tanımağa çalışdığım bir fərd olaraq gördüm, lakin simpatiya gözləmədim. Müxtəlif xarakterlər haqqında bilgi və həyatda lazımlı bacarıqlar yalnız belə əldə edilə bilər.

Ruhların gerçək uyumu halında olan insanlar bir-birlərinə durmadan yaxınlaşarlar. Görünüşdə bir-birilərindən uzaqlaşsalar, belə.

Yaşlandığım kimi həm də ağıllan.

Bir dostda yanılmaq, dostlarını yanıltmaqdan yaxşıdır.

Bu gündən dəyərli heç bir şey yoxdur.

Bir mübahisə əsnasında, hirsləndiyimiz anda gerçək üçün məşğul olmağı buraxar, özümüz üçün məşğul olmağa başlayırıq.

Edə bilərsiniz. Çünki etməlisiniz!

Xarici dil, insanın özünü yenidən tapdığı fərqli  bir aynadır.

Memarlıq əsərini donmuş bir musiqi olaraq təsvir edərdim.

İnsan hər gün bir parça musiqi dinləməli, yaxşı bir şeir oxumalı, gözəl bir tablo görməli və mümkünsə, bir neçə məntiqli cümlə söyləməlidir.


Şərhlər: 9
Baxılıb: 493
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Məqsədinə çatmaq istəyirsən? Onda öz yolunu kəsmə.
Heç zaman güvənməmək, hər zaman güvənmək qədər böyük bir yalnışdır.


duzdu cox beyendim bu cumleri..insanin icnden xebe verir.
İnsan ne istese elde ede biler sadece gerek arshisina meqsed qoysun fso.
Guvenmek insani qorxuzur cunki guvenmek ucun dogru insanlar secmirik.ona girede ne onu ede ilirk nede bunu.her shey bizim ozumuzden aslidi.
1 iyun 2015 21:08
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

tam raziyam bu fikirle
Malını itirən, bir şey itirmişdir. Şərəfini itirən bir çox şey itirmişdir. Amma cəsarətini itirən hər şeyini itirmişdir.

bunu daha once de oxumusdum ve cox sevmisdim.
umumilikde butun cumleleri aforizmalari sevdim gozel menali fikirlerdir
1 iyun 2015 21:02
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
gozel sozlerdir
1 iyun 2015 19:34
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Basliqdaki cumle derin menaliydi. Heyat dogru yolu gostersede biz yalnis edirik
1 iyun 2015 19:00
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Hər irəliləmə bir cəsarət işidir və ancaq cəsarət sayəsində qəti olaraq irəliləmək olar. insani keyfiyyetleri ortaya cixarmaqda yardimci ola bilesek sozlerdir
1 iyun 2015 18:45
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
emis
Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.
Hər biri gözəl cümlələr idi ən çox bu cümləni bəyəndim. Doğrudu insan birinci özünə güvənməli inanmalıdır. Təşəkkür.
1 iyun 2015 17:58
# 4
Fialka
Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.

Malını itirən, bir şey itirmişdir. Şərəfini itirən bir çox şey itirmişdir. Amma cəsarətini itirən hər şeyini itirmişdir.

Lazım gələrsə, məktəblərimiz var, hətta dünyaca məşhur universitetlərimiz də var amma insanın və xarakterinin gerçək təhsili üçün qurulmuş heç bir şeyimiz yoxdur. Buna görə də içimizdə çoxumuz xaraktersizdir.

Yalın gözəli gözəldən anlayan dəyərləndirər, süslənmiş isə yığına xitab edər.

Həyat bizə hər addımda doğru yolu göstərir.
1 iyun 2015 17:49
# 3
Dosta_inam
Heyata inan o xetibden ve kitabdan daha yaxşi öyredir.
her bir cümle maraqli ve düşündürücü idi,ancaq bu cümleni daha çox beyendim.
1 iyun 2015 17:43
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
həyata inan o xətibdən və kitabdan daha yaxshi öyredir

PS-razıyam
1 iyun 2015 17:33
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz