Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əcnəbi ilə ailə quran Azərbaycanlı xanım hansı problemlə üzləşə bilər?
Əcnəbi ilə ailə quran Azərbaycanlı xanım hansı problemlə üzləşə bilər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1629
Bölmə: Maraqlı, Evlilik
Səs ver:

Əcnəbi ilə ailə quran Azərbaycanlı xanım hansı problemlə üzləşə bilər?

Əcnəbi vətəndaşlarla ailə quran Azərbaycan vətəndaşları bəzən ölkəyə gəlməkdə çətinliklə üzləşirlər.

Əcnəbi vətəndaşla ailə quran Nigar Əzimova da üzləşdiyi problemin həlinə Milli.Az xəbər portalına müraciət etməklə cavab axtarıb. N.Əzimova bildirib ki, xarici vətəndaş olan həyat yoldaşı səkkiz ildən artıq müddətdə Bakı şəhərindəki xarici şirkətdə çalışıb. Həmin müddət ərzində onun viza və ölkədə yaşamasına icazə verilməsi işləri ilə şirkət məşğul olurdu. Lakin ötən il şirkətdə layihə bitdiyinə görə, yoldaşı basqa bir ölkəyə işləməyə göndərildi.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Bakıda olmadığından, onun ölkədə müvəqqəti yaşaması ilə bağlı məsələni həll etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. "Əvvəlki müraciətlərdən fərqli olaraq, bu dəfə Azərbaycan vətəndaşı ilə nikahda oduğundan, 1 illik müvəqqəti icazə almaq üçün DMX-nə müraciət etsək də, 6 aylıq icazə verildi. Bunun səbəbini isə birinci dəfə nikaha görə, 6 aylıq icazə verilməsi ilə əsaslandırdılar və növbəti dəfə bu icazənin 1 illik olacağına söz verdilər. Həmçinin söylədilər ki, iki dəfə bir illik icazədən sonra 2 il, daha sonra isə 5 illik icazə verilir. Lakin verilən müddət başa çatandan sonra 2-ci dəfə müraciət etsək də, yenə 6 aylıq icazə verildi. Bu dəfə isə bunun səbəbini yoldaşımın Bakıda işləməməsi ilə əsaslandırdılar.

İndi nə edcəyimi bilmirəm. Anlamırlar ki, yoldaşıma iş icazəsi üçün müraciət etmirəm. Nikahda olduğumuz üçün o da mənimlə eyni hüquqa malik deyilmi? Başqa vaxt söyləyirlər ki, nikah bağlandıqdan sonra ərlə arvad eyni hüquqa malik olurlar. Bizim nikah başqa ölkədə deyil, Azərbaycanda, Səadət sarayında bağlanıb. Bakıda şəxsi mənzilimiz var. Mən tez-tez Bakıya gəlirəm, amma yoldaşım gələ bilmir. Ona görə də yoldaşıma üzunmüddətli icazə almaq istəyirik. Mən yoldaşımla nikaha girəndən sonra onun ölkəsinin 5 illik vizasını almışam. Hazırda yoldaşım başqa ölkədə işləsə də, bu gün-sabah o, işsiz qalsa, dönəcəyimiz yer Bakıdır. O zaman necə olacaq? Onda da deyəcəklər ki, işsizdir. Axı o, mənim yoldaşımdır. Mənim isə başqa ölkədə yaşamaq niyyətim yoxdur" - deyə N.Əzimova qeyd edir.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Zərnişan Əhmədova Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları Nazirlər Kabinetinin 2009-cu il 30 iyun tarixli 102 nömrəli qərarı ilə tənzimlənir. Xidmət rəsmisinin sözlərinə görə, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə 1 ilədək müddətə verilir.

Z.Əhmədova qeyd etdi ki, bu kimi sualları olan şəxslər DMX-nin internet saytına daxil olaraq sual-cavab bölməsinə və "919" nömrəsinə, miqrasiya məlumat mərkəzinə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları haqqında" 2009-cu il 30 iyun tarixli 102 nömrəli qərarında göstərilir ki, viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycana gəlmiş, 18 yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilə bilər. 14 yaşına çatmamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə, onların valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının və ya himayəçilərinin müraciəti əsasında, 14-17 yaşında olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə onların razılığı alınmaqla valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının və ya himayəçilərinin müraciəti əsasında verilə bilər. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:

- həmin şəxslər Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan banklarına Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycanın ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşamaq üçün icazənin müddətinin bitməsinə, ən azı, 22 iş günü qalmış, bu barədə icazə verilməsi üçün DMX-nə müraciət etməlidirlər. Həmin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və vəsiqə əsasında Azərbaycandan gedə və qayıda bilərlər. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, bir ilədək müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə icazənin müddəti 1 ildən çox olmayaraq, 4 dəfə uzadıla bilər. Həmin icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir.

 



Şərhlər:
Baxılıb: 1629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz