Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
5 duyğu orqanımız haqqında eşitmədiyiniz 23 maraqlı məlumat
5 duyğu orqanımız haqqında eşitmədiyiniz 23 maraqlı məlumat
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 14
Baxılıb: 866
Səs ver:
1. Gözləriniz vasitəsilə beyinə göndərilən məlumatlar, həyat boyunca əldə etdiyiniz bütün məlumatların 85% -ini təşkil edir.

2. Gözləriniz mavidirsə, dünyadakı bütün mavi gözlülərlə qohumsunuz deməkdir. Mavi gözlü ilk insanın 6000-10000 il əvvəl ortaya çıxdığı düşünülməkdədir. Bundan əvvəl hər kəs qəhvəyi gözlü idi. Ona görə qəhvəyi gözlüsünüzsə, "qədim insansınız" deməkdir :)

3. Rəng korluğunun kişilərdə görülmə nisbəti, qadınlardan daha yüksəkdir.
 
4. Dəqiqədə orta hesabla 17 dəfə göz qırparıq.

5.Qocalan hər insan, "oxuma eynəyini" istifadə etmək məcburiyyətində qalacaq :) Yaş aldıqca gözlər, fokuslanma qabiliyyətini itirir.

6. Bədənimizdəki ən sürətli çalışan əzələ göz əzələsidir.

7. İnsan gözünə ən yaxın gözlərdən biri, köpəkbalığı gözüdür. Buna görə göz əməliyyatlarında protez olaraq istifadə edilə bilər.
 
8. 80 desibelin üzərindəki səslər insan qulağına zərər verərkən, 120 desibelin üzəri səslər qulaq içindəki sinirləri qalıcı olaraq məhv edə bilər. Məsələn, bir rok konsertində 15 dəqiqə boyunca dinamiklərin qarşısında dayanmaq, eşitmə itkisinə səbəb ola bilər.

9. Qulaqlarınızı yalnız "eşitmə" ilə əlaqədar olduğunu düşünürsünüzsə yanılırsınız. Daxili qulaq hissəsi eyni zamanda bədənimizin TARAZLIQ sisteminin bir hissəsidir. Buna görə başgicəllənmələrin ən tez rast gəlinən səbəbləri, qulaqla əlaqədar narahatlıqlardır.

10. Ana qarınındakı bir körpədə ilk olaraq dad və qoxu hiss etmə duyğusu, sonra eşitmə duyğusu, sonra lamisə (toxunma) duyğusu və ən son görmə duyğusu inkişaf edər.
 
11. Bədənimizdə toxunma duyğunuğun ən çox olduğu bölgələr, barmaq uclarımız və dodaqlarımızdır.

12. Dərimizdə olan toxunmaqla bağlı qəbuledicilər, yaşlandıqca azalır. Elə çox qocalmağınıza da ehtiyac yoxdur. 16-18 yaş arasında bu qəbuledicilər sayca zirvəyə çatır. Sonra çox yavaş bir şəkildə azalmağa başlayırlar.

13. Toxunma, beyində endorfini (bədəndəki təbii ağrı kəsici hormon, xoşbəxtlik hormonu) hərəkətə gətirər. Bir yerimiz ağrıdığında, o nöqtəyə toxunma və ya masaj etmə ehtiyacı hiss etməmiz bu səbəbdəndir.
 
14. Tüpürcək tərəfindən parçalanmayan heç bir yeməyin dadını ala bilməzsiniz. Tüpürcək, yiyiləcək yeməklər içində olan kimyəviləri həll edir və dil üzərində olan alıcılara çatmasını təmin edir. Bunu kiçik bir təcrübə ilə test edə bilərsiniz. Məs: dilinizi təmiz bir kağız dəsmalla qurulayın və məsələn biskvit kimi quru bir yeməyi dilinizə dəydirin. Şəkərin dadını nə qədər alacaqsınız?

15. "Dad" ilə "Ətirləri" hissetmə duyğusu bir-birindən ayrılmaz bir ikili kimidir. Hətta dad olaraq qəbul etdiyimiz şeylərin yüzdə 80-i əslində qoxudur! Burnunuzu bağlayaraq yemək yeməyə çalışın. Nə qədər düzgün dad ala bilərsiniz?

16. Qadınların dad və qoxu alma duyğusu kişilərdən daha çox inkişaf etmişdir.
 
17. Qadınlarda qoxu həssaslığı, hamiləlik əsnasında normalın çox üstünə çıxar.

18. Qoxu alma duyğusu, beynimizin duyğu, yaddaş və yaradıcılığı təsir hissəsində yer alır. Buna görə insanlar qoxuları, tez-tez keçmişdə yaşadıqları təcrübələrlə əlaqələndirir.

19. "Ətirlər", tez bezən bir düyüdür! Bir yeməkxanaya ya da ətriyyat mağazasına ilk girdiyinizdə, zəngin ətirləri və qoxuları dərhal hiss edərsiniz, lakin çox tez öyrəşərsiniz.

20. Təbiətdəki heyvanlarla müqayisədə insanların qoxu alma duyğusu çox zəifdir.
 
21. İtlər sanki qoxu almaq üçün yaradılmış canlılardır. İtlərin beynində qoxu alma duyğusu üçün ayrılan bölüm, insanlarınkından 40 qat daha çoxdur. İtlər bir obyekt və ya canlı ilə qarşılaşdığında, bizim kimi uzun baxışlar ataraq deyil, iyləyərək analiz etməyə çalışırlar. Bəzi itlər, bu qeyri-adi qabiliyyətlərini istifadə edərək xərçəng, epilepsiya və diabet kimi xəstəlikləri erkəndən diaqnoz qoya bilərlər.

22. Bəzi heyvanların duyğu reseptorları, vərdiş olduğumuzun çox xaricində tapılar. Məsələn; kəpənək və ağcaqanadların dad alma orqanları ayaqlarındadır. Pişikbalığınınkı isə bütün gövdəsinə yayılmış şəkildədir. 23. Bəzi heyvanlar isə, bizə "super güc" kimi gələ biləcək duyğu reseptorlarına malikdirlər. Məsələn; bəzi ilan növləri infraqırmızı görüş təmin edən duyğu orqanlarına sahib olduğu halda, quş və arılar ultrabənövşəyi işığı qəbul edə bilərlər.

Delfinlər isə səs dalğalarını o qədər təsirli şəkildə istifadə edərlər ki, bəzi mütəxəssislər hamilə bir qadının qarınındakı dölü hiss edə bildiklərini söyləyir. Yəni əlavə bir maşın istifadə etmədən ultrasəs "çəkərlər" :)

Eyni şəkildə köpək balıqları ətraflarındakı elektrik dəyişməsi, quşlar isə dünyanın maqnetik sahəsini hiss edə bilirlər.


Şərhlər: 14
Baxılıb: 866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
duygu orqanlarimiz haqda bu qeder bilmirdim maraqli oldu hele bezileri qeribe geldi hec axlima gelmezdi bele oldugu.
18 may 2015 20:20
# 14
ALESSANDRA
Sitat: ALESSANDRA
2-ci faktla heç razı deyilləmmm mənə deysən qədim insan??? 15

2-ci faktla heç razı deyilləmmm mənə deysən qədim insan??? 15

eslinde qehveyi yox,qara gözlüyəm onda mən necə insanam???
15 may 2015 20:16
# 13
Don't trust anyone ∆
Nergız33
Onda mende qedim insanam
14 may 2015 21:39
# 12
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
WiRiN BaLaM
bezileri cefengiyyatdı
14 may 2015 19:52
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
2-ci faktla heç razı deyilləmmm mənə deysən qədim insan??? 15

2-ci faktla heç razı deyilləmmm mənə deysən qədim insan??? 15
14 may 2015 19:45
# 10
Don't trust anyone ∆
Fialka
Çox maraqlı məlumatlardı əsasda itlərin qoxu hissiyyatları nəticəsində insanda olan bir neçə xəstəliyi aşkar etməsi birdə bir çox heyvanlar kimi delfinlərin səs dalğalarını duymasıdır, lakin daha maraqlısı hamilə qadınlara ultrasəs çəkmələridir:) təşəkkür.
14 may 2015 19:38
# 9
Marta
qedim insanam:)
14 may 2015 19:34
# 8
Немного терпения, и у тебя все получится..
Catwoman666
Gözləriniz mavidirsə, dünyadakı bütün mavi gözlülərlə qohumsunuz deməkdir. Mavi gözlü ilk insanın 6000-10000 il əvvəl ortaya çıxdığı düşünülməkdədir. Bundan əvvəl hər kəs qəhvəyi gözlü idi. Ona görə qəhvəyi gözlüsünüzsə, "qədim insansınız" deməkdir :)

Oyy qedim insanam men de)) gozlerin qehveyidir

Gozlerim*
14 may 2015 19:11
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimli maraqli melumatdi
14 may 2015 18:00
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
coxundan xebersiz idim maraqli idi
14 may 2015 18:00
# 5
SVETA
GünƏşimƏ_AiD_
Delfinleri cox sevirem..cox maraqla oxudum hamsini.menimde gozlerim cox tund hehveyidi.Allahin yaaratdiqi mocuzelerdi..bunlar olmasa biz yashiya bilmerik...tshk xebere gore maraqla oxudum.
14 may 2015 17:43
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
xeyalperest
Demek olarki 80% bilirdim.biologiya oyrenmeyin faydalari
14 may 2015 17:33
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Tomris Müslümova
cox maraqlidi ama icinden bir ikisini bilirdim :))
14 may 2015 17:32
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bu terz maraqli faktlari oxumagi cox sevirem . Men qehveyi gozluyem demeli qedim insanam .
14 may 2015 17:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz