Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları bədbəxt edən 6 kişi tipi
Qadınları bədbəxt edən 6 kişi tipi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2013
Səs ver:

Qadınları bədbəxt edən 6 kişi tipi

1. İşinə nifrət edən kişilər.
Az qala hamımız günün böyük hissəsini iş yerində keçiririk, elə deyilmi? Nifrət edilən bir işlə keçirilən uzun saatlar qədər münasibəti zəhərləyən bir şey ola bilməz. Çünki işi işdə buraxmaq çox vaxt ideal olandır. Amma nifrət edilən bir işin, iş saatları xaricində insanın ağlını rahat qoyması düşünülə bilməz.

İşinə görə iztirab çəkən bir kişinin sərbəst zamanları da cansıxıcıdır. Sevdiyiniz bir şeyi etmək əhəmiyyətlidir. Əgər bu adam bu işi sevmirsə niyə hələ davam edir? Onu bədbəxt edən bir mövqedə ilişib qalan və bunu dəyişdirmək üçün heç bir şey etməyən biriylə yaşamaq istəməzsiniz hərhalda, deyilmi?

Müxtəlif problemlər baş göstərsə, bu kişinin o problemlərə dünyagörüşünü də indidən göstərər. Ortada problemlər var, amma o dəyişdirmək üçün heç bir şey etməyəcək.

2. Anası mövzusunda xəstə kişilər.
Anasını sevər, fikirlərinə əhəmiyyət verər, hər mövzuda onunla məsləhətləşər və siz heç bir zaman anasının yerini tuta bilməzsiniz. Ya da anasına nifrət edər, həmişə ondan şikayət edər, sizin anasının tamamilə tərsi olmağınızı gözləyər.

Hər iki növdə də sizin o əlaqədə kifayət qədər yeriniz yoxdur və hər vaxt anasının nəhəng kölgəsi üzərindədir.

3. Təriflənməyə ehtiyacı olan kişilər.
Sizin ona ağıllı, zarafatcıl və cazibədar olduğunu söyləməyiniz onun üçün azdır. Bunu başqa insanlardan da eşitməyə və hiss etməyə ehtiyacı var. Bu səbəbdən bunun üçün səy göstərər.

Bəlkə birbaşa olaraq aldatmaq deyə bilməsək də, gözü çöldə olan bir kişi olduğu üçün sizi narahat etməlidir. Kim bilir, bəzən aldatmaq da təriflənmək ehtiyacının lazımlılığı ola bilər onun üçün.

4. Sizin heç tanımadığınız dostları olan kişilər.
E-maillə, telefon mesajıyla ya da çöldə görüşür yoldaşlarıyla. Amma siz əsla dəvət edilmirsiniz bu görüşlərə.

Mütləq ki, sizi aldatdığından şübhələnməyin. Amma bu tərz bir kişi, həyatını bir başqasıyla paylaşmağa, bir başqası üçün yenidən düzəltməyə hazır olmadığını dəqiq bir şəkildə göstərər. Ya da çox fərqli bir yerdən görmək lazımdır bu vəziyyəti. Ya sizdən ya da yoldaşlarından utanır ki, sizi görüşdürmür.

5. Qurtarıcınız olmaq istəyən kişilər.
Qəhrəman kimi hiss etmək ehtiyacında olan kişi tipindən danışırıq. Sizə ağıl öyrədər, kömək edər ya da sizi içində olduğunuz vəziyyətdən qurtarmaq istəyər. Ona ehtiyac duyulduğunu hiss etməyə ehtiyacı var. Öz problemlərini bir kənara buraxıb tamamilə sizə görə edir hər şeyi. Olduqca darıxdırıcı və yorucu bir kişi tipidir...

6. Hər şeyi qısqanan kişilər.
Ən qəliz kişi qrupu deyə bilərik qısqanc kişilər üçün. Qısqanclıq heç də sevimli bir duyğu deyil. İnsan sevdiyini qısqanmaz! Qısqanclıq, qarşıdakı adamı təzyiq altında tutmaq üçün inkişaf etdirilmiş bir davranış formasıdır. Geyiminizə, görünüşünüzə, necə hərəkət etməyinizə qərar verməyin vəzifəsi olduğunu düşünən bir kişilə həyatı özünüzə zindan etməyə dəyməz!



Şərhlər:
Baxılıb: 2013
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz