Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin
Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin
Göndərən: tek umidim sen
Şərhlər: 11
Baxılıb: 1166
Səs ver:
Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…

Bu gün biz öz tələbələrimizə "Fətəli, sən də riyakarmı olmaq istəyirsən?”-deyə bilmirik.

Bədbəxt bir millətin heç bir fərdi tam şəkildə xoşbəxt ola bilməz.

Bir dəfə gerçəkdən sevmiş adam xəstəliyə peyvənd olunmuş kimidi, o ya sevgiyə bir daha yoluxmaz, ya da çox asan keçirər.

"Olmaz” bizim keçdiyimiz ilk dərsdir.

Hər şeyə şübhə ilə yanaşmaqdansa, inanmaq yaxşı olmazdımı, ən azından  inam şübhədən daha xeyirlidir.

O kəslər həmişə hamıdan hər şey umurlar ki, özləri heç vaxt heç kim üçün heç nə etməyiblər.

Kim nə qədər xoşbəxt edə bilirsə, bir o qədər xoşbəxtdir.

Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır.

O adam bədbəxtdir ki, ətrafı yalnız axmaqlardan və yaltaqlardan ibarətdir.

Oxuduğun kitablar bitəndə əsl həyat başlayır.

Tanış olmağa kimsə yox, adamların hamısı tanış.

Xınalı quzular və mömin qəssablar...

Gücünü özünə saxla, dost, həşəratlarla döyüşdə gücün nə önəmi...

Hər şeyi bilmək də heç nə bilməmək kimi yorucudur.

Əzilən tərəf olmaq xoş deyil, əzən tərəf olmaq heç xoş deyil.

Hər şey çox primitiv şəkildə qarışıq,  çox yüksək səviyyədə sadə və aydın.

Dəlilərə gülüb keçən ağılsızlar...

Yaxşı tərbiyə almış, ağlı başında, əsəbləri qaydasında, dərsini əzbər bilən adamlar...

Yaşlı ağaclara da bahar gələr, amma onların ümidləri bir daha göyərməz.

Nə mənası, oturdun, ya ayaqda qaldın, yerin rahat oldu, ya narahat, onsuz da gec-tez düşəcək və hər şeyi unudacaqsan.

Yenə harasa gedir, hardansa qayıdır adamlar.

...Tarixin bizə verdiyi ən böyük dərs ibrət dərsidir.  Kim deyər, bizim keçən dərsimiz nə olmuşdu?!

Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin.

Son damla göz yaşı da kirpiklərin ucundan özünü atar mənfi sonsuzluğa...

Yaxşı ki, hər yerdə zaman var, onunla ölməz görünür adamlar.

Küçə, yol qaydaları, durğu işarələri, sözlərin üstündə də vurğu işarələri.

Ən təhlükəli uçurum-ən yaxında olandı.

Yalnız ağılla yaşamaq ağılsızlıqdır.

Daim güclülərin yanında olmaq qəddarlıq, daim zəiflərin yanında olmaq qorxaqlıqdı.

Ağıl da silah kimidir, ancaq döyüşməyə yarayır.


Şərhlər: 11
Baxılıb: 1166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Kim nə qədər xoşbəxt edə bilirsə, bir o qədər xoşbəxtdir. - Özüm xoşbəxt oluramsa ətrafımdakı hər kəsi xoşbəxt etməyə çalışıram...
30 iyun 2015 18:50
# 11
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
yaz_yamuru
Menali cumlelerdi
19 iyun 2015 19:31
# 10
Catwoman666
Daim güclülərin yanında olmaq qəddarlıq, daim zəiflərin yanında olmaq qorxaqlıqdı

men hec birinin yaninda deyilem. Men ozum gucluyem cunki.
18 iyun 2015 19:36
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır.

Maraqlı və bəziləri məntiqli cümlələr idi. Təşəkkür.
18 iyun 2015 17:44
# 8
Mrs.Pianist
Beyendim tesekkurler
18 iyun 2015 16:54
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
qeseng sozlerdi
18 iyun 2015 16:43
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Hər şeyi bilmək də heç nə
bilməmək kimi yorucudur.
Hamisi menali cumlelerdi
18 iyun 2015 11:27
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Sonuncu cumle menaliydi. Dogru qeyd edilib agil vurusmaq ucundur. En azinnan aglinla qalib geldiyin insan bir defelik meglubiyyeti qebul edir
18 iyun 2015 10:04
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
YAXWI KI HER YERDE ZAMAN VAR ONUNLA OLMEZ GORUNUR ADAMLAR
MENALI CUMLELERDI TWK
18 iyun 2015 10:04
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
Yalnız ağılla yaşamaq ağılsızlıqdır. hamısı gözəl cümlələrdi
18 iyun 2015 10:03
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Gözel cümlelerdir.
Yaşli ağaclara da bahar geler.amma onlarin ümidleri bir daha göyermez,bu cümle daha çox xoşuma geldi.
18 iyun 2015 06:55
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz