Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bütün elementlərdən niyə məhz qızıl bu qədər dəyərlidir?
Bütün elementlərdən niyə məhz qızıl bu qədər dəyərlidir?
Göndərən: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 661
Səs ver:
İnsanın qızıla duyduğu həsrət bir az qəribədir. Kimyəvi baxımdan qızıl heç də maraqlı bir maddə deyil. Digər elementlərə çətinliklə reaksiyaya girir. Lakin yenə də 118 fərqli maddənin olduğu periodik cədvəldə insanın pul vahidi olaraq seçdiyi tək elementdir.

Yaxşı bəs niyə?

Məsələn niyə osmium ya da xrom deyil? Ya da siborgium?

Bu sualı ilk soruşan adam mən deyiləm. Lakin özümü British Museumdakı Kolumbdan Əvvəlki Amerikadakı Qızıl Dizaynlar sərgisi kimi diqqəti cəlb edən bir məkanda bu sualı soruşan ilk adam olaraq düşünmək istəyirəm.

Tam burada incə bir şəkildə qıızıldan döyülmüş bir zirehin dərhal yanında University College Londonda kimya professoru Andre Sella ilə görüşürəm. Sella periodik cədvəlin bir nüsxəsini çıxarır. Cədvəlin sağ tərəfinə işarə edərək "Bəzi elementləri yox saymaq olduqca asandır" deyir.

Zəhərli pul istərsinizmi?

"Burada nəcib qazlar və halogenler var. Bir qaz heç bir zaman bir pul vahidi ola bilməz. Kiçik bir şüşə içində pul vahidi olaraq bir az qaz daşımaq heç də praktik deyil" deyir. Və əlavə edir: "Bir faktor da bu elementlərin rəngsiz olmasıdır. Şüşənin içində nə olduğunu necə bilə bilərsiniz ki?"

Digər iki maye element civə və brom gündəlik istilik və cazibə düşünüldüyündə çox bir əlverişsiz olardı. Ayrıca, ikisi də zəhərlidir. Pul olaraq istifadə etmək üçün çox da gözəl bir ünsür deyil. Eyni səbəblərdən arsen və onun kimi digər maddələri də istifadə edə bilməzdik.

Sella gözlərini periodik cədvəlin sol tərəfinə doğru sürüşdürür. Və pıçıldayır: "Bu tərəfdəki bir çox elementi də yox saya bilərik. Qələvi metallar və qələvi-torpaq metallar da çox asan reaksiyaya daxil olur. Bir çox adam məktəblərdə natrium və kaliumu suyun içinə damladınca nə olduğunu xatırlayır. Əvvəl bir qabartı və sonrasında partlama. Partlayıcı xüsusiyyətli pul vahidi çox da yaxşı bir fikir deyil."

Bənzər səbəblər digər bir sinif elementlər üçün də etibarlıdır. Məsələn radioaktif olanlar. Pulunuzun sizi xərçəng etməsini istəməzsiniz deyilmi?

Geriyə torium, uran, plutonium və radioaktif olaraq parçalanmadan laboratoriya mühitində süni olaraq yaradılmış rozerfordium, seborium, ununpentium, eynşteynium qalır.

Təbii bir də digər metalları var ki, bunlar qızıldan belə azdır. Çox təəssüf ki, kimyəvi olaraq bunları bir-birindən ayırmaq olduqca çətindir. Yəni heç bir zaman cibinizdə nə olduğunu bilməyəcəkdiniz.

Bu bizi periodik cədvəlin ortasındakı keçid metallarına və sonrasına aparır. Burada 49 ədəd, adı tanış olan element qarşımıza çıxır: Dəmir, alüminium, mis, qurğuşun və gümüş.

Lakin detallı olaraq araşdırdığınızda hamısının təhlükəli bir nöqtəsi olduğunu fərq edəcəksiniz.

Geriyə qaldı 8 element

Digər yandan sol tərəfdə titan, zirkon kimi sərt və dayanıqlı elementlər var. Lakin onlar üçün də problem fərqlidir: Əritmək olduqca çətindir. Miladdan min il əvvəl bu maddələri cövhərlərindən ayırmanız üçün təhlil edici qazanınızı yanınızda daşımanız lazım olacaqdı. Və əlbəttə belə xüsusi vasitələr o zamanlar mövcud deyildi.

Siyahını 118 maddədən 8 maddəyə qədər endirdik. Platin, paladium, rodium, iridium, osmium və rutenium. Təbii ki əlavə olaraq gümüş və qızıl. Bunlar nəcib maddələr olaraq bilinir. Çünki digər maddələrlə çətin reaksiyaya daxil olurlar. Ayrıca olduqca da nadir tapılırlar ki, bu da pul vahidi olması üçün əhəmiyyətli bir xüsusiyyətdir.

Əgər dəmir paslanmasaydı, pul üçün gözəl bir qaynaq olardı. Çünki ətrafda çox miqdarda mövcuddur. Amma çox böyük ölçülərdə xarab pulu daşımaq məcburiyyətində qala bilərdiniz.

Gümüş və qızıl xaricindəki bütün nadir elementlərdə tam tərs problemlər var. Çox az tapılırlar, buna görə çox kiçik nisbətdə daşımaq məcburiyyətində qalardınız, bu səbəbdən də çox asan itirə bilərdiniz.

Ayrıca əritmək də olduqca çətindir. Platinin ərimə temperatur 1.768 santigratdır.
Geriyə iki maddə qalır ki, bunlar da qızıl və gümüşdür.

İkisi çox da geniş yayılmayıb, amma tapmaq da çox çətin deyil. İkisinin də nisbi olaraq aşağı ərimə nöqtəsi var və beləcə xarab pul, külçə, bijüteriya halına gətirilməsi asandır.
Gümüş havada çox kiçik miqdarda kükürdlə təmas edər-etməz qaralır. Onun üçün qızıla belə xüsusi bir dəyər veririk.

Qızılın bu qədər qiymətli olmasının səbəbi kimyəvi olaraq maraqlı olmamasından qaynaqlanır.

Qızılın bu sabit halı sayəsində kompleks şəkilldə dizayn edilən bir qızıl timsah min il sonra da Londonun mərkəzindəki bir muzeydə heç pozulmamış halda mövcud ola bilər.

Gördüyümüz kimi bərk, daşına bilən və zəhərləyici olmaması lazımdır. Ayrıca ədalətli bir şəkildə az miqdarda təbiətdə olması lazımdır. Ayrıca qızıl parlaq sarı rəngdədir. Periodik cədvəldəki bütün metallar isə mis istisna olmaqla gümüş rəngini daşıyır. Mis havadakı nəmlə qarşılaşan kimi yaşıla çevrilir. Və qızılı xüsusi edən də budur.

Sella "qızılın müvəffəqiyyətli bir pul vahidi olmasının sirlərindən biri bu" deyir və əlavə edir: "Qızıl inanılmaz dərəcədə gözəldir"

Qızıl pul vahididirmi?

Yaxşı, necə olur hələ də qızıl pul vahidi olaraq artıq istifadə edilmir?

1973-cü ildə dövrün ABŞ pezidenti Richard Nixonun dollar ilə qızıl arasındakı bağı qoparması bir dönüş nöqtəsi oldu. O tarixdən bəri bütün pul vahidlərinə dollar üzərindən dəyər biçildi. Nixonun bu qərarı almasının səbəbi əslində olduqca sadə idi: ABŞ-ın qızıl anbarları tükənirdi. Bu da qızılla bağlı problemin ana səbəbidir. Qızılın qaynağı iqtisadiyyatın vəziyyətinə deyil, mədən ocaqlarında çıxarılan miqdardan aslıdır.


Şərhlər: 9
Baxılıb: 661
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Menim atam bir vaxtlar zerger olub amma gizleri zeyifledi deye daha ishlemedi.
29 may 2015 17:12
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
maraqli melumatdi,indide qizil pullar vardir onlardan klon kimi isdifade edilir cox qiymetlidirde temizleri qedimileri,indi onlardan hazirliyirlar onlar yaxsi olmur,qizili cox sevirem,xosuma gelenlerde ele qizil pullardir qedimi qizillardir
29 may 2015 15:28
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
men de qizil esyalari sevmirem gumus ve ya ag qizil daha cox sevirem yeni rengli qizili sevmirem(renglu qizil?122)
29 may 2015 14:47
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
tatyana
qizil deyerli,qiymetli olsada hec sevmirem qizil esyalari
29 may 2015 14:26
# 6
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Nur k-off
qizil haqqinda yaxwi daniwin cunki atam zergerdir 09

qizil haqqinda yaxwi daniwin cunki atam zergerdir 09
29 may 2015 13:12
# 5
SVETA
Antikvar
Qızıl sayınanlar sırasında nə qədər dəyərli olsada ,heç sevmədiyim elementlərdən biridi.Daha çox gümüşü sevirəm.Məqalədə maraqlı oldu,tşk.
29 may 2015 11:08
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Dosta_inam
Maraqli melumat oldu mene,teşekkür.
29 may 2015 10:56
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Maraqlı məqalədi , Mendeleyevin cədvəlində olan bütün elementlərin niyə qızıl kimi dəyərli olmaması və qızılın niyə bu qədər önəmli olması çox gözəl şəkildə izah edilib. Qızılın bir çox növləri var ki, bu da onun tərkibində olan qatışıqlara görə dəyişir və əyyarına görə qiymətləndirilir.
29 may 2015 09:43
# 2
BARBI
Qizil metallar icinde en deyerli olannarindadir. Esl qizil eslinde cox seffaf ve tez qiriliandir. Ona gore ona bir sira kimyevi maddeler qatilirki qirilmasin.
29 may 2015 09:21
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz