Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yerdə həyat məhv olarsa...
Yerdə həyat məhv olarsa...
Göndərən: tek umidim sen
Şərhlər: 6
Baxılıb: 388
Səs ver:
Yerdə həyat bir çox səbəbdən məhv ola bilər. Ulduzumuz bizi məhv edə bilər, hər hansı bir böyük asteroid planetlə toqquşa bilər və sairə. Әgər hər hansı bir faktor planetimizdəki bütün həyatı məhv etsə, planet çoxlu dəyişikliklərə uğrayar. Bəs planetdə nə kimi dəyişikliklər baş verəcək? Qısa özət üçün şəkilə baxa bilərsiniz, daha ətraflı öyrənmək üçün isə oxumağa davam edin.

Yerdə yaşayan canlıların planetə təsiri çox böyükdür.İnsanların planetə verdiyi zərəri nəzərə almasaq, bütün canlılar birlikdə bu planetin yaşamasında çox böyük rol oynayır. Canlılar planetin iqliminə, atmosferin kimyəvi tərkibinə, landşafta və çox güman ki, tektonik hərəkətlərə çox böyük təsir edirlər.
Bir sözlə, həyat planetin hər yerində iz buraxıb, necə deyərlər, onu "redaktə" edib. Bəs həyatı götürsək nə dəyişər? Hər şey, həyatsız bir Yer illər sonra qonşu planet Veneradan fərqlənməz.

İndi deyək ki, Yerdəki bütün canlılar öldü. Heyvanlar, həşəratlar, bitkilər, dənizlərdə olan yosunlar, torpağın dərinliklərində yaşayan mikroorqanizmlər, bir sözlə hər bir canlı eyni anda öldü. İlk öncə görəcəyimiz şey, baş verməli olan, lakin artıq baş verməyən bir şey olacaq. Orqanizmlərin çürüməsi əsasən bakteriya və göbələk tərəfindən oldğundan, çürümə çox yavaş olacaq. Tamamilə dayanmayacaq, orqanik molekulların oksigen ilə reaksiyası davam etdiyindən çürümə çox yavaş sürətlə baş verəcək.

Sonradan isə bu hadisənin təsirlərin iqlimdə tez bir zamanda hiss olunacaq. Canlılarsız, Yerdəki iqlim isti və quru olacaq. Əsas səbəb isə havaya su buraxan ağac və otların olmaması və yağışların azalması olacaq. Bitkilərsiz, 1 həftə içərisində Yerin iqlimndə çox böyük dəyişikliklər baş verəcək.
Bitkilər həm də planeti soyutmağa kömək etdiyindən bəzi yerlərdə orta temperatur normadan 8 °C çox olacaq.

Bu sadəcə başlanğıcdır. Karbon dioksid atmosferə dolduqca, planet illər keçdikcə daha da istiləşəcək. Bunun səbəbi isə artıq dənizdə karbonu öz bədəninə yığan planktonların olmamasıdır. 20 ildən sonra, atmosferdəki karbon dioksidin səviyyəsi indikindən 3 dəfə çox olacaq. Bu da bir 5 °C qlobal temperatur artımına səbəb olacaq.
Planktonlar başqa bir səbəbdən də Yerdə mühüm idi. Bu mikroorqanizmlər həmçinin okeanların üstündəki atmosferə böyük miqdarda dimetil sulfid birləşməsi buraxırdılar. Bu molekulllar su buxarının buludlarda kondensləşməsində böyük rol oynayırlar. Xüsusilə aşağı hündürlükdə, planetin səthinə istiliyin düşüb və qızdırmasının qarşısını alan sıx buludlarda. Planktonsuz, buludlar daha tünd olacaq və daha çox istilik udacaq. Bu da 2 °C-luq qlobal istiləşməyə səbəb olacaq. Karbon dioksidin artması səbəbindən 5 °C-luq temperatur artımının üstünə bu temperatur artımı gəldikdə isə, Yerdəki buz təbəqələri əriməyə başlayacaq.
Planet istiləşdikcə, daha çox su buxarlanacaq və buna görə də daha çox yağış yağacaq.  Lakin yağış hər yerə yağmayacaq. Əvvəllər necə idisə, indi də elə olacaq, quru sahələr quru, yaş sahələr yaş olacaq.

Çaylar da həmiçinin dəyişimə uğrayacaq. Onları sahillərində yerləşən bitkikərin kökləri torpağı erroziyadan qoruyur və çayı sahildən kənara çıxıb landşafta yayılmağa imkan vermir. Bu köklər yox olduqdan sonra isə, çaylar landşafta çıxıb, hər yerə yayılmağa başlayacaq. Planet bu hadisəni 250 milyon il bundan əvvəl görüb. Permiyan kütləvi nəsil kəsilməsində, hansı ki, quruda yaşayan canlıların demək olar ki, hamısı məhv olmuşdu, bu hadisə baş vermişdi.

Canlılar atmosferin kimyəvi tərkibində çox böyük rol oynayırlar. Bitkilərsiz, planktonlarsız və digər karbon udan canlılar olmadan atmosferdəki karbon dioksidin səviyyəsi getdikcə artacaq. Milyonlar il sonra, atmosferdəki karbonun səviyyəsi o qədər çox olacaq ki, temperatur indikindən 50-60 °C artacaq. Bu temperatur bütün buzu əritmək üçün kifayətdir.
Karbon atmosferə dolduqca, oksigen də bir tərəfdən azalacaq. Yeni əmələ gəlmiş Yer planetində molekulyar oksigen demək olar ki, yox idi. Yalnız 2.6-3 milyard ildən sonra yaranan ilk fotosintez prosesləri atmosferə oksigen doldura bildi. Bu fotosintez prosesləri dayandıqdan sonra Yerin atmosferindəki oksigenin miqdarı tədricən azalmağa başlayacaq. Təxminən 10 milyon ildən sonra atmosferdə oksigenin miqdarı indiki oksigenin miqdarının 1%-i olacaq.
Oksigenin azaldığına görə isə, ozon təbəqəsi məhv olacaq. Buna görə də Yerin səthi ultrabənövşəyi şüalara məruz qalacaq.
Oksigensiz planet həmçinin səhralığa dönəcək. Dəmirlə zəngin olan daşlar daha əvvəlki qırmızı rənglərinə oksidləşə bilməyəcəklər. Buna görə də planetin səthi bozumtul rəng alacaq. Lakin pirit və uraninit kimi oksigensiz mühitlərdə yarana bilən minerallar formalaşmağa davam edəcəklər.

Lakin həyatı itirmiş Yer, həyat hələ yaranmamış Yerdən fərqli olacaq. Yerin erkən vaxtlarında günəş 30% parlaq idi. Atmosferdəki karbon dioksid ilə birlikdə bu planeti buzlaşmadan qoruyurdu. Lakin indiki günəş ilə karbon dioksidi birləşdirdikdə, Yer daha ekstrimal vəziyyətə girəcək.
Bəzi mütəxəssislər düşünürlər ki, atmosferdəki rütubətlilik istixana qazlarını artırıb, daha çox su buxarı yarada bilər ki, bu da daha çox istixana qazları yaradar. Buna görə də temperatur ağılalmaz dərəcədə artar. 1000 °C-a çatan səth temperaturu bir zamanlar həyat üçün yararlı olan planeti cəhənnəmə döndərər.

Həyat olmadan, həmçinin tektonik hərəkətlər də dayanar. Yetərincə gil çöküntüsü olmadığından, özəyin hərəkəti yavaşlayar ki, bu da tektonik hərəkətləri yavaşlada və hətta dayandıra bilər.

Yer bir neçə milyon ildən sonra ilk zamanlarına bənzəyəcək. Yaşanılmaz vəziyyətə gələcək. Lakin bu o demək deyil ki, həyat yenidən yarana bilməz. Abiogenez və ya panspermia prosesi yenidən təkrarlana bilər. Bu da yeni, steril bir planetdə yeni bir başlanğıc yaradar. Milyard illər sonra isə bəlkə də insan kimi və yaxud da insandan daha üstün bir intellektual növ təkamül edib bu tarixi tapa bilər.


Şərhlər: 6
Baxılıb: 388
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
deyesen bele getse dunyanin mehvi yaxinlasacaq

deyesen bele getse dunyanin mehvi yaxinlasacaq
17 may 2015 17:37
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Təssəvür etmək heç xoş deyil, yaşadığımız planetə nəsə olsun ancaq texnoloqiyalar inkişaf etdikcə planetə zərərsiz ötüşmür bu da nə vaxtsa özünü ağır formada göstərə bilər, Allah qorusun...
17 may 2015 15:42
# 5
vipbetul
onsuzda bizim yashadiqimiz tarix yeniden yaradilib bundan onceki yer daqilib i bizim esr yaranib,bizden sonrada yenide daqilagey yeni bir esr bashliyagey,her sey ama bu gunki kimi qalagey nese bir texnika inkisaf ede biler ondan qalan her sey tebiet insanlar eynile eyni olagey,bu gun yashiya bildiyimiz qeder yashiyib sukur etmeliyik Rebbimize
17 may 2015 14:07
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
Onsuzda bir gun bu başverecek ama yenede davametme muddetini uzatmaqcun temizliye riayet etmek yaxsi olar tewekkur
17 may 2015 11:11
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Ele ona gore etraf muhiti cirkletmiyek lazimsiz tullantilar atiqlari etraf muhite atmayaq. Yer kuremizi bu kimi tesirlerden qoruyaq ki heyat mehv olmasin
17 may 2015 10:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergız33
Ayyyy bir nece milyon ilden sonra ücün üreyimi indide sıxa bilmerem
17 may 2015 04:26
# 1
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz