Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pul əl çirkidir?
Pul əl çirkidir?
Şərhlər: 14
Baxılıb: 811
Səs ver:
Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur

Hər kəs varlı olmaq istəsə də, pulu arzulamaq, bu haqda danışmaq, pulun çoxdursa, bunu göstərmək cəmiyyət tərəfindən mənfi xüsusiyyət kimi qarşılanır. Pul haqqında çox danışan, pul arzuladığını açıq şəkildə göstərən insanlara "pulgir" deyir, ünvanlarına müxtəlif ifadələr işlədirlər. Pulu çox olan insanlarasa cəmiyyətdə bir paxıllıq olur, qısqanclıq yaranır. Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur. Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, insanlar arasında pulun çoxluğunu demək, başqalarının gəlirlərini hesablamaq, pul üçün işlədiyini, pulun həyatınızda əsas motivasiya rolunu oynadığını söyləmək etik qaydalara uyğun deyil: "Kimsə qazana bilirsə, ətrafdakılar onun üzünə gülsə də, özləri bunu bacara bilmədiyi üçün həmin şəxsə xoşagəlməz hisslər, paxıllıq, hətta nifrət hissi də bəsləyirlər". R.Rzayeva qeyd edib ki, pul insana rahat yaşaması üçün lazım olur: "Əksər kasıb ailədə dünyaya göz açmış və pulsuzluğun acısını çəkmiş insanlar yetkin olduqda bütün güclərilə bu vəziyyətdən çıxmağa çalışır. Belə insanlar uşaqlıqdan pulun xoşbəxtlik gətirəcəyini zənn edərək xəyallarla yaşayır. Onların psixologiyasında "pulum artdıqca, xoşbəxt günlərim də artacaq" fikri o qədər möhkəmlənir ki, istədiyinə çatmayınca bu illüziya bitmir. Onlar varlı həyat uğrunda mübarizə aparmaqdan qorxmur, bütün güclərini, bacarıqlarını pul qazanmağa yönəldir. İstədiyinə çatdıqda xoşbəxt olmasalar belə, yenidən kasıb olmaqdan çox qorxurlar. Çünki ehtiyac içində keçən həyatın necə olduğunu yaxşı bilirlər". Psixoloqun sözlərinə görə, adətən orta maddi imkanı olan ailədə böyüyənlər puldan qorxur, pulla bağlı mövzulara ehtiyatla yanaşır. Onlar kasıbçılıq üzündən əziyyət çəkməyib, tələbləri ödənilib. Onlar çox pul qazanmağın nəyə görə lazım olduğunu başa düşə bilmir. Pulu xoşbəxt həyatın əsas açarı kimi görmür. Bu cür fikirlərlə yaşadığı üçün onlar çox vaxt orta maddi durumu olan adam kimi də qalır, bunda pis bir şey görmürlər. "Düzdür, bəzən xəyallardan çox bahalı maşın, ev və ya zinət əşyası keçə bilər. Amma bunu özünə dərd etmir, sahib olduqları ilə qane olub xoşbəxt yaşaya bilirlər. Onlar üçün pul sakit həyat, ehtiyaclarını ödəmək üçün sadəcə vasitədir. Belə adamlar qəfildən çox pul qazansalar, onların sakit həyatı, qayda-qanunları pozula bilər. Onların yeni məqsədləri, fərqli həyat tərzləri yarandığı üçün həyatdan narazı, bədbəxt adama da çevrilərlər". Maddi durumu orta olanlar nadir hallarda sahibkarlıqla məşğul olur, çox pul qazanmaq üçün özünü yorur. Bu, onlar üçün lazımsız görünür, sakit həyata üstünlük verirlər. Onlar üçün rahat olan mühitdən çıxmaqdan çox qorxurlar. Bəzi insanlar üçün puldan qorxması ciddi problemə çevrilir. Onlara yüksək maaşlı iş, gəlirli layihələr təklif etsələr də, bundan boyun qaçırır, özünü əziyyətə salmaq, adət etdikləri həyat tərzindən uzaqlaşmaq istəmir. Bacarıqları olsa da, səy göstərmirlər. Müsahibimizə görə, pula qarşı qorxusu olanlar anlamalıdır ki, pulun çoxluğu yalnız narahatlıq, yeni həllini gözləyən problemlər, işlər deyil, yeni sevinc gətirən imkanlar da yaradır. Pul ilə özlərini daha çox çətinliklərdən sığortalayacaqlar. Həmsöhbətimiz onu da qeyd edib ki, puldan qorxanlar pulları olduqda onunla necə rəftar edəcəklərini bilmirlər. "Qəfil çoxlu pul qazandıqda sevinclə yanaşı çaşqınlıq, qorxu keçirir. Həmin pulu kiməsə borc verməyə, bağışlamağa heyifləri gəlir, xərcləməkdən qorxur, pulu necə istifadə edəcəklərini bilmirlər. Pulu yığmaq da onlara qorxulu gəlir. Pulun dəyərinin düşməsindən, itməsindən, oğurlanmasından ehtiyat edirlər". Rzayevanın dediyinə görə, bəzən uşaqlara pul istəməyin, pul haqqında danışmağın pis olduğunu deyirlər. "Pul əl çirkidir" prinsipi ilə tərbiyə olunan uşaqlarda ona və bu haqda danışan uşaqlara özlərindən asılı olmadan mənfi hisslər yaranır. Onlar özlərində pul qazanmaq istəyini hər cür boğmağa çalışır. Pul qazanmaq istədiklərini bildirməkdən utanır. "Belə adamlarla söhbət zamanı "Mən pula görə işləmirəm" kimi sözlər eşitmək olar. Onlar bir növ pulu özlərinə qadağa edib" deyən psixoloq bildirir ki, pul qazanmaq istəyindən utanmaq lazım deyil. Lakin hər şeyi pul ilə ölçmək də bədbəxtçilikdir.


Şərhlər: 14
Baxılıb: 811
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
pul cooox seyi hell edir pul insanin aqzi acilana qeder insan sandirir bezilerini,pul cox seyi hellede bildiyi qederde bir cox isleri hell ede bilmir
13 iyun 2015 17:29
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
Cibde varsa pul
LIFE IS WONDEFUL
8 iyun 2015 16:24
# 13
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Cimbom Nilay
İndi zamanə dəyişib, eee hər şey artıq pul ilə həlln olunur. Rüşvətxorluq meydana gəlib. Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.
(Fyodor Dostoyevski)
8 iyun 2015 00:42
# 12
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
BARBI
Bu sadece bir deyimdir. Nolsun pul el cirkidir, ama mehz bu el cirki ucun insanlar bir birine quyu qazir heyatini mehv edir qardas qardasa dusmen olur, insanlar yukselmek pullanmaqcun birinin ustunnen ayaqla basir . Pul her seyi hell etmir , duzdur ama pulsuz insana salam da vermirler.pullu olmagi hec istemirem cunki insanlar puluna statusuna gore seni sayirlar. Pul olmayanda hec kimsen onlarcun. Beli real heqiqetdir ki bele bir dovrde yasayiriqki pulsuz hec neyi hell etmek mumkun deyil , her qapini pul acir. Yalniz unutmayaqki xosbextliyi sevgini pulla almaq olmur. Ona gore pula sadece vasite kimi baxiram , hec vaxt nec neden ustun tutmuram. Pula gore insanlara qiymet vermirem
7 iyun 2015 19:31
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Her wey qederinde olsa yaxwidi ele pulda ne az ne cox
7 iyun 2015 18:56
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ALESSANDRA
pulu sevirəm...indiki zəmanəsiz pulsuz səni heç it yerinə saymırlar...ama bəzi insanların pula görə etmədiyi hərəkətlər qalmıyıb(
7 iyun 2015 18:44
# 9
Don't trust anyone ∆
Antikvar
"Pul əlin çirkidi"-bunu səhər olardı başqa xəbərdə qeyd etmişdim.Yazılanlarda həqiqət var,amma bir fikir versəz qadının özüdə danmırki,pullu olan insanlar pis yaşayır,Hər zamman qeyd etmişəm (real həyatda )pulun varsa hörmətin var.Çevrəmdə olan şəxslərdə görürəm bu xarakterləri.Nə qədər xoşbəxtliyi pulla ölçmək olmaz desəkdə bir addım arxaya atdıqda hər bir işin həllini pulla ölçülür deyirik.Çox varlı insan belə yenicə varlılığa,pullara əl atdıqda həmən o imkanlı insan yeni cücərən ilə iki əlli görüşürlər ,bax budu reallıq,nə qədər inkar etsəkdə reallıqdanki, qaçmaq olmaz.Bir ailə tanıyıram uşaqları xəstədi sağalmayan xəstəlikdi uşaqda çarəsi xaricdə dərmanları bahalı ,atmasa vəzyyəti dahada çətinləşir,əməliyyatı ancaq xaricdə elətdirsə düzəlmək imkanı ola bilər,gedə bilmir,dərmanların ucbatından hər bir şeyləri həsrət qalırlar niyə yenədə pul(əlin çirkidi adlandırdığımız pulların)ucbatından xəstəliyi ilə mübarizə aparır...Bir insan öz istəyinə çatmaq üçün yuxarıdada qeyd edildiyi kimi çalışır,vuruşur pul qazansın arzularını reallaşdırsın,bunun pis yönü yoxdu,insan həyatda istəklərinə çatmaq üçün həyatına rəng qatır ,qarşıdan gələn günləri gözləyir hər gün bir ümidlə,xoşbəxt olmaq üçün addım atır bunada pul lazımdı irəli aparmaq üçün.İndi hansı tərəfə boylanırsan puldan dəm vururlar,bir salam verdiklərin belə oldu olmadı öz altındakıları ilə öyünüb fəxr edirlər bəs kənardan qalan kasıblar?Başqa nəzərlə baxırlar o kasıblara baxışları ilə əzirlər.Həmişə kasıb və varlı arasında qoyulan fərqlərə üzülmüşəm...Uşaqlarım nə qədər yaxşı şəraitdə böyüsələrdə onların zəhmət,əziyyətin nə olduğunu öyrədəcəm,atalarının şəraitindən taki anlayana qədər imkan yaratmaram faydalasınlar.Həm oxuyacaqlar həmdə işləyəcəklər,öz zəhmətilə pulu qazanmaqən nə demək olduğunu bilmələri üçün.uşaqlarki ,əsasda oğlanlar əziyyəti dadmasalar pulun dəyərini bilməzlər buda onların gələcəyi üçün faydasız olar...Oğlan uşaqlarınızı kişi kimi böyütmək lazımdı nə mama uşaqı kimi nədə papa uşağı kimi...
7 iyun 2015 18:28
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
pul el cirki deyil varli olmagi kim istemezki?? sadece gerek insanlar pulla deyisilecek qeder aciz olmasinlar
7 iyun 2015 18:27
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Sitat: GünƏşimƏ_AiD_
Pul cox pis bir sheydi..immina pula gore insani tanimaq olur.bele sheye cox pis baxiram.axirunci bashima gelenlerden sora ise pula nufret etdim insanlarada.nem bu haqda danishmaq eh

Pul pis deyil canım xisləti çirkin olan insandadır günah, bilirəm nəyi nəzərdə tutursan əgər xisləti çirkin olmasaydı hər şeydə qaydasında olardı ona görə dünya malının əsirinə çevrilən insan tək pula deyil başqa şeylərə də hərisdir ) Və ən əsası o insanları düşünmək belə onlar üçün çox olardı yəni dəyməz)
7 iyun 2015 18:13
# 6
Aristocratic
pul insani hem xosbext eder hem bedbext
7 iyun 2015 18:12
# 5
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
GünƏşimƏ_AiD_
Pul cox pis bir sheydi..immina pula gore insani tanimaq olur.bele sheye cox pis baxiram.axirunci bashima gelenlerden sora ise pula nufret etdim insanlarada.nem bu haqda danishmaq eh
7 iyun 2015 18:03
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Pul əl çirki deyil insanın yaşam standartlarını daha da yaxşılaşdırır hələd ki, bu dövrdə insanın ehtiyaclarını ödəyir lakin xoşbəxtliyi tək pulda görmək bu biraz düzgün deyil düzdür bir qisim yəni maddi durumu aşağı olan ehtiyaclarını qarşılamaq üçün istəyir pul qazansın çoxlu pulu olsun buna görə xoşbəxtliyi pulda görə bilər, bəs pulu olan ? əlbəttə o da başqa şeylərdə görür bunun da maddiyyata aidiyyatı yoxdur , sondakı cümlə yerində qeyd olunub ki, hər şeyi pul ilə ölçüb maddiyyata bağlamaq düzgün deyil. Pul olmazsa olmazımız olsada, maddi vəziyyətimiz yaxşı olsada israfçılıq düzgün deyil lazım oldu olmadı havaya sovurmağı sevmirəm lazım olan ehtiyacları ödədi bəs edir), ondansa xeyriyyəçilik daha məqsədə uyğundur həmdə savabdır.
7 iyun 2015 17:47
# 3
Miss_Oxatan
pul heyatin menasi deyil,heyatda yawamaq ucun bir vasitedir.hec kim dana bilmez ki,pullu olmagi istemir.men wexsen oz zehmetimle pul qazanmaga onem verirem.Bil Qeytdin bir sozu var,kasib dogulmaq sizin gunahiniz deyil,ama kasib kimi olmek sizin gunahinizdir.tebii ki,wans lazimdir insana.pula heriz olmayasan ama pul qazanmaqdan da vaz kecmeyesen.ne deyirik deyek,ne qeder pulu tenqid edek ama bu faktdir ki,heyatda pula ehtiyac var.pul insana goyden yagmir,caliwmaq,cehd etmek,ter tokmek lazimdir.ve ennn esasi da budur ki,qazandigin pul halal pul osun,kasibin,yetimin pulu olmasi.deyir,yeme yetimin malini cixar ahetse aheste.sehv etmiremse Xetainin misralarindandir.
7 iyun 2015 17:46
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Tomris Müslümova
oul el cirki olsa heckim elini yumazzz!!
7 iyun 2015 17:32
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz